İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
8-09-2025, 19:42
Amerikada dini geri qaytarmalıyıq


Amerikada dini geri qaytarmalıyıq

“Amerikada dini geri qaytarmalıyıq”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı İncil Muzeyində çıxışı zamanı deyib.
O bildirib ki, Amerika iman üzərində qurulub və iman zəiflədikcə ölkə də zəifləyir.
“Biz Tanrıya məxsus millətik və həmişə də olacaq. Biz Amerikada dini əvvəlkindən daha güclü şəkildə qaytarmalıyıq”, - deyə Tramp əlavə edib.
ABŞ Prezidenti ailəsinə məxsus İncili İncil Muzeyinə bağışladığını qeyd edib.
8-09-2025, 18:50
Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi


Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin edilən hərbi attaşesi general-mayor Ersin Dinçeri qəbul edib.
Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını, digər sahələrdə olduğu kimi hərbi əməkdaşlıq sahəsində də inkişafını xüsusi vurğulayaraq bu əməkdaşlığın daha da yüksəldilməsi istiqamətində yeni hərbi attaşeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor E.Dinçer isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından qürur duyduğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə əzmlə çalışacağını bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Gaffar Görenin də iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
8-09-2025, 18:09
Rusiya ermənilərinin başçısı seçildi


Rusiya ermənilərinin başçısı seçildi

Dövlət Kreml Sarayında Rusiya Ermənilər İttifaqının səkkizinci qurultayı keçirilib.
Təşkilatın mətbuat xidmətinin məlumatına görə, Ara Abramyan yenidən Rusiya Erməniləri İttifaqının sədri seçilib.
Qeyd olunur ki, qurultayda Rusiyanın bütün bölgələrindən olan nümayəndə heyətləri iştirak edib.
8-09-2025, 18:00
Almaniya əhalisi hakimiyyətdən narazıdır


Almaniya əhalisi hakimiyyətdən narazıdır

Almanların 60%-dən çoxu kansler Fridrix Mertsin rəhbərliyi altında CDU/CSU və SPD blokundan ibarət hökumətin işindən narazıdır.
Bunu "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.
Məlumata görə, respondentlərin 62%-i hakim koalisiyanın fəaliyyətindən razı qalmadığını bildirib. Respondentlərin yalnız 27%-i kabinetin işindən razı qaldığını qeyd edib. Bu o deməkdir ki, hökumətə dəstək səviyyəsi bir neçə həftədir ki, kritik səviyyədə qalıb.
Qəzet qeyd edir ki, iyun ayından bəri koalisiyaya etibar etməyənlərin payı demək olar ki, 20 faiz bəndi (pp) artıb, məmnunluq isə 10 faiz bəndi azalıb.
Nəşrin məlumatına görə, eyni zamanda, almanların 59%-i kanslerin özünün hərəkətlərindən narazıdır. Yalnız 29% onun işindən razıdır.
Hər iki suala cavab verməyənlərin sayı paralel olaraq təxminən 20-dən 10%-dən bir qədər çox azalıb. Görünür, bir çox qərarsız insanlar hökumətin əleyhinə səs veriblər.
Narazılığın bu qədər yüksək səviyyədə qalması onu göstərir ki, Almaniya hökuməti hələ də əhalinin etimadını qaytarmaq yolunu tapmayıb. Sorğu sentyabrın 4-dən 5-dək aparılıb və 1003 nəfər iştirak edib.
8-09-2025, 17:40
Obama 3-cü dəfə bu mükafatın sahibi oldu


Obama 3-cü dəfə bu mükafatın sahibi oldu

ABŞ-nin keçmiş prezidenti Barak Obama üçüncü dəfə "Emmi" mükafatına layiq görülüb.
Məlumata görə, 64 yaşlı siyasətçi Kreativ İncəsənət üzrə 76-cı mükafatların təqdimetmə mərasimində "Görkəmli nağılçı" nominasiyasında qalib olub.
Mükafat Obamanın "Netflix"də "Bizim okeanlarımız" sənədli serialındakı işinə görə verilib. Keçmiş prezident Los-Ancelesdə keçirilən mərasimdə şəxsən iştirak etməsə də, heykəlciyi onun adından aparıcı Cordan Klepper qəbul edib.
"Bizim okeanlar" layihəsi izləyicilərə dünya okeanlarının dərinliklərinə dalmağa imkan verib. Obama Sakit okeandakı donqar balinaların həyatı və onların miqrasiya proseslərindən, morjların Şimal Buzlu okeanında iqlim dəyişikliklərinə adaptasiyasından (uyğunlaşmasından) ətraflı şəkildə danışıb.
Qeyd edək ki, daha əvvəl Barak Obama iki dəfə "Emmi" mükafatının qalibi olub - 2022-ci ildə "Bizim möhtəşəm milli parklarımız" serialı və 2023-cü ildə "İş: Bütün gün nə ilə məşğul oluruq?" layihəsinə görə.
8-09-2025, 17:35
Məktəbdə şagirdlər futbolla da məşğul olacaqlar - Nazir


Məktəbdə şagirdlər futbolla da məşğul olacaqlar - Nazir

Məktəbdə təhsil alan uşaqlar futbolla da məşğul olacaqlar.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil Naziri Emin Əmrullayev 247 saylı məktəbdə futbol meydançasının açılışı zamanı deyib.
O, AFFA-nın gördüyü işi yüksək qiymətləndirib:
"Bu qədər sevinən uşağı sonuncu dəfə nə vaxt gördüyümü xatırlamıram. Bu qədər uşağın bura toplaşması sözün əsl mənasında futbola sevginin bariz nümunəsidir. Fürsətdən istifadə edib AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, belə təşəbbüslə çıxış edir. Bu, uşaqların yaddaşında yaxşı xatirə kimi qalacaq".
8-09-2025, 17:25
Marqarita Simonyan xərçəngə tutulub - YENİLƏNİB


Marqarita Simonyan xərçəngə tutulub - YENİLƏNİB

Rusiyalı jurnalist Marqarita Simonyana xərçəng diaqnozu qoyulub.
Bu barədə Rusiya mətbuatı yazıb.
Bildirilir ki, hazırda onun “Russia Today”də fəaliyyətini davam etdirməsi məsələsi müzakirə edilir. Belə ki, Simonyan kanaldakı vəzifəsindən azad edilə bilər.

***

09:54

“Russia Today” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, həkimlər ona “dəhşətli, ciddi xəstəlik” diaqnozu qoyublar.
Simonyan bu barədə Vladimir Solovyovun verilişində danışıb.
Simonyan deyib ki, o əməliyyat olunacaq.
O xatırladıb ki, əri, rejissor Tiqran Keosayan da doqquz aydır ki, komadadır.
8-09-2025, 17:20
Ceyhun Bayramov Cibuti XİN-in baş katibi ilə görüşdü


Ceyhun Bayramov Cibuti XİN-in baş katibi ilə görüşdü

8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsəni qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan və Cibuti arasında ikitərəfli əməkdaşlığın perspektivləri, çoxtərəfli formatlarda tərəfdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat, ticarət, humanitar, təhsil və s. istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivləri olduğu vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. 2026-cı ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün və növbəti iki il ərzində sədrliyimizin əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı bildirilib.
Görüş zamanı, ötən ay Vaşinqton şəhərində baş tutmuş görüş və əldə olunan razılıqların əhəmiyyəti qeyd edilib, Azərbaycan-Ermənistan sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundan sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, həmçinin Azərbaycan və Cibutinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibuti tərəfindən isə Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsən rəhbərlik edib.
8-09-2025, 17:12
Daha bir küçə təmirə bağlanır


Daha bir küçə təmirə bağlanır

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata əsasən, qəsəbənin Yavər Əliyev küçəsində (Oskar Əfəndiyev küçəsi ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyə qədər olan hissədə) sentyabrın 9-da saat 15:00-dan etibarən təmir işlərinə başlanılacaq.
Təmir işləri ilə əlaqədar olaraq göstərilən küçə üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
AAYDA sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.
8-09-2025, 17:04
Məktəbli formaları neçəyə satılır?


Məktəbli formaları neçəyə satılır?

“Bakı Tikiş Evi” ASC tərəfindən 2025/2026-cı il üçün məktəbli geyimlərinin qiymətlərində 20-33% arası endirim edilib.
Bu barədə Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov məlumat verib.
O bildirib ki, ötən illə müqayisədə geyimlərin qiymətində nəzərəçarpacaq azalma müşahidə olunur.
Məlumatda qeyd olunur ki, həm oğlanlar, həm də qızlar üçün nəzərdə tutulan polo köynəklər, şalvar, jaket və ətəklərin qiyməti 2024-cü illə müqayisədə 4–10 manat arası ucuzlaşıb.
Belə ki, oğlanlar üçün polo köynək (qısaqol) 12 manatdan 8 manata, uzunqol isə 12 manatdan 10 manata düşüb. Şalvarın qiyməti 20 manatdan 15 manata, jaketin qiyməti isə 30 manatdan 20 manata endirilib.
Qızlar üçün də ötən illə müqayisə də oxşar qiymət dəyişiklikləri olub. Polo köynəklər (qısaqol və uzunqol) müvafiq olaraq 8 və 10 manata satılacaq. Şalvar və ətəyin qiyməti 15 manat, jaket isə 20 manat müəyyən edilib.
Qeyd edək ki, standart ölçülərdən (26–54) böyük, yəni 56, 58 və 60 ölçülü geyimlər əlavə parça sərfiyyatına görə 5 manat baha təklif olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!