Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 7-11-2019, 06:24
Azərbaycanlı rejissorun üç filmi İtaliyada uğur qazandı

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı Hacı Zeynalabdin Tağıyev barədə bəhs edən “100 il şərəfli ömür”, “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri digər ölkələrin filmləri ilə mübarizə apararaq İtaliyanın Sardinya adasında “FIORENZO SERRA FILM FESTIVAL”da nümayiş olunub, minlərlə film arasından seçilərək festivalın müsabiqə proqramına daxil edilib, sənədli filmlər kateqoriyasına seçiliblər. Noyabr ayının sonunda qaliblər müəyyən olunacaq və qaliblərə 3000 avro mükafat veriləcək.
Butov.az xəbər verir ki, bu barədə filmlərin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov Modern.az-a məlumat verib.
“İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib, ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq üçün çəkilib və buna da nail olmuşuq”,- deyə Cəlaləddin Qasımov bildirib.
Rejissor deyib ki, “100 il şərəfli ömür” filminin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.
Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C. Qasımov deyib: “Hələ Bakı Dövlət Universitetdə oxuduğum illərdən başlayaraq bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.
Onun sözlərinə görə, Azərbaycanda “SSP Production” tərəfindən cari ilin mart ayında istehsal olunan sənədli filmlər 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni xalq artisti Eldost Bayram oxuyub.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!