“Blue Ghost” kosmik aparatı aya endi .....                        "Qar və şiddətli soyuqlarda döyüş" - VİDEO .....                        Rusiyada meşə yanğınları - Qəsəbələrə yaxınlaşır .....                        İsraildən Qəzzaya növbəti hücum .....                        Yeddi şagird imtahandan xaric edildi .....                        Buraxılış imtahanı keçirilib .....                        Türkiyədən Naxçıvana qaz ixrac ediləcək - Ərdoğan mərasimdə iştirak edəcək .....                        Separatçılara yeni "rəhbər" seçildi .....                        HPG də çağırış etdi: Atəşkəsə əməl edilməlidir! .....                       
Tarix : 16-08-2017, 11:17
Gürcüstan Ahıska türklərini unudub – onların yerində ermənilər məskunlaşıb


Ahıska türklərinin doğma el-obalarına qayıtmaları məsələsi hələ də həll edilməmiş qalır. Bir neçə dəfə türklərin Gürcüstana geri qayıtması prosesinə başlanılacağı söylənilsə də, bu, tam olaraq həyata keçməyib.

Bəs Ahıska türklərinin doğma torpaqlarına geri qayıda bilməməsinin səbəbi nədir?


Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında deyib ki, Ahıska türkləri ilə bağlı məsələ çoxdandır ki, müzakirə olunmur.

“Ahıska türkləri ilə bağlı yeni heç nə yoxdur. Gürcüstan höküməti söz vermişdi ki, Ahıska türklərini öz doğma yurdlarına qaytaracaq. Lakin heç bir iş görülmədi. Ahıska türkləri hər zaman öz doğma ata-baba yurdlarına qayıtmaq istəyib. Amma onların həmin doğma torpaqlarına qayıtması dövlət üçün də təhlükəli ola bilərdi. Ona görə də Gürcüstan hökuməti Ahıska türklərinin məskunlaşması üçün başqa yerləri məsləhət gördü. Ahıska türkləri arasında vətəndaşlıq alanlar da var”.

Ahıska türklərinin öz doğma yurdlarına qayıtmasının hansı səbəblərdən təhlükəli olmasına gəlincə, azərbaycanlı deputat deyir ki, həmin ərazilərdə artıq ermənilər məskunlaşıb.

“Ahıska türkləri öz yurdları olan Axalkalaki və Cavaxetiyaya qayıtmaq istəyirlər. Halbuki Ahıska türklərinin öz torpaqlarından uzaq düşməsindən xeyli vaxt keçib.

Həmin Axalkalaki və Cavaxidzedə ermənilər, gürcülər məskunlaşıblar. Hətta, Ahıska türklərinin tikdikləri ev-eşikdən belə əsər-əlamət qalmayıb.

Həmin evlər artıq dağılıb. Bununla belə Gürcüstan hökuməti Ahıska türklərinə alternativ yol təqdim edib. Sadəcə, türklər digər ərazilərdə yaşamaq istəmirlər. Ona görə də nə Gürcüstan dövləti, nə də Ahıska türkləri tərəfindən hər hansı açıqlama verilib. Ümumiyyətlə, məsələ hələ də həllini tapmayıb. Hətta, Ahıska türkləri bizə heç bir müraciət də etməyib”.

Qeyd edək ki, 1944-cü ildə SSRİ lideri Stalinin əmri ilə Gürcüstanda yaşayan Ahıska türkləri iki saat içərisində qatarlara mindirilərək sürgün ediliblər. Onlardan bəziləri ağır yol şəraitinə dözə bilməyib və minlərlə ahıskalı elə yoldaca dünyasını dəyişmişdi.
Xatırladaq ki, Gürcüstan parlamenti 2007-ci ildə Ahıska türklərinin ölkəyə dönməsi ilə bağlı qərar qəbul edib.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!