SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
1-10-2022, 15:29
Ukrayna 72 saat ərzində Limanı azad edəcək


Ukrayna 72 saat ərzində Limanı azad edəcək

“Ukrayna Silahlı Qüvvələri böyük ehtimalla yaxın 72 saat ərzində Donetsk vilayətinin Liman şəhərini tamamilə mühasirəyə alacaq və ya nəzarətə götürəcək”. Bu barədə Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir. Məlumata görə, ruslar hələ də Limandan Torskoya gedən yola nəzarət edir, Ukrayna qüvvələri isə Stavok rayonunda Drobışevo-Torskoye yolunu bağlayıb. Mənbələr, həmçinin Ukrayna kəşfiyyat və diversiya qruplarının fəallığının artırdığını vurğulayırlar.
1-10-2022, 15:27
Zaporojye AES-in baş direktoru oğurlandı


Zaporojye AES-in baş direktoru oğurlandı

Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) baş direktoru İqor Muraşovu saxlayıb və onu naməlum istiqamətə aparıblar. Bu barədə Ukraynanın "Enerqoatom" agentliyinin prezidenti Pyotr Kotin bildirib. Onun sözlərinə görə, İqor Muraşovun harada olması barədə dəqiq məlumat yoxdur."İqor Muraşovun saxlanılması Avropanın ən böyük atom elektrik stansiyasının fəaliyyəti üçün təhlükə yaradır", - deyə açıqlamada qeyd olunub.
1-10-2022, 15:25
Dünənki qəzada ölən şəxslər hərbçi imiş


Dünənki qəzada ölən şəxslər hərbçi imiş

Ötən gün ağır yol qəzasında ölən şəxslərin hərbçi olduğu məlum olub. Butov.az xəbər verir ki, onlar Gəncə şəhər sakini, MAHHXHQ Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAHHXHQ Aslanov Mübariz Azər oğludur. Məlumata görə, hər iki hərbi qulluqçu 44 günlük Vətən müharibəsində və 13 sentyabr 2022 -ci il tarixində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına döyüşüblər. Onların nəşi Cəlilabadda Azərbaycan bayrağına bükülmüş tabuta qoyularaq öz yaşadığları rayona yola salınıb. Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun 146-cı km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və nəticədə iki nəfər həlak olub.


1-10-2022, 15:21
Hərbi xidmətə növbəti çağırış başladı


Hərbi xidmətə növbəti çağırış başladı

Prezident İlham Əliyevin sentyabrın 3-də imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. Butov.az xəbər verir ki, artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə start verilib. Belə ki, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək. Qeyd edək ki, Prezident İlham Əliyev bu il sentyabrın 3-də "Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb.
1-10-2022, 15:19
Günün oyunu: “Qarabağ” “Neftçi”yə qarşı


Günün oyunu: “Qarabağ” “Neftçi”yə qarşı

Azərbaycan Premyer Liqasında VIII turun oyunları keçirilir. Butov.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutacaq. Əvvəlcə Tovuzda yerli “Turan Tovuz” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Günün digər matçı isə şərikli liderlər – “Qarabağ”la “Neftçi” arasında olacaq. Xatırladaq ki, ilk oyun günündə “Səbail” “Qəbələ” ilə ev oyunda 1:1 hesabıyla məğlub olub. Tura sabah keçiriləcək “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
VIII tur 1 oktyabr


“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 15:30.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli.
Bakı. “Azersun Arena”, 18:00.
1-10-2022, 15:15
Minaya düşənlər əraziyə qanunsuz yolla keçiblər


Minaya düşənlər əraziyə qanunsuz yolla keçiblər

Xəbər verdiyimiz kimi, Füzulidə mina partlayışı olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minanın partlayışı baş verib. Təhlükəli əraziyə qeyri-qanuni yolla daxil olma nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub. Xəstəxanaya çatdırılan 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlunun vəziyyəti isə qənaətbəxşdir. Həyati təhlükəsi yoxdur. ANAMA bir daha xəbərdarlıq edir ki, işğaldan azad edilmiş ərazilərdə müharibənin partlayıcı qalıqları təhlükəsi qalmaqdadır. İşğaldan azad edilmiş ərazilərə səfər edən, eləcə də bu ərazilərdə fəaliyyət göstərən vətəndaşlara diqqətli olmağı, bələd olmadıqları təhlükəli ərazilərə icazəsiz yollarla daxil olmamağı tövsiyə edir.
1-10-2022, 15:12
ABŞ Ukrayna üçün yeni hərbi yardım hazırlayır


ABŞ Ukrayna üçün yeni hərbi yardım hazırlayır

ABŞ gələn həftə Ukraynaya yeni hərbi yardım paketini elan edəcək. Bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib. O, yardımla bağlı detalları açıqlamayıb. Paketin həcmi barədə də məlumat verilməyib. Qeyd edək ki, ABŞ Senatı və Nümayəndələr Palatası Ukraynaya 12.6 milyard dollar yarım ayrılmasına razılıq verib.
1-10-2022, 15:11
“Moskva, Brüssel və Vaşinqton Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil” - Paşinyan


“Moskva, Brüssel və Vaşinqton Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil” - Paşinyan

“Nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini tanımağa hazırdı, onlar Qarabağı heç Ermənistanın bir hissəsi kimi də tanımağa hazır deyillər”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Moskva, Brüssel və Vaşinqtonun Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı təklifinin olduğu barədə suala cavab verərkən deyib.“Hər kəsin öz paketi olduğunu söyləmək olmaz, amma hər kəsin müəyyən bir fikri var. Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa və həqiqət dilində danışıramsa, o zaman bunları qeyd etməliyəm - hərçənd bunu daha əvvəl, hətta müharibədən öncə deməliydim - adı çəkilən heç bir ölkə (Rusiya, Avropa İttifaqı, ABŞ-red.) Qarabağın müstəqilliyini tanımağa hazır deyil və heç biri Qarabağı Ermənistanın bir hissəsi kimi də tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”, - Paşinyan bildirib. Həmin ölkələrin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımadığına gəlincə, Paşinyan deyib ki, onlar beynəlxalq nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın bir hissəsi olduğu barədə bəyanatlar veriblər.“Və bu bəyanatlar açıq şəkildə səsləndirilib. Məgər bu təzə xəbərdir?”, - Paşinyan fikrini yekunlaşdırıb.
1-10-2022, 15:08
İranda “qanlı cümə” günündə kütləvi qətliam - Şahın oğlu yenə bəyanat verdi


İranda “qanlı cümə” günündə kütləvi qətliam - Şahın oğlu yenə bəyanat verdi

İranda etiraz dalğasının miqyası getdikcə böyüyür. Hökumət qüvvələri sentyabrın 30-da Sistan-Bəllucistan mərkəzi Zahedan şəhərində kütləvi qətliam törədiblər. Verilən məlumatlara görə, cümə namazından çıxan insanlar İran İnqilab keşikçiləri Ordusu (SEPAH) tərəfindən atəşə tutulub. Nəticədə onlarla ölən və yaralanan olub. İranda bu hadisəni "qanlı cümə" adlandırıblar. Qeyd edək ki, Zahedan şəhərində əhalinin etnik tərkibini əsasən bəluc milliyətindən olan insanlar təşkil edir. Elə kütləvi qətliama məruz qalanların da bəluclar olduğu söylənilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Zahedan şəhərində baş verən qanlı hadisədən hiddətlənən sakinlər küçələrə axışaraq, etirazlarını sərt şəkildə bildirməyə başlayıblar. Bu zaman Zahedan Şəhər Polis İdarəsinin binasının yandırıldığı bildirilir. Eyni zamanda, qeyd edilir ki, əhali SEPAH-ın Zahedan şəhəri üzrə kəşfiyyat xidmətinin rəisini yaxalayaraq öldürüb. Butov.az xəbər verir ki, İran şahının mühacirətdəki oğlu Rza Pəhləvi də Zahedan şəhərində törədilən qətliamı pisləyən bəyanat yayıb. O bəyanatda bildirib:“İslam respublikası rejimi Zahedanın "qanlı cümə" günündə bəluc soydaşlarımızı qətl etmişdir. Bu cinayət insanların İran rejiminə qarşı qəzəbini artıracaq və xalqı onu devirməkdə daha da əzmli edəcək. İranın Birləşmiş Milləti dünyəvi, azad və firavan İrana çatana qədər milli inqilabını davam etdirəcək. Dünyəvi, demokratik, firavan İrana nail olana qədər vahid İran xalqı milli inqilabını davam etdirəcək”.
1-10-2022, 15:06
DİN-dən minaya düşən şəxslərlə bağlı açıqlama


DİN-dən minaya düşən şəxslərlə bağlı açıqlama

Daxili İşlər Nazirliyi (DİN) bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində minaya düşərək ölən şəxslərlə bağlı açıqlama yayıb. DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, dəfələrlə işğaldan azad olunmuş ərazilərdə minaların və digər partlayıcı maddələrin olması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bəzi şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar yollarla həmin ərazilərə daxil olması faktlarına rast gəlinir.“Təəssüf ki, bu gün saat 21:00 radələrində Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisinə nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər. Nəticədə erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşərək hadisə yerində ölüblər. Dərhal Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Polis əməkdaşları tərəfindən meyitlər oradan götürülərək müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır”, - DİN rəsmisi qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!