Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                        Belqradda etirazlar - 48 polis yaralandı .....                       
Tarix : 1-08-2017, 13:14
Yarımaçıq qapı... - “Həyatın özü və üzü” silsiləsindən


...Dünyalar qədər sevdiyi neftçi oğlunun vaxtsız ölümündən sonra “öləcəm” dedi. Amma ölmədi. Ölə də bilməzdi. Yoxluğuna inanmadığı insanın gəlişini gözləməliydi. Gözləyirdi də...

...Oğlunun ölümündən sonra həyət qapısını bağlı görən olmamışdı. Həmişə yarımaçıq vəziyyətdə idi balaca həyət qapısı. Özü isə evdən bir addım da aralanmaz, qonşuya belə, keçməzdi. Oğlu qayıdıb onu evdə tapmazdı deyə...

...Yeganə oğlunun dostu, yaxın sirdaşı olmuş Rəsul hər dəfə Mina anaya baş çəkmək, könlünü almaq istəsə də, fikrindən vaz keçmişdi. İki il keçsə də, qaysaq bağlamayan yaranı, ana üçün ən böyük dərdi təzələmək istəmirdi. Ancaq bu gün dözməmişdi. Gəlmişdi yarımaçıq qapının önünə...

...Uzun-uzadı balaca qapıya baxdı Rəsul. Tam açmağa ürək eləmədi. Qapının yarımaçıq hissəsindən keçmək istədi. Nə qədər ehtiyatla tərpənmək istəsə də, qapıya toxundu. Çox açılıb-örtülməyən qapının səsinə eyvanda oturub onsuz da bir şey seçməyən (oğlunu itirəndən sonra ağlamaqdan kor olmuşdu ana gözləri) gözlərini qapıya dikmiş Mina ana diksindi. Yerindən qalxdı və geniş açılsa da, qaraltıdan başqa bir şey seçməyən gözlərini yarımaçıq qapının önündə dayanmış kölgəyə dikdi. Və birdən hündür eyvanın pilləkəninə atdı özünü:
“Bilirdim ki, gələcəksən, ay oğul".

Güclə pillələri enməyə çalışan Mina ananın yıxılacağından qorxan Rəsul pilləkənə sarı qaçdı və sonuncu pilləkəndə yaşı o qədər də çox olmayan, saçları dümağ ağarmış, gözlərinin altı tutuqlansa da, işığı sönməmiş anaya çatdırdı özünü. Yıxılacağının fərqinə belə varmayan Mina ana özünü Rəsulun üstünə atdı və “Can bala, nə gec gəldin” - deyə onu aramsız öpməyə, oxşamağa başladı. “Mən Rəsulam ay ana, Rəsulam” – pıçıldadı Rəsul. Ancaq ananın onu eşitmədiyini, ümidinin zirvəsində olduğunu görüb susdu. .

...Xarici görünüşləri də oxşayırdı. Hər ikisi hündürboylu, saçları vaxtından əvvəl çallaşmış idi. ...Rəsul isti göz yaşlarından sir-sifətinin islandığını hiss etdi. Ananın isti, bir az da balaca qucağından ayrılmaq istədi. Ancaq kövrək ana hisslərini soyutmaq istəmədi. Bu balaca yuva ona çox isti, doğma gəldi. İri əllərini ananın ağ saçlarında gəzdirdi. Anasını xatırladı. Onu əzizlədiyi, oxşadığı bəxtəvər günlər yadına düşdü. Bərk-bərk Ananı qucaqladı. Ona elə gəldi ki, Ananı buraxsa, bir də bu isti yuvanı görməyəcək, anasızlığı bir də yaşayacaqdı.

...Uzun müddət elə beləcə qaldılar. İsti göz yaşları bir-birinə qarışdı. Ara-sıra Ananın “can bala, səni bir də o zəhirmar dənizə buraxmayacam. Gedirsən, gəlib çıxmırsan” – sözlərindən və hıçqırıqlardan başqa heç nə eşidilmirdi.

...Rəsul Ananın kövrək əllərini ehmalca özündən kənarlaşdırdı və asta addımlarla yarımaçıq qapıya yaxınlaşdı. Bir müddət qapıya baxdı və birdən qapını bərk-bərk örtdü. Aralanıb yenidən bağlı qapını süzdü və iti addımlarla Anaya yaxınlaşıb boynuna sarıldı və ürəyinin verdiyi qərarı - “Mən də sənsiz darıxmışdım, ay ana, daha heç yerə getməyəcəyəm” - pıçıldadı.

Abbas Əliyev
İqtisadiyyat Nazirliyinin mətbuat katibi


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!