Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi .....                        Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                       
Tarix : 9-09-2021, 05:01
Elm Tarixi Institutu II Beynəlxalq elmi konfrans keçirəcək


Elm Tarixi Institutu “Elm tarixi və elmşünaslıq: fənlər arası tədqiqatlar”mövzusunda II Beynəlxalq elmi konfransını keçirəcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 15 oktyabr 2021-ci il tarixində elm tarixi və elmşünaslığın öyrənilməsində aktual məsələlərin müzakirəsinə həsr olunmuş “Elm tarixi və elmşünaslıq: fənlər arası tədqiqatlar” mövzusunda II Beynəlxalq elmi konfransını keçirəcək. Konfransda iştirak etmək üçün yerli və xarici alimlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və universitet müəllimləri dəvət olunur.
Konfrans proqramı çərçivəsində plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransın nəticələrindən ibarət konfrans materialları toplusu nəşr olunacaq. Müraciət formalarının və tezislərin qəbulundan sonra konfransın proqramı son olaraq formalaşdırılacaq və konfrans iştirakçılarına göndəriləcək.
Beynəlxalq elmi konfrans ZOOM platforması vasitəsilə onlayn keçiriləcək. Hər bir konfrans iştirakçısına konfransa qoşulmaq üçün link göndəriləcək.
Konfrans elm tarixinin “Tarixşünaslıq, mənbəşünaslıq və elm tarixinin metodologiyası”, “Təbiət və dəqiq elmlər tarixi”, Humanitar və ictimai elmlər tarixi”, “Elm adamları və elmi məktəblər”, “Elmşünaslıq və elmin populyarlaşdırılması” istiqamətləri üzrə təsnifatlandırılıb. Bölmələrin sayı və adı təşkilat komitəsi tərəfindən daxil olan məruzələrin mövzuları öyrənildikdən sonra tənzimlənəcək.
Konfransda iştirak etmək üçün müraciət formaları (Əlavə 1) və tezisləri 5 sentyabr 2021-ci il tarixindən gec olmayaraq elektron qaydada təşkilat komitəsinin aşağıdakı poçt ünvanına təqdim edilməlidir: jhsss.hs.anas@gmail.com.
Qəbul edilən tezislər haqqında məlumatın verilməsi üçün ən son tarix 15 sentyabr 2021-ci il, məqalələrin göndərilməsi üçün isə 25 sentyabr 2021-ci il nəzərdə tutulub.
Daha ətraflı məlumat üçün linkə daxil olun: http://historyofscience.az/content/463

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35


Paylaş



Bölmə: Maarif / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!