29-09-2022, 15:23
ABŞ İrana məxsus PUA-nı vurdu ABŞ İrana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilir ki, hadisə İraqın şimalında yerləşən Ərbil ərazisində baş verib. PUA-nın ABŞ Mərkəzi Qüvvələri üçün təhdid yaratdığı qeyd edilib.
29-09-2022, 15:20
Zelenski Quterreşlə Zaporojyedəki vəziyyəti müzakirə etdiUkrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb. Bu barədə Zelenskinin ofisi məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı Zaporojye AES-də yaranmış vəziyyət müzakirə olunub. Zelenski Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı mövqeyinə görə Quterreşə təşəkkür edib.
29-09-2022, 15:17
Təxribata əl atan 3 erməni hərbçi məhv edildiErmənistan silahlı qüvvələri yenidən atəşkəs razılaşmasını pozub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Butov.az bildirir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hazırda hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Məlumata görə, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb. Ermənistan tərəfi həmişəki kimi bu dəfə də atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışıb. Bu məqsədlə guya atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yalan məlumatları dövriyyəyə buraxıb. Daha sonra Ermənistan Müdafiə Nazirliyi 3 hərbi qulluqçusunun ölməsi barədə xəbər yayıb. Lakin öldüyü deyilən hərbçilərlə bağlı əlavə məlumat verilməyib. Azərbaycan Müdafiə Nazirliyindən isə bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
29-09-2022, 15:14
Afrikada helikopter qəzası - 22 nəfər öldü Uqanda ordusuna məxsus iki helikopter qəzaya uğrayıb. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Bildirilib ki, hadisə Konqo ilə sərhəddə baş verib. Hərbi helikopterlərin qəzaya uğraması nəticəsində 22 nəfər həlak olub. Hadisənin başvermə səbəbləri araşdırılır. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.
29-09-2022, 15:12
Rusiyanı tərk edin! - Daha bir ölkədən çağırışLatviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib. “Rusiyanı mümkün qədər tez tərk edin. Bu çağırış beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq edilib”, - nazir deyib. Qeyd edək ki, bundan əvvəl ABŞ və Polşa vətəndaşlarını Rusiyadan çıxmağa çağırıb.
29-09-2022, 15:09
Bosfor boğazı Rusiyaya gedən gəmiyə görə bağlandıBosfor boğazından keçən quru yük gəmisində nasazlıq yaranıb. Bu səbəbdən boğazda gəmilərin hərəkəti dayandırılıb.
Butov.az xəbər verir ki, 190 metrlik quru yük gəmisi Panama bayrağı altında üzür və Rusiyaya doğru hərəkət edirdi. Məlumata görə, İstanbulun Asiya sahillərində yük gəmisinin mühərriki sıradan çıxıb və o boğazda qalıb. Hadisə yerinə yedək gəmiləri göndərilib. Gəminin boş olduğu bildirilir.
29-09-2022, 15:06
Yeni baş nazir Zelenskiyə söz verdiBöyük Britaniyanın Baş naziri Liz Trass və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Britaniya hökuməti məlumat yayıb. Trass söhbət zamanı Britaniyanın Ukraynaya davamlı dəstəyini ifadə edib. Baş nazir açıq şəkildə bildirib ki, Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini tanımayacaq. Zelenski isə Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.
28-09-2022, 20:55
Rusiyaya yardım edənlər də cəzalandırılacaqAvropa İttifaqı (Aİ) Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin qondarma rəhbərliyinə qarşı sanksiyalar tətbiq edəcək. Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borell bildirib. Onun sözlərinə görə, Rusiyanın sanksiyalardan yayınmasında iştirak edən əcnəbilərə qarşı da sərt cəzalar tətbiq olunacaq.
28-09-2022, 20:54
İdmançımız Avropa çempionu oldu Taekvondoçumuz Səyyad Dadaşov Albaniyanın paytaxtı Tiranada keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.
Butov.az xəbər verir ki, 54 kq-da çıxış edən idmançı ilk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edib. Ardınca Relya İvkoviçə (Serbiya) də eyni hesabla qalib gələn Dadaşov 1/8 finalda Haktan Can (Türkiyə) üzərində də inamlı qələbə qazanıb. Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, Dadaşov finala yüksəlib. Həlledici qarşılaşma kifayət qədər gərgin alınıb. Milan Millla (Niderland) ilə qarşılaşmanı 2:1 hesabı ilə xeyrinə bitirən Azərbaycan təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yığmanın aktivinə digər mükafatı Eltac Qafarov yazdırıb. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda Stefan Takovla (Serbiya) üz-üzə gəlib. Rəqibinə 0:2 hesabı ilə uduzan idmançı bürünc medala sahib çıxıb.
28-09-2022, 20:46
Naxçıvanın sabiq naziri azadlığa çıxdıNaxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.
Butov.az xəbər verir ki, sabiq nazir bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azad olunub. Qeyd edək ki, ötən gün Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərovun cəzası 6 il 9 ay 20 günə endirilib. Həmin müddət başa çatdığı üçün təqsirləndirilən şəxsin dərhal azad olunması ilə bağlı qərar çıxarılıb.