SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
30-09-2022, 14:57
Senat Ukrayna üçün 12.4 milyardlıq yardıma "HƏ" dedi


Senat Ukrayna üçün 12.4 milyardlıq yardıma "HƏ" dedi

ABŞ Senatı Ukraynaya 12,4 milyard dollar dəyərində yardım paketinin ayrılmasını təsdiqləyib.
Butov.az xəbər verir ki, qərar səs çoxluğu ilə qəbul olunub. Vəsaitin 7,8 milyard dollarlıq hissəsi müdafiə ehtiyaclarına xərclənəcək, qalanı birbaşa ölkə büdcəsinə daxil ediləcək. Qanun layihəsi sentyabrın 30-da Nümayəndələr Palatasının müzakirəsinə çıxarılacaq.
30-09-2022, 14:55
Avropada meymunçiçəyinə yoluxma 24 mini keçdi


Avropada meymunçiçəyinə yoluxma 24 mini keçdi

Avropada meymunçiçəyi virusuna yoluxanların sayı 24 mini keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bölgəsinin saytında məlumat yayılıb. Avropada yoluxma sayının 24 622-yə çatdığı, Avropa regionunda 44 ölkədə virusun mövcud olduğu bildirilib. Xəstələrin 96 faizində virus əlaməti olaraq qızartı və qaşınma, 68 faizində isə yüksək hərarət, yorğunluq və əzələ ağrısı kimi əlamətlər olduğu qeyd edilib. Ən çox yoluxma halları 7 min 149 nəfərlə İspaniyada qeydə alınıb.
30-09-2022, 14:52
Quterreş Rusiyaya etiraz etdi


Quterreş Rusiyaya etiraz etdi

Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur. Bunu BMT Baş katibi Antonio Quterreş deyib. O bildirib ki, bu proses heç bir hüquqi qüvvəyə malik deyil. Baş katib vurğulayıb ki, "referendum"lar xalqın iradəsinin həqiqi ifadəsi sayıla bilməz.
30-09-2022, 14:50
İrəvan müharibəyə hazırlaşır - Erməni general: "Əmr almışıq!"


İrəvan müharibəyə hazırlaşır - Erməni general: "Əmr almışıq!"

“Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var”. Bunu sentyabrın 29-da Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik vilayətinin Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə bildirib. Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir. Arakel Martikyanın açıqlamasından belə məlum olur ki, Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır. Qeyd edək ki, hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan bugünkü açılqlamasında bildirib ki, Ermənistan bütün mümkün ölkələrdə ehtiyaclarını ödəyə biləcək silahlar axtarır. Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhəddində son insident sentyabrın 28-də baş verib. Ermənistan hərbi birləşmələri Kəlbəcər istiqamətində təxribata əl atıb. Nəticədə Azərbaycan tərəfi düşmənə layiqli cavab verib. Bu insident zamanı Azərbaycan tərəfdən bir əsgər yaralanıb. Ermənistanın isə 3 hərbi qulluqçusu ölüb.
30-09-2022, 14:47
Rusiya XİN: ABŞ Ukraynadakı münaqişənin tərəfinə çevrilib


Rusiya XİN: ABŞ Ukraynadakı münaqişənin tərəfinə çevrilib

ABŞ reallıqdan qopduğunu nümayiş etdirib və Ukraynadakı münaqişənin tərəfinə çevrilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.“Vaşinqton faktiki olaraq münaqişənin tərəfinə çevrilərək reallıqla nə qədər əlaqəni itirdiyini bir daha nümayiş etdirdi. Bunun başqa bir sübutu bu yaxınlarda ABŞ Konqresində Kiyev rejiminə 12 milyard dollara yaxın yeni yardım paketinin ayrılması ilə bağlı əldə edilmiş ilkin razılaşmadır”, - deyə Zaxarova qeyd edib. Sentyabrın 28-də Dmitri Peskov bildirib ki, Amerika tərəfi faktiki olaraq Ukrayna münaqişəsinə “daxil olub” və bu, çox təhlükəlidir. ABŞ dövlət katibi Entoni Blinken bir müddət əvvəl deyib ki, Vaşinqton Ukraynanın Rusiya ordusu tərəfindən işğal olunmuş ərazilərdə, o cümlədən Rusiya Federasiyasının referendumlar nəticəsində ilhaq etmək niyyətində olduğu ərazilərdə Amerika silahlarından istifadə etməsinin əleyhinə deyil.
30-09-2022, 14:44
Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı


Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı

Rusiya prezidenti Vladimir Putinin səfərbərliklə bağlı verdiyi sərəncamdan sonra minlərlə vətəndaş müxtəlif yollarla ölkəni tərk etməyə başlayıb. Ukraynada döyüşməkdən imtina edənlər əsasən qonşu ölkələrə qaçırlar. Butov.az xəbər verir ki, Rusiya Telegram kanallarının məlumatına görə, məşhur azərbaycanlı bloger Hüseyn Həsənov da səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk edib. Onun hara getdiyi məlum deyil.
30-09-2022, 08:11
Vətənpərvərlik - söz və əməlin vəhdəti.
Vətənpərvərlik - söz və əməlin vəhdəti.


Vətənə məhəbbət, öz şəxsi mənafelərini vətən yolunda qurban verməyə
əsaslanan hissi və mənəvi bağlılıqdır vətənpərvərlik. Bu bağlılıq, həmçinin
mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərini özündə
birləşdirən milli hissiyyat, milli qürür kimi də dəyərləndirilir. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və
adət ənənələrinə bağlanmış dövlətçilik durur.
Xalqın və dövlətçiliyin formalaşmasında vətənpərvərlik onun inkişafının ümumimilli məqamlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.
Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar,
şəhidlik zirvəsinə yüksəliblər. Babalarımızın əmanəti olan Vətən onların
davamçıları tərəfindən də sevilib, qorunub və bu gün də sevilməkdə,
qorunmaqdadır.
Tariximizin hansı səhifəsini vərəqləsək, orada cəsur, igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Buna görə də vətənpərvərlik – söz ilə əməlin üst-üstə düşməsidir.
Vətən sadəcə coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Hər bir vətəndaş, ləyaqətli, iradəli, əqidəli, vətənpərvər şəxs millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki, milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi birləşir. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs Vətənlə bağlı heç bir hadisəyə laqeyd qala bilməz. Ona görə ki, Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa daim sövq edir.
Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır.
Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşmüşdür. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu
danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaratdığı ənənələri, milli
mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Onlar dövlətin həm bu günü, həm də gələcəyidir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyini yaşayan Azərbaycana məhz milli şüura malik vətənpərvər gənclər lazımdır. Vətəni sevmədən, qorumadan, ata-babalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrənmədən vətənpərvər yetişmək
olmaz. Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə təhrik edən ən güclü mənəvi-əxlaqi hissdir. Bu hissi hələ uşaqlıq illərindən aşılamaq başlıca vəzifədir. Hərbi-vətənpərvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir.
Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə
örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Müstəqillik əldə edəndən bu günədək ölkəmizdə həyata keçirilmiş islahatlar, görülmüş quruculuq işləri, insanların rifahı üçün yaradılmış imkanlar, gənclərə qayğı, onların cəmiyyətdəki roluna verilən önəm vətəndaşlarımızda vətənpərvərlik hissini, Vətənə sevgini daha da möhkəmləndirmişdir. Bütün bunların nəticəsidir ki, 44 günlük şanlı Vətən müharibəsində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədə Vətənimizin igid övladları misilsiz qəhrəmanlıq göstərərək, düşmənə gözdağı verərək tarixi ədaləti bərpa etdi.
Bu qələbə 30 illik həsrətə son qoymaqla yanaşı bütün dünyaya müzəffər Azərbaycan ordusunun gücünü bir daha dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə Azərbaycanın daxili və xarici siyasətinin, Ali Baş Komandanının dəmir yumruğu ətrafında birləşən vətəndaşların vətənpərvərlik ruhunun, dönməzliyinin qələbəsi oldu. Bu qələbə rəşadətli Azərbaycan ordusunun, qətiyyətli Ali Baş Komandanın və milli mənəvi dəyərləri ilə dünyada nümunə olan Azərbaycan xalqının qələbəsidir.
Fikirlərimi qəlblərdəki həsrəti silən o ifadələr ilə bitirmək istəyirəm: Qarabağ bizimdir! Qarabağ AZƏRBAYCANDIR!

Nurlan Cəbrayılzadə,
Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi,
I kurs

29-09-2022, 23:01
Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı


Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı

Rusiya prezidenti Vladimir Putinin səfərbərliklə bağlı verdiyi sərəncamdan sonra minlərlə vətəndaş müxtəlif yollarla ölkəni tərk etməyə başlayıb. Ukraynada döyüşməkdən imtina edənlər əsasən qonşu ölkələrə qaçırlar. Butov.az xəbər verir ki, Rusiya Telegram kanallarının məlumatına görə, məşhur azərbaycanlı bloger Hüseyn Həsənov da səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk edib. Onun hara getdiyi məlum deyil.
29-09-2022, 22:50
Zabitlərimiz Oklahomada ABŞ hərbçiləri ilə görüşdü


Zabitlərimiz Oklahomada ABŞ hərbçiləri ilə görüşdü

Oklahoma Milli Qvardiyasının Dövlət Tərəfdaşlıq Proqramı ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin üç zabitini Kiber Müdafiə Əməliyyatları sahəsində hərbi bilik mübadiləsi aparmaq üçün Oklahoma şəhərində qəbul edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-də olarkən onlar strategiyanı və təcrübələri müzakirə etmək üçün mülki şəxslər və hərbçi həmkarları ilə görüşlər keçirib.
29-09-2022, 22:38
49 yaşlı qadın xəstəxanada özünü asdı


49 yaşlı qadın xəstəxanada özünü asdı

Bakıda intihar hadisəsi olub. Butov.az xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 15 saylı Birləşmiş şəhər Xəstəxanasında qeydə alınıb. Orada xadimə işləyən 49 yaşlı Novruzova Aidə Cəlal qızı xəstəxananın həyətindəki tikilidə özünü asaraq, həyatına son qoyub. Onun hansı səbəbdən canına qəsd etdiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!