"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 7-12-2017, 08:57
İflasa uğrayan xəyali ümidlər




Azərbaycan Respublikası inkişaf etmiş iqtisadiyyata, qüvvətli orduya, möhkəm əxlaqi və mənəvi dəyərləri olan xalqa malik güclü dövləti ifadə edir. İstənilən halda olduğu kimi, bizim üçün sevinc ifadə edən bir şey digərlərində qıcıqlanma və paxıllıq əmələ gətirir.


Azərbaycan Respublikası özünün çiçəklənmə dövrünü yaşayır və bu prosesə Qərbin və ABŞ-nın siyasi xadimləri və mətbuatı ağrılı reaksiya göstərir. Bu, Azərbaycanın siyası arenada möhkəmlənməsi ilə, eləcə də Azərbaycanın istər ölkəmizdə, istərsə də ölkədən kənarda keçirdiyi mühüm tədbirlərlə əlaqədardır. Onlar Azərbaycanı dünyanın güclü ölkələrindən asılı olan zəif ölkə kimi görmək istəyirlər. Müstəmləkə dövrü tamamlanmışdır. Azərbaycan xalqının Qərb mentalitetinə ehtiyacı yoxdur. Azərbaycan xalqı öz dövlətini özünün dövlətçilik forması və təfəkkürü ilə özü qurmuşdur. Hamı çoxdan dərk etməlidir ki, Azərbaycan öz azadlığına dəyər verən müstəqil, suveren dövlətdir və onun xalqı öz müstəqilliyi və gələcəyi üçün canından keçməyə hazırdır. Azərbaycan Respublikası başqalarının görmək istədikləri kimi zəif və vassal dövlət olmayacaqdır. Azərbaycan siyasətdə özünün qəti sözünü demişdir və deyəcəkdir.

Avropada böhran hökm sürür, bir çox Şərq ölkəsində parçalanma baş verir, radikal qüvvələr qorxu yayır, Avropa və ABŞ Rusiya ilə mübarizəyə girişib, Azərbaycan güclənir və güclənəcəkdir. Azərbaycanı terroristlərlə, radikal qüvvələrlə və ya daxildəki iğtişaşlarla parçalamaq mümkün deyil. Xalq öz azadlığına və müstəqilliyinə dəyər verir. “Xəyali ümidlər”in bütün hücumları isə Azərbaycanın cavab verdiyi faktlarla iflasa uğrayır. Azadlıq hər zaman vicdanlıların tərəfində olmuşdur. Azərbaycan istər siyasətdə, istərsə də iqtisadiyyatda vicdanlı oyunçudur. Azərbaycan özünün ərazi bütövlüyünü qoruyur. Qarabağ Azərbaycan xalqının qədim ərazisidir. Qarabağla bağlı bütün hücumların qarşısı tarixi abidələr, sənədlər və faktlarla alınır. Qarabağın qaytarılması yalnız vaxt məsələsidir. Azərbaycan Qarabağı iki yolla – hərbi və sülh yolu ilə qaytara bilər. Azərbaycan konfliktin sülh yolu ilə həll olunmasının tərəfdarıdır, çünki həqiqət bizim tərəfimizdədir. Azərbaycan ordusu bölgədə ən güclü ordu sayılır, lakin biz silahlı qüvvələrimizi öz ərazi bütövlüyümüzün və azadlığımızın müdafiəsi üçün yaratmışıq. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın maraqlarını təmsil edən millət vəkillərimiz milli maraqları qoruyur və müsbət nəticələr əldə etməkdədirlər. Millət vəkillərimizin Avropa Şurası Parlament Assambleyasındakı aktiv taktikası Azərbaycanın maraqlarının qorunmasında bizim haqlılığımızı sübut edir. ABŞ-nın Dövlət Katibi Con Kerrinin iddiaları əsassızdır və heç bir məna daşımır. Biz ilk dəfə deyil ki ikili standartlarla qarşılaşırıq. Onlar bizə qarşı kampaniya aparmaqla yalnız bizi birləşdirirlər və daha güclü edirlər. Avropadakı erməni lobbisinin bütün səylərinə baxmayaraq irəliləyiş əldə edə bilmirlər. Azərbaycana qarşı hücumların nəticəsi olmayacaqdır. Azərbaycana qarşı «qeyri-sağlam siyasət» yalnız, Azərbaycan Respublikasının nüfuzunu qəbul etmək istəməyən gözü götürməyənlərin sözü ilə hərəkət edən tərəflərə ziyan gətirəcəkdir. Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı bu yaxınlardakı hücumlar. Azərbaycan Avropa Komitəsini xilas etmişdir, belə ki, Avropa ölkələri vəsait və vaxt çatışmamazlığını bəhanə edərək oyunların keçirilməsindən imtina edirdilər. Birinci Avropa Oyunlarını təşkil edən ölkə kimi tarixdə öz izini qoyaraq və bütün dünyaya Azərbaycanın tədbirləri yüksək səviyyədə qəbul etmək və keçirmək bacarığına malik tolerant, dost sevər və sülhpərvər ölkə olduğunu göstərərək, Azərbaycan dünya idmanının inkişafına öz töhvəsini vermişdir. Digər mötəbər yarışlar kimi Avropa Oyunları da iştirakçı ölkələri birləşdirməlidir (bu, Avropa üçün zəruri amildir) və bu missiyanı Azərbaycan öz üzərinə götürmüşdür. Bir çox ölkə rəhbərlərinin oyunların açılışında iştirakdan imtina etməsi, eləcə də turistlərin Azərbaycana gəlməsinə qarşı aparılan təbliğat əhəmiyyətli nəticə verməmişdir. Turistlərin sayı çox idi, onlar hər şeydən razı qaldılar və ölkəmizlə bağlı sevinc dolu, xoş xatirələri özləri ilə apardılar. Onlar bu təəssüratları öz həmvətənləri ilə bölüşəcəklər. Azərbaycan haqqında xoş sözləri eşidərək onlar özləri də məmnuniyyətlə ölkəmizə səfər edəcəklər. Avropa Oyunları sayəsində Azərbaycan bütün aspektlərdə müvəffəqiyyət qazanmışdır. Oyunların keçirilməsi və təşkilinə gəldikdə isə, hər şey yüksək səviyyədə yerinə yetirilmişdi. Başda ölkənin Birinci Xanımı Mehriban xanım Əliyeva olmaqla çox böyük işlər görmüş təşkilatçıların mükəmməl işi ölkənin ən böyük mükafatı – Heydər Əliyev Ordeni ilə qiymətləndirilmişdir. Həmçinin, Gənclər və İdman Naziri Azad Rəhimov “Şöhrət” Ordeni ilə təltif olunmuşdur. Könüllülərin yaxşı işi, Prezident İlham Əliyev tərəfindən mükafatlandırma ilə qeyd olunmuşdur. Bütün bunlardan nəticə çıxarmaq olar ki, Azərbaycana edilən bütün hücumlar iflasa uğramışdır və yalnız, bütün bu hücum və provokasiyaların təşəbbüskarı olanlara zərər yetirmişdir.

Azərbaycan Respublikası güclü xarici siyasətə, möhkəm və yekdil xalqa, inkişaf etmiş iqtisadiyyata və qüdrətli, müasir orduya malikdir. Cənab Prezident İlham Əliyevin başçılığı ilə dövlətimizin nizamlanmış, çalışqan fəaliyyəti sayəsində ölkəmizə ünvanlanan bütün bu hücumların yekunlaşdırma və məqsədinə çatma ehtimalı yox idi. Onun qeyri-adi, düzgün siyasəti Respublikanı, bu gün Azərbaycanın yaşamış olduğu dövrə gətirmişdir və buna görə də xalq ona minnətdardır.


Ələkbərov Təmerlan
Butov.az


Paylaş



Bölmə: Ana seife / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!