Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 26-02-2021, 08:49
Xocalı faciəsi barədə yeni faktlar

Xocalı faciəsi barədə yeni faktları özünün Fasebook səhifəsində “Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru (2008), AzTv-də “Hərbi-vətənpərvərlik” şöbəsinin baş redaktoru (01.09.2016), “Zireh” və “Hünər meydanı” verilişlərinin müəllifi, Hərbi Jurnalistlər Birliyinin sədri, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İnformasiya Proqramları Studiyasının direktor müavini (01.06.2017) Tamxil Ziyəddinoğlu paylaşmışdır.
Onun verdiyi məlumata görə, Xocalıda azı 3813 nəfər qətlə yetirilib, amma onlardan yalnız 613 nəfəri ictimaiyətə məlumdur, qalanları barədə erməni mənbələrində məlumat verilir.
Elə oradaca deyilir: “2000-ci ildə nəşr olunmuş "Xaç naminə" kitabında Davud Xeyriyan yazırdı: "Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var.
Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
... Martın 2-də "Qaflan qrupu" (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən 1 km-liyində yandırdı".
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin qırılmış əhalisinin sayı qəsdən az göstərilib. Düşmənin informasiya təxribatı burada da işləyib. Mütəxəssislərdən xahiş edirik ki, Xocalı soyqırımı qurbanlarının sayının dəqiqləşdirilməsi üçün ciddi araşdırma aparsınlar”. Bəli, bu, Tamxil müəllimin hüquq-mühafizə və istintaq orqanlarına, bu sahədə çalışan mütəxəssislərə ünvanlanmış bir xahişidir!
Bununla bağlı Xocalı soyqırımını araşdıran peşəkar hüquqşünas, Azərbaycan Respublikası Hərbi Prokurorunun sabiq birinci müavini, 1988-1994-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilən cinayətləri araşdırmaq üçün 2003-cü ildə yaradılmış birgə istintaq-əməliyyat qrupunun rəhbəri, hazırda isə Xızı şəhərinin prokuroru İlham Məmmədovun 2008-ci ildə “İRS” jurnalının 5-ci sayında getmiş “Bəşəriyyətə qarşı cinayətlərə görə Beynəlxalq hüquqi məsuliyyətə uyğun olaraq dinc insanların qatilləri cəzalandırılmalıdır” adlı araşdırmasına müraciət etdim.
Onun adıgedən məqalsindən aydın olur ki, vaxtilə istintaq orqanları tərəfindən aparılmış araşdırmalar zamanı Ermənistanın Azərbaycana təcavüzü zamanı ən ağır beynəlxalq cinayətlərin törədilməsini təsdiqləyən faktlara baxmayaraq, şəxslərin cinayət məsuliyyəti prinsipi pozulmuş, müvafiq olaraq bu cinayətlərin törədilməsinə görə heç kim məsuliyyətə cəlb edilməmiş və əməllər özləri də beynəlxalq cinayət kimi qiymətləndirilməmişdir.
1988-1994-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü zamanı birincinin törətdiyi cinayətləri araşdıran Birgə istintaq-əməliyyat qrupunun rəhbəri İ.Məmmədov sözügedən araşdırmasında daha sonra qeyd edir ki, onun başçılıq etdiyi qrupun işlərinə rəhbərlk 2005-ci ilin may ayında Azərbaycan Hərbi Prokurorluğuna həvalə edilmişdir. Bundan sonra, 12 may 2006-cı ildə müharibə cinayətləri, insanlığa qarşı törədilmiş cinayətlər və soyqırımı ilə əlaqədar Konstitusiya Qanunu qəbul edilmiş və beləliklə, ölkənin cinayət hüququ beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Araşdırılan işin xüsusiyyətlərini, çoxlu sayda cinayət hadisəsini, təcrübəli və ixtisaslı kadr çatışmazlığını nəzərə alaraq beynəlxalq məhkəmələrin mövcud materiallarını araşdırarkən istintaq aşağıdakı əsas istiqamətlər üzrə qruplaşdırılmışdır: Xocalı və Qaradağlıda baş vermiş soyqırım aktı üzrə; əsirlərə qarşı törədilən cinayətlər üzrə; mülki əhaliyə qarşı törədilən qətllər, deportasiya və terror hadisələri üzrə.
Bundan sonra isə Beynəlxalq hüquq normalarına uyğun olaraq, əvvəllər Xocalı şəhərində qırğınlar törətməklə başlanan və 1994-cü ildə icraatı dayandırılmış cinayət işi məhkəmə tərəfindən yenidən davam etdirilmiş və soyqırım cinayəti kimi qiymətləndirilmişdir.
Bu sahədə aparılan müvafiq araşdırmalar nəticəsində istintaq keçmiş Sovet ordusunun 366-cı alayının hərbi işçiləri də daxil olmaqla, Xocalıda mülki şəxslərin, o cümlədən qadınların, uşaqların və qocaların qətliamlarında iştirak edən cəmi 37 nəfərə qarşı ittiham irəli sürülməsinə əsas verən dəlil toplaya bilmiş və həmin 37 nəfərin də hamısı cinayət məsuliyyətinə cəlb edilmiş, materiallar isə İnterpola göndərilmişdir. Həm bu şəxsləri, həm də soyqırım komissiyasında çoxsaylı şübhəli şəxsləri müəyyən edən sənədlər toplanmışdır.
İnterpol təqdim olunmuş ittihamlarla razılaşmış və beynəlxalq cinayət törədərək saxalanımış şəxslərə münasibətdə Azərbaycan Respublikasının mövqeyini qəbul edərək onu 184 ölkədə yaymışdır.
Sonda qeyd etmək istəyirəm ki, Tamxil müəllimin “Xocalı soyqırımı qurbanlarının sayının dəqiqləşdirilməsi üçün ciddi araşdırma aparılması” barədə mütəxəssislərə ünvanlanmış xahişinin icrası yəqin ki, parlamentimizin müvafiq səyləri və qəbul edəcəkləri beynəlxalq səviyyəli hüquqi normativ aktlar əsasında araşdırılacaq və Xocalıda, eləcə də Vətənimizin digər bölgələrində dinc əhaliyə qarşı cinayət törətmiş canilər təyin edilib tapılacaq və beynəlxalq hüquq normalarına uyğun da layiqli cəzalarını alacaqlar.
44 günlük Vətən müharibəsi və erməni qəsbkarları üzərində tarixi qələbəmizin nəticələri əsaslı olaraq deməyə imkan verir ki, erməni faşistləri və qəsbkarları tərəfindən dinc Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlərin səbəbkarları, canilər müəyyən ediləcək, tapılacaq və qanuna müvafiq olaraq öz layiqli cəzalarını alacaqlar. O gün çox yaxındadır!

Səməd Bayramzadə,
25 fevral 2021


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!