SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
12-03-2023, 16:54
NATO Rusiyanın dağılmasına hazır olmalıdır - Fransalı müavin


NATO Rusiyanın dağılmasına hazır olmalıdır - Fransalı müavin

"NATO Rusiyanın dağılmasına hazır olmalıdır". Bunu hərbi alyansın Avropadakı qüvvələrinin fransalı keçmiş komandan müavini Mişel Yakovlef deyib. Onun fikrincə, Rusiyanın dağılması qaçılmazdır və bu, SSRİ-nin dağılmasından qat-qat qanlı olacaq. "Çünki indi ölkədə faktiki olaraq üç ordu var. Bütün bunlar Rusiya Federasiyasını 1973-cü il modelinin Livanına çevirir. Putin rejimi fevralın 24-dən əvvəl məhvə məhkum idi və Ukraynanı işğal etmək qərarı yalnız süqutu sürətləndirdi", - deyə general əlavə edib.
12-03-2023, 16:49
Prezident alban həmkarı ilə görüşdü


Prezident alban həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb. Albaniya Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Salam, bizim ölkəyə səfər etdiyiniz üçün təşəkkür edirəm. Sizi yenidən görməyə çox şadam. Keçən il Tiranadakı görüşümüzü xatırlayıram və qonaqpərvərliyiniz üçün bir daha təşəkkür edirəm. Ölkənizə rəsmi səfərimdən və Sizinlə, Baş nazirlə müzakirələrdən çox məmnun qaldım. Əməkdaşlığımızı gücləndirmək üçün qəbul etdiyimiz qərarlar həqiqətən nümayiş etdirir ki, ölkələrimiz arasında çox yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri var. X Qlobal Bakı Forumu çərçivəsində keçirilən vacib tədbirdə - atam, Prezident Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyada iştirak etmək üçün gəldiyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun. Əminəm ki, Bakıda qaldığınız müddətdə yaxşı vaxt keçirəcəksiniz. Faydalı, ikitərəfli əməkdaşlığımızın vacib məqamlarına toxunmaq üçün bu, çox yaxşı fürsətdir.
Albaniya Prezidenti Bayram Beqay deyib: Təşəkkür edirəm, cənab Prezident. Əlamətdar tədbir olan Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmək, Sizi ziyarət etmək məndə və mənim heyətimdə böyük məmnunluq hissi doğurur. Bu, səfər etmək və Sizi görmək üçün əlavə bir fürsətdir. Əlbəttə ki, atanızın irsi əbədi olaraq yazılıb və hesab edirəm ki, Bakı və bütün ölkə üçün həyata keçirdiyiniz işləri hər yerdə görmək olar. Dünən mən şəhərə çıxdım, bir az gəzdim və şəhərin heyrətamizliyinin şahidi oldum.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Prezident Bayram Beqay: Əlbəttə, Sizin qeyd etdiyiniz kimi, biz keçən il görüşmüşük və düşünürəm ki, ölkələrimiz dost ölkələrdir. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirmək üçün çalışmalıyıq, xüsusilə iqtisadiyyat və turizm sahələrində. Bizdə Transadriatik boru kəməri var və ölkənin bütün ərazisini qazlaşdırmaq üçün daha çox iş görməliyik.
Prezident İlham Əliyev: Elədir ki, var.
Prezident Bayram Beqay: Xüsusilə indi - enerji məsələsinin çox önəmli olduğu bir dövrdə. Qaz da çox vacibdir. Biz çox şadıq və bəxtimiz gətirib ki, Siz üzərinizə belə bir öhdəlik götürmüsünüz və Sizin dostluğunuzu qazanmışıq.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğu vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib. Söhbət zamanı enerji sahəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın Albaniyada səfirliyinin yaradılması, həmçinin Albaniyanın Azərbaycanda səfirliyini təsis etməsi ikitərəfli münasibətlərin inkişafı baxımından müsbət addım kimi dəyərləndirilib. Yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların bundan sonra da davam etdiriləcəyi bildirilib.



12-03-2023, 16:43
Ukrayna Almaniya hökumətini ittiham etdi


Ukrayna Almaniya hökumətini ittiham etdi

"Almaniya hökuməti Ukraynaya sursat istehsalı üçün sənaye müəssisəsi ilə müqavilə bağlamır". Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Bild” nəşrinə müsahibəsində bildirib. "Biz Almaniya silah sənayesinin nümayəndələri ilə görüşdük. Mənim iştirakımla onlar Almaniya hökumətindən müqavilələr imzalamağı tələb etdi. Buna görə də demək lazımdır ki, problem hökumətdədir", - o deyib. Qeyd edək ki, bundan əvvəl Ukrayna üçün hərbi istehsalın Almaniyadan ABŞ-a köçürülməsi müzakirə olunurdu.
12-03-2023, 16:34
“Cümhur İttifaqı”na daxil olan partiyalar arasında razılıq əldə edilib


“Cümhur İttifaqı”na daxil olan partiyalar arasında razılıq əldə edilib

Türkiyədə hakim "Cümhur İttifaqı"na yeni daxil olan HÜDAPAR və iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) arasında seçkilərlə bağlı razılaşma əldə olunub. Razılaşmaya əsasən, HÜDAPAR-ın deputatlığa namizədləri AKP-nin proporsional siyahısında seçkilərə qatılacaq. Ümumilikdə AKP siyahısında HÜDAPAR-a 20 deputat yerinin ayrılması barədə razılığa gəlinib. HÜDAPAR prezidentliyə namizəd kimi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. Qeyd edək ki, Türkiyədə seçkilər 14 mayda keçiriləcək.
12-03-2023, 16:18
Sabah dumanlı hava şəraiti hökm sürəcək


Sabah dumanlı hava şəraiti hökm sürəcək

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 13-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.
12-03-2023, 16:10
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda martın 13-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.
12-03-2023, 16:06
Hatay vilayətində sahil çökdü


Hatay vilayətində sahil çökdü

Türkiyədə zəlzələ baş verən bölgədə yerləşən Hatay vilayətində sahil çöküb. Təbiət hadisəsi vilayətin İskenderun rayonunda, eyniadlı körfəzin sahillərində qeydə alınıb. Bildirilib ki, çökmə göstəricisi təxminən 1 metrdir. Nəticədə quru və dənizin səviyyəsi bərabərləşib və birləşmə baş verib. Hazırda ərazidə elmi müəssisələr tərəfindən araşdırma və tədqiqat işləri aparılır.
12-03-2023, 16:00
Türkiyədə seçkilərə buraxılacaq partiyaların siyahısı açıqlandı


Türkiyədə seçkilərə buraxılacaq partiyaların siyahısı açıqlandı

14 mayda Türkiyədə keçiriləcək seçkilərdə iştirak hüququ qazanan siyasi partiyalar məlum olub. Bu barədə ölkənin Ali Seçki Komissiyasının sədri Ahmet Yener məlumat verib. Bildirilib ki, ümumilikdə 36 siyasi partiya seçkilərə buraxılıb. Həmin partiyaların yer aldığı tam siyahı ilə aşağıdakı infoqrafikada tanış olmaq mümkündür:

12-03-2023, 15:39
Müharibə iştirakçısı jurnalistlər Prezidentə müraciət etdilər


Müharibə iştirakçısı jurnalistlər Prezidentə müraciət etdilər

Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan jurnalistlər Prezidentə müraciət ediblər. Müraciətdə deyilir: "Möhtərəm Prezident. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Sizin böyük uğurla davam etdirdiyiniz daxili və xarici siyasətin, o cümlədən ordu quruculuğunun labüd nəticəsi olaraq, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ azadlığına qovuşdu. Biz media nümayəndələri də informasiya cəbhəsində mübarizə apararaq, Sizin rəhbərliyiniz altında görülən işlərin bütün dünyaya çatdırılmasına, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasına, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasına töhfə verməyə çalışdıq. Qarabağ müharibəsi veteranları olan bir qrupumuz isə müxtəlif dövrlərdə döyüş əməliyyatlarında iştirak edib və yaralanlar da olub. Bizlər Sizin sərəncamınızla döyüşlərdə göstərdiyimiz şücaətlərə görə müxtəlif meallarla təltif olunmuşuq. Biz Sizin Ali Baş Komandanlığınız ilə bundan sonra da istənilən döyüşlərdə iştirak etməyə hazırıq! Cənab Ali Baş Komandan
Sizin sərəncamınızla inşa edilən, jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə 20 iyul 2017-ci ildə mənzillərin paylanması mərasimində Siz də iştirak etmişdiniz. O zaman bizim sosial problemlərimizin həllinə dövlətimizin daim dəstək olacağını vurğulayaraq bildirmişdiniz: “Jurnalistlərin məişət problemlərinin həlli üçün bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır”. Bu sözlərinizlə bizim sosial problemlərimizin həllinə dövlətimizin dəstək olacağına inamımızı daha da gücləndirmisiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında xidməti olan müharibə veteranlarının sosial problemlərini hər zaman diqqətdə saxlamağınız, media nümayəndələrini özünüzün köməkçiləriniz hesab etməyiniz Sizə bu müraciəti ünvanlamağa bizdə inam yaratdı. Ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuş bu 2023-cü ildə müharibə iştirakçısı və şəhid ailəsindən olan jurnalistlərin mənzil problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən növbəti addımın atılmasını xahiş edir, bunun bizlərin sonsuz sevincinə səbəb və fəaliyyətimizdə böyük stimul olacağına Sizi əmin etmək istəyirik. Sizin sərəncamınızla inşa edilən, jurnalistlər üçün tikilmiş üçüncü binada mənzillər bölünərkən Qarabağ müharibəsi veteranı, əlili və şəhid ailəsi üzvü olan jurnalistləri də nəzərə almağınızı xahiş edirik. Hörmətlə,
1. Məmmədli Bəxtiyar Feruz oğlu - Şəhid ailəsi (“Kaspi” qəzeti, müxbir)
2. Ağayev İlham Əli oğlu (İlham Tumas) - Müharibə veteranı (İctimai Televizya, redaktor)
3. Bəbirov Rza İmran oğlu - Müharibə əlili (ATV, koordinator-prodüser)
4. Eyvazov Şöhrət Qulam oğlu- Müharibə veteranı (İctimai Televizya, müxbir)
5. Salayev Nahid Mirsamid oğlu - Müharibə əlili ("Bakı-Xəbər" qəzeti, jurnalist, "Aria.az", redaktor)
6. Məmmədli Yelmar Valeh oğlu - Müharibə veteranı (Baku TV, redaktor)
7. Əliyev Müseyib Siyasət oğlu - Müharibə veteranı (Space TV, texnik)
8. Əzizov Daşqın Mehdi oğlu - Müharibə veteranı (Offside Sport Media, direktor)
9. Məmmədov Mahal Şahniyar oğlu - Müharibə veteranı (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi)
10. Məmmədov Səbuhi Ədalət oğlu - Müharibə veteranı (“Report" İnformasiya Agentliyi, montajçı)
11. Məcidli Bəxtiyar İftixar oğlu - Müharibə veteranı (ATV, redaktor )
12. Cəfərzadə Orxan Azat oğlu - Müharibə veteranı (“Kəpəz TV”, müxbir)
13. Şərəfxanlı Nəsimi Çərkəz oğlu - Müharibə veteranı (Cumhuriyyet.az, baş redaktor)
14. Baxşəliyev Rəşad Fizuli oğlu - Müharibə veteranı ("Azərbaycan" qəzeti, redaktor)
15. Rəşidov Rəşad Valeh oğlu - Müharibə veteranı (İctimai Televiziya, müxbir)
16. Məmmədov Zaur Əhməd oğlu - Şəhid ailəsi (“Unikal Media Qrup”, baş redaktor)
12-03-2023, 15:33
Xızı rayonunda hərbi sursat aşkarlanıb


Xızı rayonunda hərbi sursat aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 125 mm-lik 40 ədəd OF26 tank, 120 mm-lik 1 ədəd minaatan və 100 mm-lik 1 ədəd top mərmisi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!