Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü təxirə salındı
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü təxirə salınıb. Bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib. Onun sözlərinə görə, sentyabrın 14-də sərhəddə iki ölkənin müvafiq idarələrinin nümayəndələri arasında görüş olmalı idi:"Amma həmin vaxt Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara görə, Türkiyə tərəfinin istəyi ilə görüş təxirə salınıb. Növbəti görüş hələ müəyyən olunmayıb". Qeyd edək ki, Ruben Rubinyan Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə sonuncu dəfə iyulun 14-də görüşüb.
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin senarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər. Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə helikopter ekipajları və desant heyətlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının deputatları və hökumət üzvlərinin iştikarı ilə üç saatadək davam edən qapalı görüş keçirib. Butov.az xəbər verir ki, “Joğovurd” qəzetinin məlumatına görə, iclasda xarici işlər naziri Ararat Mirzoyandan başqa hökumətin digər üzvləri iştirak edib. Nikol Paşinyan görüşün əvvəlində çıxış edib, sonra ona suallar verilib. Qəzet yazır ki, iclasda Ermənistandakı vəziyyətlə bağlı çox açıq söhbət olub və Paşinyan heç nə gizlətməyib, mövcud durumu ətraflı şəkildə təqdim edib. Qeyd edilir ki, deputatların hazırkı vəziyyətlə bağlı narahatlığı baş nazirin açıqlamalarından sonra daha da dərinləşib. Ermənistan KİV-ləri görüşün təfərrüatları barədə geniş məlumat əldə edə bilməyib.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının deputatları və hökumət üzvlərinin iştikarı ilə üç saatadək davam edən qapalı görüş keçirib. Butov.az xəbər verir ki, “Joğovurd” qəzetinin məlumatına görə, iclasda xarici işlər naziri Ararat Mirzoyandan başqa hökumətin digər üzvləri iştirak edib. Nikol Paşinyan görüşün əvvəlində çıxış edib, sonra ona suallar verilib. Qəzet yazır ki, iclasda Ermənistandakı vəziyyətlə bağlı çox açıq söhbət olub və Paşinyan heç nə gizlətməyib, mövcud durumu ətraflı şəkildə təqdim edib. Qeyd edilir ki, deputatların hazırkı vəziyyətlə bağlı narahatlığı baş nazirin açıqlamalarından sonra daha da dərinləşib. Ermənistan KİV-ləri görüşün təfərrüatları barədə geniş məlumat əldə edə bilməyib.
Hindistan Ermənistana müasir raketlər və tank əleyhinə silahlar satacaq. Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, satılacaq silahların ümumi qiyməti təxminən 270 milyon dollar dəyərindədir. Hindistanın Ermənistana satacağı “Pinaka” raketləri 40 kilometr uçuş məsafəsinə və dəqiq zərbə vurma qabiliyyətinə malikdir. Bu raket sisteminin yüksək effektivliyi Kəşmirin dağlıq bölgələrində Pakistana qarşı aparılan müharibədə istifadə edilib.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə münasibət bildirib. Aİ rəsmisi bu barədə "Twitter" səhifəsində paylaşım edib. “Bu gün yenidən üç erməni əsgərinin həlak olması və bir Azərbaycan əsgərinin yaralanması ilə bağlı məlumat aldıq. Bu və bir çox digər haqsız qurbanların olması nifrət və qeyri-sabitliyi artırır. Əməliyyatların təhlükəsizliyi o halda mümkündür ki, sərhədlərə riayət olunsun, qoşunlar bir-biri ilə yaxın məsafədə toqquşmasın. Sülh məcbur edilə bilməz", - diplomat qeyd edib.
“Rusiya əsgərləri yaşamaq istəyirlərsə, döyüş meydanından qaçsınlar”. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. “Rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın”, - prezident Rusiya vətəndaşlarına müraciətində deyib. Zelenski qeyd edib ki, rusiyalılar onsuz da çox şeydən məhrum olublar. Dövlət başçısı, həmçinin rusiyalı hərbçiləri Ukraynanın ruhuna və mədəniyyətinə toxunmamağa çağırıb.
Dünya Bankı Ukraynaya dəstək üçün 11 milyard dollar verib. Bu barədə bankın rəhbəri David Malpass açıqlama verib. Onun sözlərinə görə, pul Kiyevə kredit təşkilatının və onun məqsədli fondlarının müxtəlif layihələri vasitəsilə çatdırılıb. Qeyd edilib ki, indiyə qədər Ukraynaya 13 milyard dollar yardım ayrılıb.
Londonun “Hitrou” hava limanında iki sərnişin təyyarəsi toqquşub. Butov.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. "Fövqəladə hallar xidmətləri hava limanında iki təyyarənin iştirakı ilə insident baş verən yerdə çalışır. Tələfat barədə məlumat yoxdur", - deyə “Hitrou”nun nümayəndəsi bildirib.
Masallı rayonunda avtomobil kanala aşıb. Butov.az xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində baş verib. Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb. Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəki şəxsləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadə vəfat ediblər. Faktla bağlı araşdırma aparılır.