Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 29-12-2019, 12:33
“Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu hazırlanıb
Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə əsasında “Azərbaycanın mədəniyyət təqvimi” adlı elektron kataloq hazırlanıb. Kataloq-təqvim üç dildə – Azərbaycan, rus və ingilis dillərində tərtib edilib.
Layihənin məqsədi Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə, tanıdılmasına, mədəniyyətlərarası informasiya mübadiləsinə praktik töhfə verməkdir. Layihə “Mədəniyyət” qəzetinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Setline” MMC tərəfindən həyata keçirilib. Təqvimin mətnləri hər ay üzrə günbəgün, artan xronologiya üzrə verilib.
Elektron kataloqda Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin doğum və vəfat tarixi, fəaliyyəti, müxtəlif dövrlərdə mədəniyyət sahəsində baş vermiş hadisələr, eləcə də ölkəmizdə tarixi və əlamətdar günlər, mədəniyyətlə bağlı milli və beynəlxalq peşə bayramları, digər mühüm faktlar barədə yığcam ensiklopedik məlumatlar ilin müvafiq ay və günləri üzrə (1 yanvardan 31 dekabradək) təqdim edilir.
Kataloqa Azərbaycan Respublikasının, eləcə də keçmiş SSRİ-nin fəxri adlarına layiq görülmüş, həmçinin mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində mühüm xidmətləri olan, elmi və yaradıcılıq fəaliyyəti göstərən insanlar barədə məlumatlar daxil edilib. Dünyasını dəyişmiş mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri haqqında ayrı-ayrı mətnlər fotolarla müşayiət olunur. Təqvimdə şəxsiyyətlərlə bağlı mətn-məlumatlar, əsasən, onların doğum günləri üzrə təqdim olunur. Eyni zamanda mədəniyyət, incəsənət və ədəbiyyat tariximizdə xüsusi yeri, xidmətləri olmuş şəxsiyyətlər vəfat günləri üzrə də xatırlanır.
Həmçinin Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixinin mühüm səhifələri, hadisə və faktları, ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət tədbirləri, Azərbaycan Respublikası Prezidentinin mədəniyyət sahəsinə dair fərman və sərəncamları, o cümlədən dövlət başçısının sərəncamları əsasında qeyd olunan yubileylər, müxtəlif mərasimlər, Milli Məclisin, Nazirlər Kabinetinin mədəniyyətlə bağlı qəbul etdiyi qanun və qərarlar elektron kataloqda müvafiq günlər üzrə əksini tapıb.
Kataloq-təqvimin hazırlanmasında bu sahə üzrə mövcud olan geniş ədəbiyyat – Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, o cümlədən teatr, kino, musiqi, təsviri sənət və digər sahələr, muzey, kitabxana işi və s. haqqında kitablar, ensiklopedik toplu və nəşrlər nəzərdən keçirilib, eləcə də mövzu üzrə müvafiq elektron mənbələrdən istifadə olunub. Bununla yanaşı, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri haqqında bioqrafik məlumatların bir qismi Mədəniyyət Nazirliyinin idarə və təşkilatlarından, mədəniyyət müəssisələrindən, incəsənət ocaqlarından, yaradıcılıq təşkilatlarından, bədii təhsil müəssisələrindən əldə olunub, həmçinin mövcud məlumatlar dəqiqləşdirilib.
Eyni zamanda Mədəniyyət Nazirliyinin müvafiq müraciəti əsasında respublikamızın yaradıcılıq təşkilatları – Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı və digər qurumlar layihə ilə bağlı rəy və təkliflərini bildiriblər. Qeyd olunan rəylər tərtibçi heyəti tərəfindən diqqətə alınıb, o cümlədən kataloqda mətnlər üzrə elektron axtarış (PDF formatda) imkanı təmin edilib.
“Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) yerləşdirilərək istifadə üçün açıq olacaq, həmçinin elektron formatda nazirliyin idarə və təşkilatlarına, respublikamızın mədəniyyət müəssisələrinə, eləcə də kütləvi informasiya vasitələrinə göndəriləcək.
İlk dəfə mədəniyyətimizin günbəgün tarixi üç dildə və belə geniş formatda oxucu və istifadəçi auditoriyasına təqdim olunur. Layihə qlobal internet məkanında Azərbaycan mədəniyyəti haqqında mövcud informasiya bazasının genişlənməsinə xidmət edəcək.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!