Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 15-08-2017, 11:02
"Qərbi Azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməməsi ən böyük səhv idi"



Azərbaycanlıların Ermənistandan deportasiyasının təqribən yüz ildən böyük bir tarixi var. Ata-baba torpaqlarımızdan ən azı iki milyondan artıq insan deportasiya olunub. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə. Sonuncu və böyük bir dalğa 1988-ci ildə gəldi.


Azərbaycanlıların hamısı Ermənistandan deportasiya olundu. SSRİ-nin mövcud olduğu 70-il ərzində də zaman-zaman Qərbi Azərbaycandan olan soydaşlarımız güclü deportasiyaya məruz qalıblar.

Hətta soydaşlarımızın deportasiya olunmaları barədə rəsmi qərarlar var. Təəssüflər olsun ki, biz bu məsələləri beynəlxalq aləmdə lazımi qədər qaldıra bilməmişik.

Biz bu məsələni beynəlxalq aləmə çıxardaraq Ermənistandan nə tələb edə bilərik?

Məsələ ilə bağlı deputat Musa Quliyev Modern.az-a açıqlamasında deyib ki, bu çox mürəkkəb məsələdir.

“O vaxt hamımız bir dövlətin ərazisində - SSRİ-də yaşayırdıq. Ermənistan SSRİ-də yaşayan 250 minə qədər azərbaycanlı, təxminən o qədər də Azərbaycanda yaşayan erməni Dağlıq Qarabağ hadisələri ilə əlaqədar daimi yaşadığı yerlərini tərk etdilər. Azərbaycanlıların demək olar ki, hamısı Azərbaycan SSRİ-yə, ermənilərin isə bir hissəsi Ermənistan SSRİ-yə, bir hissəsi Dağlıq Qarabağa, qalanları isə SSRİ-nin müxtəlif yerlərinə, əsasən, Rusiyaya köçdülər.

O vaxt ən böyük səhv, deportasiya olunan azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməməsi oldu. SSRİ dağılana qədər o insanların ata - baba yurdlarına qayıtmaq ümidi olsa da, sonrakı proseslər bu imkanı heçə endirdi. Sonra bu insanlara Azərbaycan vətəndaşlığı verildi ki, fikrimcə bu, doğru addım idi”.

Deputat bildirib ki, bizim beynəlxalq məhkəmələrdə edə biləcəyimiz yeganə iş bu adamların mülki iddialarını mübahisələndirmək və dəyən maddi zərərləri ödəməyi Ermənistandan tələb etməkdir.

“O vaxtlar belə cəhdlər edildisə də bir nəticəsi olmadı. Bundan sonra da real bir dəstəyin ediləcəyini beynəlxalq aləmdən gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Tarixi torpaqlarımızın geri qaytarılması mübarizəsi uzaq perspektiv olsa da, daha real görünür.

Biz siyasətimizi bu yöndə aparmalıyıq. Cənab Prezidentin də siyasi kursu bu istiqamətdədir. Güclü Azərbaycan dövləti və tarixin uyğun axarı bizi bu arzumuza çatdıracaq. Amma o torpaqların bizim tarixi yurdlarımız olduğunu həmişə gənc nəsillərin yaddaşında yaşatmalıyıq”.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!