Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 19-10-2020, 15:06
MEK-də Azərbaycan akademiklərinin foto qalereyası yaradılıb

XX əsrdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir neçə nəsil akademiklər təmsil olunmuşdur. Azərbaycan elminin və ictimai-ədəbi fikrinin inkişafında böyük xidmətlər göstərmiş alimlərin əksəriyyəti sonrakı illərdə akademiyanın həqiqi və müxbir üzvləri seçilmiş, elm, təhsil və səhiyyə sahələrində rəhbər vəzifələrdə çalışmışlar. Hazırki mərhələdə də klassik akademiklərin yolunu uğurla davam etdirən və elmimizi daha da zənginləşdirən elm xadimlərimiz kifayət qədərdir.
AMEA hər zaman ölkəmizdə elmi bazanın formalaşması, qorunub saxlanılması və daha da inkişafı işinə sanballı töhfələr verib. Bu önəmli missiyanın icra olunmasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının da (MEK) xüsusi yeri var. Məlumat verdiyimiz kimi, Azərbaycan elminə innovativ xidmət istiqamətində görülən işlərin davamı olaraq, MEK-də aparılan islahatların əsas tərkib hissələrindən biri də Akademik fondların yaradılmasıdır. Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş bir prosesdir. Akademik fondlara AMEA-nın Rəyasət Heyətində, elmi müəssisə və təşkilatlarında çalışan və ya çalışmış, eyni zamanda ölkəmizin digər elmi qurumlarında müxtəlif sahələri təmsil edən akademiklərin MEK-ə hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və elektron) və s. kolleksiyalar daxildir. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.
Bununla yanaşı alimlərin cəmiyyətimizdəki əvəzolunmaz roluna, onların elmi yaradıcılığının işıqlandırılmasına, elmi irsinin insanlarımıza çatdırılmasına önəm verən MEK-də Azərbaycan elminə böyük töhfələr vermiş akademiklərimizin fotoşəkillərindən ibarət qalereya yaradılıb. Foto qalereyanın yaradılmasının əsas məqsədi həm yerli, həm də əcnəbi istifadəçilərin Azərbaycanın elm adamlarını yaxından tanımasına şərait yaratmaqdır.
Butov.az-a verilən məlumata görə, foto qalereyada AMEA-nın hazırki prezidenti Ramiz Mehdiyevlə yanaşı, akademik Mir Əsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fərəməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə, AMEA-nın təsisçiləri olmuş Sadıq Dadaşov, Ələşrəf Əlizadə, Şamil Əzizbəyov, Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Mirzə İbrahimov, Aleksandr Qrossheym, Mirəli Qaşqay, İvan Şirokoqorov, Mustafa Topçubaşov, Mikayıl Useynov, Səməd Vəkilov, İosif Yesman, bundan əlavə, AMEA-nın vitse-prezidentləri, həmçinin, filologiya elminə böyük töhfələr vermiş İsa Həbibbəyli, akademik dərəcəsi almış AMEA-nın digər müxbir üzvləri və fəxri üzvlərinin şəkilləri yer alıb. Akademik qadınlarımız arasında Validə Tutayuq (biologiya), Zərifə Əliyeva (tibb), İzzət Orucova (geologiya), Həbibə Qasımova (tibb), Rəfiqə Əliyeva (kimya), Siddiqə Məmmədova (Biologiya), Nərgiz Paşayeva (filologiya), Adilə Namazova (tibb), Nailə Vəlixanlı (tarix), İradə Hüseynova (tarix) və başqalarının da şəkilləri nümayiş olunur. Qeyd edək ki, akademiklərin fotoşəkilləri kitabxananın 2-ci mərtəbəsində, Akademiklər zalının qarşısında nümayiş olunur.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!