SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
28-09-2022, 16:32
Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü


Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb. Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib. “Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanla müzakirələr apardıq. Biz növbəti şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”, - deyə Ceyk Sallivan qeyd edib.
28-09-2022, 16:29
ABŞ 250 milyon dollarlıq silah satdı


ABŞ 250 milyon dollarlıq silah satdı

ABŞ Dövlət Departamenti Küveytə silah satışına razılıq verib. Bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb. Bildirilir ki, satışa M1A2K tankı üçün döyüş və təlim sursatları, müvafiq avadanlıqlar daxildir. Müqavilənin dəyəri 250 milyon dollardır. Razılaşma icra edilməzdən əvvəl Konqres tərəfindən təsdiq edilməlidir.
28-09-2022, 16:26
İsrail Ukraynada keçirilən "referendumları" tanımayacaq


İsrail Ukraynada keçirilən "referendumları" tanımayacaq

İsrail Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olmağa davam edir. Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik İsrailin Rusiyanın işğalı altında olan bölgələrdə keçirilən saxta "referendumlar"ı tanımayacağını bildirib. Bəyanatda İsrailin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu qeyd edilib.
28-09-2022, 16:23
Şair Sabir Yusifoğlu vəfat etdi


Şair Sabir Yusifoğlu vəfat etdi

Tanınmış şair Sabir Yusifoğlu dünyasını dəyişib. Bu barədə onun yaxınları məlumat verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair, həmçinin Prezident təqaüdçüsü idi. Qeyd edək ki, Sabir Yusifoğlunun oğlu Emin Piri də şairdir. Allah rəhmət eləsin
28-09-2022, 16:21
Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov


Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır. Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib: "Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir". Peskov, həmçinin qeyd edib ki, prezident Vladimir Putin Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini diqqətə çatdırıb.
27-09-2022, 21:43
Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov


Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır. Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib: "Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir". Peskov, həmçinin qeyd edib ki, prezident Vladimir Putin Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini diqqətə çatdırıb.
27-09-2022, 19:58
Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov


Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır. Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib: "Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir". Peskov, həmçinin qeyd edib ki, prezident Vladimir Putin Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini diqqətə çatdırıb.
27-09-2022, 19:49
Türkiyədən Suriyadakı terrorçulara ağır zərbə


Türkiyədən Suriyadakı terrorçulara ağır zərbə

Türkiyə ordusu Suriyanın şimalında terrorçulara ağır zərbə vurub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, zərbələr nəticəsində 13 terrorçu zərərsizləşdirilib. Terrorçuların Suriyanın şimalında Fərat Qalxanı, Sülh bulağı və Zeytun budağı əməliyyat bölgələrində hücuma hazırlaşan zaman zərərsizləşdirildiyi qeyd olunur. Nazirlik terrora və terrorçulara heç bir yerdə imkan verilməyəcəyini vurğulayıb.
27-09-2022, 19:27
Azərbaycan Demokrat Firqəsinin bəyanatı

Azərbaycan Demokrat Firqəsinin bəyanatı

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi İran xalqlarının geniş etirazları münasibətilə bəyanat yayıb. Bəyanatın mətnini oxucularımıza təqdim edirik:
İran İslam Respublikasının qadına düşmənçilik siyasətlərinə qarşı
Əziz həmvətənlər!
Azərbaycanlı qardaş və bacılar!

Ölkəmizin hakim rejiminin polis qüvvələrinin “Gəşti İrşad” tərəfindən Məhsa Əmini dəhşətli şəkildə qətlə yetirməsi ilə İran İslam Respublikasının anti-qadın hesabat dosyasına daha bir qara səhifə əlavə olundu. Bu qətlin üzə çıxmasından və 22 yaşlı qızın günahsız cəsədinin Səqqezdə dəfn edilməsindən sonra Vilayət fəqihin zalım hökumətinə qarşı qəzəb və nifrət dalğası yüksəldi. Gənclər və tələbələr, onlardan öndə qadınlar və qızlar “Qadınlar, həyat, azadlıq” müştərək şüarı ilə keçirilən etiraz toplantılarında bu cinayəti törədənlərin üzə çıxarılmasını və cəzalandırılmasını tələb etdilər. Vətənimizin igid qızları ictimai yerlərdə rejim məmurları qarşısında hicablarını çıxartmaq, yandırmaq və öz saçlarını kəsmək kimi yeni hərəkat, təşəbbüslərlə hakim rejimin ideoloji aparatına meydan oxuyublar.
İndiyədək bu etirazların ölkəmizin şərqindən qərbinə, şimalından cənubuna qədər yüzə yaxın şəhərinə yayılması ilə bağlı çoxlu xəbərlər dərc olunub. Kürdüstan şəhərlərində etirazçılarla həmrəylik əlaməti olaraq mağazalar iki gün bağlanıb. Başlanğıcda hökumətin təhlükəsizlik orqanları və dövlət rəsmiləri bu ağrılı hadisəyə haqq qazandırmağa çalışırdılar. Əvvəlki illərdə olduğu kimi, çox keçmədən etirazçılara qarşı zorakılıq, amansız və qanlı təzyiqlər başladı. İndiyədək müxtəlif şəhərlərdə rejimin repressiv qüvvələri tərəfindən 20-dən çox insanın öldürüldüyü barədə məlumatlar yayılıb. Bu etirazların sürətlə yayılmasından şoka düşən repressiv hakimiyyət 1396-cı (h.ş) və 1398-ci (h.ş) il hadisələrində olduğu kimi internet xətlərini kəsməyə, mobil telefonların əlaqəsini kəsməyə əl atıb və bəlkə də eyni illərdə olduğu kimi, geniş miqyasda etirazçıları qırğın etmək niyyətindədir.
Rejim Kürdüstanın bəzi şəhərlərində fövqəladə vəziyyətə bənzər vəziyyət yaradıb və kürd şəhərlərinin sakinlərini yatızdırmaq üçün qonşu vilayətlərdən və xüsusilə Azərbaycan vilayətlərindən repressiv qüvvələr göndərərək xalqların arasında parçalanma yaratmağa, türk və kürdləri qarşı-qarşıya qoymağa çalışır. Təbii ki, Təbrizdə gənclərin, qız və oğlanların böyük nümayişləri və “Azərbaycan oyaqdır, Kürdüstanı dəstəkləyir” şüarının səsləndirilməsi onu göstərdi ki, Azərbaycan gəncliyi təhlükəsizlik qüvvələri repressiv təşkilatlarin bölücü sui-qəsdlərini dərk edib, onların təxribatlarını ifşa etməyə doğru irəliləyirlər.
1396 (h.ş) və 1398-ci (h.ş) illərdə olduğu kimi etirazçıların qanlı yatırılmasının genişlənməsi ilə yanaşı, küçələrdə gənclərin, qadınların və qızların şüarları da daha radikal xarakter almışdı. “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Zalıma ölüm, padşah ol ya rəhbər fərq etməz” və “Kürdüstandan Təbrizə səbrimiz tükənibdi” kimi şüarları ilə etirazçılar artıq birlikdə hökümətin rəhbərliyini hədəf almşlar.
Ötən illər ərzində İslam Respublikasının zalım rejiminin müxtəlif orqanlarına qarşı ədalətli və humanist bir həyatı təmin etmək üçün fəhlələr, zəhmətkeşlər, müəllimlər və təqaüdçülər kimi müxtəlif təbəqələrdən ibarət etiraz hərəkatları olub. İndi isə qadınlar kişilər ilə bərabər hüquqlar əldə etməklə, hakim rejimin ideoloji və orta əsr buxovlarından qurtulmaq uğrunda əsrlər boyu davam edən hərəkatı yeni mərhələyə qədəm qoyub və qadınların mühüm rolunu göstərir. Bundan əlavə, qadınlar cəmiyyətin və işçi qüvvəsinin bir hissəsi olaraq müəllimlər, işçilər də ölkəmizin kişilərilə birgə olduqlarını göstərirlər.
Fəhlələrin, müəllimlərin, təqüdçülərin, gənclərin geniş hərəkatı indi də Məhsa Əmininin dəhşətli qətli münasibətilə qadınların və qızların ölkənin hər tərəfini bürüyən geniş hərəkatı onu göstərir ki, İslam Respublikasının diktator idarəçiliyinin boğucu maşını ölkəmizin sakinləri tərəfindən ciddi sınaqlarla üzləşib. Bu, həmin müxtəlif hərəkatların əməldə hərəkətlərini birləşdirərək, demokratik hüquq və azadlıqların, sosial ədalətin və ölkə xalqlarının hüquqlarının bərpası uğrunda müştərək və mütəşəkkil mübarizə məsələsini diqqət mərkəzində saxlamaq üçün münasib fürsətdir.
Azərbaycan Demokrat Firqəsi hesab edir ki, bu istəkləri təmin etmək üçün mütərəqqi və azadlıqsevər partiya və təşkilatların fəaliyyətini mübarizə meydanında olan insanlarla birləşdirməklə ölkəmizi idarə edən mürtəce rejimi və onun rəhbərliyini geri çəkərək ölkə sakinlərinin iradəsini təmin edərək ölkəmizdə yeni və mütərəqqi şərait yaratmaq olar.
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi Məhsa Əminin vəfatının ağrılı faciəsi ilə əlaqədar ailəsinə dərin hüznlə başsağlığı verir və bu dəhşətli cinayətin günahkarlarının cəzalandırılması üçün Əmini ailəsinə və ölkəmizin müxtəlif şəhərlərində keçirilən aksiya iştirakçılarına qoşulur. Həmçinin etiraz edən qadın və gənclərin haqlı tələblərini dəstəkləyir.
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi
29 Şəhrivər 1401(h.ş)
20 sentyabr 2022-ci il
27-09-2022, 19:22
NATO-nun xüsusi nümayəndəsi Gürcüstana gəldi


NATO-nun xüsusi nümayəndəsi Gürcüstana gəldi

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Koromina Gürcüstana səfərə gəlib. Butov.az xəbər verir ki, səfər çərçivəsində Kolomina Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb. Gürcüstan prezidentinin administrasiyasının yaydığı məlumata görə, tərəflər NATO ilə Gürcüstan arasında münasibətləri, regionda yaradılmış təhlükəsizlik mühitini və Qara dənizin təhlükəsizliyini müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!