Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 13-03-2017, 19:51
Rəsul Quliyevlə Cəmil Həsənli bir-birini aşağıladı

Eks-spiker Rəsul Quliyevlə Milli Şuranın sədri, professor Cəmil Həsənli arasında ciddi qarşıdurma müşahidə edilir. Tərəflər fikirlərini Feysbuk səhifəsində yazaraq bir-birlərinə qarşı fikirlər işlədirlər.

Butov.az-ın Teleqraf.com-a istinadən məlumatına görə, müxalif siyasətçilərin üz-üzə gəlməsinə səbəb Rəsul Quliyevin Azərbaycan, Ermənistan və Gürcüstanın 1918-1920-ci illərinə aid status paylaşması ilə baş verib.

Sonradan Cəmil Həsənli bu statusa cavab yazib və Quliyevi tarixi səhv təqdim etməkdə tənqid edib. Bununla da tərəflər arasında tarix mübahisəsi siyasi çəkişmə xarakteri alıb. Tərəflərin bir-birinə qarşı fikirlərini təqdim edirik.

Milli Şuranın sədri Cəmil Həsənli qeyd edib ki, Rəsul Quliyevin son yüz ildə Zaqafqaziya xalqlarının keçdiyi tarixi yol haqqında bir statusunu oxuyb: “Qonşu Ermənistan və Gürcüstanla müqayisəli formada yazılmış bu status bütövlükdə Azərbaycan xalqının alçaldılmasını, onun aşağılanmasını özündə ehtiva edir. Əlbəttə, buna əhəmiyyət verməmək də olardı. Çünki dəfələrlə Rəsul Quliyev tarix və reallıqla uyğunlaşmayan mülahizələr söyləsə də, biz buna əhəmiyyət verməmişik. Öz fərdi problemlərini həll etmək, vətənə dönüşünə razılıq almaq üçün bir müddət bu adam gecə-gündüz müxalifətin ünvanına hədyanlar söylədi, arada mənim ünvanıma da təhqiramiz ifadələr səsləndirdi. Doğrusu, əhəmiyyət verməməyə çalışırdım. Həm də fikirləşdim ki, əgər adam çox böyük zəhmət çəkib 48 dəqiqəlik video material çəkib paylaşıbsa və altı ay ərzində sosial şəbəkələrdə cəmi 94 nəfər bu materiallara baxırsa, onunla mübahisə etməyin nə mənası var.

Əslində Rəsul Quliyev Simferopol məzhəkəsindən sonra Azərbaycan cəmiyyəti üçün öz cazibəsini itirib. Tale çox az halda insanlara ən həlledici məqamda düzgün qərar qəbul etmək şansı verir. Həmin şansdan yararlanmayanda özünü siyasi mübarizəyə iddialı hesab edən şəxs sonluğu olmayan çoxplanlı filmlərin qəhrəmanı kimi hamı ilə “vuruşmalı” olur. Təxminən 4-5 il ardıcıl şəkildə müxalifəti təhqir etməyin başlıca hədəfi Azərbaycana qayıtmaq üçün siyasi razılıq almaqdan ibarət idi. Amma Rəsul Quliyev fiaskoya uğradı.

Adam 15 ildən artıqdır işsiz-gücsüz Amerikada oturub, tarixi belə kobud şəkildə təhrif etməmək için özünə əziyyət verib iki kitab belə oxumur. Deyək, başqa kitablara əli çatmır, dünyanı özünün cazibəsinə salmış “Əli və Nino” əsərinidəmi oxumamış bu adam?”.

Rəsul Quliyev isə Cəmil Həsənlini siyasi riyakarlıqda ittiham edib: “2013-ci il prezident seçkilərində 65 faiz səs topladığını elan edən, tarixdən başı çıxmayan, ancaq özünü professor adlandıran bir şəxs növbəti cızmaqarası ilə növbəti dəfə xalqı çaşdırmağa cəhd edir: “Sifarişlə gah 100 minlərlə azərbaycanlını qanına qəltan etmiş M.C.Bağırovun şəninə dastan yazan, deputat kreslosunun naminə rəqiblərinə öndər deyən bu şəxs yalan danışır. "Mənə xalqın 65 faizi səs veribdir" deyən bir şəxsin özünün mitinqinə min nəfər belə toplaya bilməməsindən rüsvayçı bir hal ola bilərmi? 2013-cü ildən bu günə qədər mən müxalifəti yox, bu höküməti gücləndirən bu şəxsin rəhbərlik etdiyi Milli Şuranı tənqid etmişəm. Bu insanın təşkil etdiyi “gülünc” mitinqlər iqtidar üçün göydən düşmə oldu. Özünü görkəmli “'tarixçi”' adlandıran bu şəxs əgər elementar analiz apara bilsəydi, tarixin elementar baza qaydalarından xəbəri olsaydı, günahını dərk edərdi. Həyatda heç kimə, heç vaxt heç bir xeyri dəyməyən və bundan sonra da dəyməyəcək bu şəxs heç olmazsa ziyan vurmasaydı, yazdığı cızmaqaraya cavab verməmək olardı. Mən yazımda proseslərin mahiyyətini izah etməyə çalışmışam. Mən onun indiyə qədər yazdığı cızmaqaraların hər birinin mənasız cəfəngiyyat olduğunu və xalqa hansı ziyanları vurduğunu izah edə bilərdim. Ancaq "bəlkə özü anladı" prinsipi ilə baş qoşmurdum. Amma cavab vermək lazımdır, yoxsa o həmin prezident seçkisində dediyi 65 faiz kimi, mənim üçün də "gördünüz nə yerinə oturtdum" deyəcək. Onun belə havalanmasının səbəbi “Azadliq”' qəzetinin ancaq bir istiqamətdə çalışmasıdır. Ancaq qəzetin sizi səhərdən axşama təbliğ etməsinin nəticəsi sıfıra bərabərdir, siz heç bir təsir gücünə malik olmayan bir şəxs kimi qalırsınız. 2005-ci il Simferopol hadisəsini "şou" adlandıran adamdan nə gözləmək olar, sadəcə olaraq bu adam yalandan, şər və böhtandan yoğrulmuş birisidir, xalqa heç olmazsa, ömrünün finişində xidmət etmək istəyirsə, susmalıdır”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!