"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 11-12-2020, 23:30
Səyahət insanı öncə sözsüz buraxır, sonra isə onu gözəl bir hekayə anlatıcısına döndərir. (İbn Bətdudə)
Bu doğurdan da belədir. Bu gün mart ayının 15-i saat 01-59-dur. Sabah açılan kimi Xızıya yola düşürəm. Məqsədim yaşma yarımadasına getmək və onun təbiətini öyrənməkdir. Yarımada haqqında əvvəldən maraqlansam da məlumatım çox azdır. Açığını desəm bir azda həyacanlıyam. İndi hava çiskinlidi.


Lazım olan əşyalarımı qardaşımın balaca bel çantasına yığdım. Özüm üçün lazım olan çörəyi, pendiri, suyu və ən vacib olan iki ildir ki, mənimlə yol yoldaşı olan qeyd dəftərimi çantama qoydum. Telefonun siqnalını qurub, həzin bir mahnı qoşub yuxuya daldım.

Bu gün səhər telefon sanki başqa bir həyacanla çalmağa başladı. Onun səsi yaman bərk çıxırdı, elə bilki telefon mənə “dur! Səfərə çıxmaq vaxtı yetişib!” deyirdi. Tez durub hazırlandım və avtovağzala getmək üçün yola çıxdım.

İndi saat 8-56-dır və mən avtovağzala yola düşürəm. Bir az həyacan, bir az həvəs bilmirəm necə olacaq amma qarşımda bir məqsəd var o məni ruhlandırır.

Nəhayət vağzala çatdım. Elə vağzala çatar-çatmaz Quba avtobusuna minib Xızıya doğru yollandım. Şuraabad kəndinə gedən yolda düşdüm və istiqamət götürdüm Giləzi dilinə. Bir xeyli gedəndən sonra 31 markalı maşın yaxınlaşıb saxladı, məndə mindim. Maşında şofer və başqa 3 nəfər vardı. Bir az söhbətləşdik, dedik güldük. Elçin şofer məni Şuraabad kəndində düşürdü və dediki düz asvaltla ged axtardıqlarınla qarşılaşacaqsan.

Yaşma yarımadası və Şuraabad kəndi haqqında bir neçə gündür ki, maraqlanıram. Mən xəritədən baxanda burada palçıq vulkanları vardı. Amma indi xəritəyə baxıb palçıq vulkanlarını axtarsam da nə etdimsə onlar gözümə görünmədi. Bir anlıq özümə dedim: “indi neyləyim? Yəni geriyəmi qayıdım? Burada heç kim yoxdur ki soruşamda”. Belə fikirləşə-fikirləşə gedirdim ki, birdən bir xarici maşının irəlidən gəldiyini gördüm. Bir anlıq sevindim və tez maşına əl elədim. Xoşbəxtçilikdən maşın şoferi saxladı. Maşını saxlayan şofer Şuraabadda böyük sürüsü olan Hacı Balaş idi. Ondan yarımada və vulkanlar barədə soruşdum. O 2 dəqə mənimlə həmsöbət oldu və mənə “gəl mən səni apararam” dedi. Maşında Hacı Balaşla söhbətləşdik. Mənim Coğrafiya müəllimliyi ixtisasında oxuduğumu öyrənəndə O “Mən Coğrafiyanı yaxşı bilirdim. Yaxşı oxuyurdum” söylədi mənə. Çox yaxşı dedim. Onjnla Coğrafiyadan bir az söhbətləşdik. Bu mənə başqa cür ruh yüksəkliyi verdi. Hacı Balaş mənə Yaşma yarımadası barədə duymadığım məlumatları verdi. O deyirdi ki: “indi maşınla getdiyimiz asvalt yol bir vaxt Xəzərin altında idi və yolda başqa yerdən idi”. Düzünü desəm heyrətə gəldim. Bizim indi olduğumuz yerlə hazırkı Xəzər dənizi arasında yüzlərlə metr məsafə var bu necə olar deyə düşünməyə başladım. Hacı Balaş məni Kayt sörfinq (mən belə tələfüz edirəm) istirahət mərkəzinin yanına qədər apardı. Nömrələrimizi götürdük hər ehtimala qarşı. Sağollaşdıq...

Mən avtomabildən düşən kimi ucsuz bucaqsız Xəzərə doğru irəlilədim. Bura çox gözəl idi, Xəzər dənizini buradkı qədər təmiz və mülayim heç bir yerdə görməmişdim. Xəzərdə bir tənhalıq, bir səssizlik vardı. Xəzərin sahili ilə bir xeyli getdim. Bir az irəlidə Xəzərin dibindən baş qaldıran qayalar sanki dalğalara meydan oxuyurdu. Lakin dalğalar qayalara qalib gəlib onların üstünü örtürdü. Səssiz lakin səssiz olduğu qədər də güclü olan dalğaların səssizliyini qayalar pozurdu. Qayalara çırpılan dalğaların səsini yüz metr kənardan duymaq olardı desəm yanılmaram.

Daha sonradan isə Yaşma yarımadasının Xəzər dənizin suları altından çıxan hissəsinə getməyi qərara aldım.
Yarımadanın sağ sahili ilə gedib sol sahili ilə qayıtmağı planlaşdırdm. Yaşma yarımadasının şərq sahili ( sağ sahil) ilə irəlilədim. Bu hissədə Xəzər dənizinin nə qədər geriyə çəkildiyinin öz gözlərimlə şahidi oldum. Burada təxminən 25-30 metrlik ərazidəki qumlar nəm idi. Bu da Xəzərin suyunun durmadan zəyiflədiyini göstərir. Yerli sakinlər isə bunu adi bir hal kimi qəbul edirlər. Onlar deyirlər ki, Xəzər əvvəldən belə edir. Bir neçə il geri çəkilir və daha sonradan yenidən “qəzəblənir” sahəsini genişləndirir. Yaşma yarmadasının şimalındakı 2 km-lik quru sahəsinin su altında qalması üçün Xəzər dənizinin təxminən 1-1.5 metr qalxması lazımdır. Bu qalxmanı sahə olaraq hesablasaq Xəzərin sahəsinin kəskin artması deməkdir.

Təbiət şagirdinin Yaşma yarımadasına səfəri... - Elsevər Şirvani yazır


Yaşma yarımadasının cənubuna doğru getməyə davam etdim. Cəbuna doğru endikcə bir şeyin şahidi oldum. Burada köçəri quşlar dincəlir. Burada olduğum müddətdə Qaz, ördək, qızılqaz ( Qu quşu) gördüm. Onlar hamısı məni görən kimi uçmağa başladılar. Bir böyük qaz isə dənizdən qalxıb Xəzriyə (külək növü) meydan oxuyaraq onun əksi istiqamətində uçmaq istəyirdi. Düzdü qaz göydəydi və uçurdu lakin irəli getdiyini zənn etsə də Xəzri onu geriyə itələyirdi. Bu bir insanın iti axan çayda mənbəyə qalxmağına bənzəyirdi. Xəzri onu bir xeyli yordu, onu sürükləyərək öz əsdiyi istiqamətinə yönləndirdi. Xəzri və inadkar qaz Yaşma yarmadasının cənub ucqar nöqtəsindən uzaqlaşıb gözdən itdilər. Bu mənzərə bənzərsizdir.

Yaşma yarmadasının cənub ucqar nöqtəsinə gəlib buradan ətrafa, uzaqdakı dağlara, Şuraabada tamaşa etdim. Sonra Yaşma yarımadasının sol sahili ilə istiqamət götürüb geriyə gəlməyə başladım. Yarımadanın cənub ucqar nöqtəsindən 100 m yuxarıda oturub günorta yeməyimi yedim. Bu yemək həmişəkindən başqa cür daddaydı. Suda üzən canlılara baxmaq, qaz, ördəyin qışqırışı adamı valeh edir. Bura Azərbaycanın dilbər guşəsidir. Burda antropogen təsirdən kənar yerdir.

Yarımadanın sol sahili ilə gələrkən maşın ləpirləri gördüm. Amma o Xəzərin suları altında idi. Bir az irəlidə isə öz gözlərimlə Xəzərin səviyyəsinin qalxdığının şahidi oldum. Xəzər suları oğurluq edərmişcəsinə, səssizcə Yaşma yarımadasına daxil olurdu. Bu mənzərə isə tamam başqaydı. Özümü və olduğum qurunu bir əsr əvvələ apardım. Dəhşətə gəldim. Özümə sual verdim “Elsevər bir əsr bundan əvvəl sənin olduğun yer Xəzərin suları altında olub. Təsəvvür et ki, sən də o dövrdəsən, səncə neçə saniyə indi olduğun yerdə qala bilərdin?”

Yaşmanın cənuba davamı olan hissədən çıxdım. Palçıq vulkanlarını araşdırmağa başladım. Telefonun enerjisi bitmək üzərəydi. Həmdə axşam yaxınlaşırdı. Hacı Balaşa zəng vurdum vəziyyəti anlatdım. O da gəl qonağım ol sabah işini görərsən dedi. Elə də etdim amma sabah gələcəyim yerləri indidən görüm deyə bir az da araşdırdım. Palçıq vulkanlarının bir neçəsini araşdırdım, şəkillərini çəkdim. Hələ günorta Əliağa bəylə danışanda o mənə Azərbaycanda olan palçıq vuklkanları barədə xeyli danışdı.



Artıq axşam olduğuna görə Hacı Balaşgilə getməyi qərara aldım. Onların böyük sürüsü vardı. İtlər də çox idi. Gecə onlarla xeyli söhbət etdim. Mənə bilmədiyim xeyli məlumatları verdilər. Şuraabad kəndindən söz açdılar. Onun torpaqlarının necə də məhsuldar olduğunu söylədilər. Və vaxtilə bu torpaqlarda xeyli üzümlüklərin olduğunu dedilər. Mən Şuraabad kəndində hələ torpaq görmədim bircə Hacı Balaşgilin yurdunun yanındakı qırmızı torpaqlar istisna olmaqla. Bura başdan ayağa qumluqdur.

Onlar çox qonaqpərvər idilər. Məni qonaq etdilər. Gecəni vaqonda qaldım. Səhər olan kimi qalxdım, hacı Balaşla bir az söhbət etdim. O mənə vaqonda olan kiçik kitab rəfini göstərdi. Mənə oxuyacağım bir neçə coğrafiya ilə bağlı kitab adları dedi. Hətta rəfdə coğrafiya ilə bağlı kitablar da vardı. Səhər olan kimi də onlarla bir az söhbətləşib, vidalaşıb yoluma davam etdim. Asvalt yol ilə gedirdim. Xəzərdən əsən gülək məni xeyli yordu. Amma palçıq vulkanlarına getməyi bacardım. Ora elə maraqlı yer idi ki, sağım Xəzərin dalğaları, solum Yaşmanın palçıq vulkanları, otların arasında hürküb qaçan ördəklərin səsi, güclü külək... bir sözlə orada vəhşi təbiətlə insan vəhdətdəydi. Və bu bir harmoniyaya çevrilmişdi. Külək o qədər güclü idi ki, ehh... Ətrafda heç kim yox, güclü külək birdə mən. Külək məni arabir büdrədirdi də.

Yoldan palçıq vulkanlarına qədər təxminən 200 metr məsafə var idi. Bu məsafənin yarıdan çoxu palçıq və bataqlıq idi. ( “Onu deyim ki, yeni aldığm və rəsmi işlərə geyindiyim "tufli"mi məhz Yaşma səfərimdə geyinmişdim. Elə o bataqlıqları da bu tufli ilə keçiridm. Dizə qədər palçığa batmışdım. Elə bu vəziyyətdə də Bakıya gəldim. Mindiyim nəqliyyatdakı insanlar mənə elə baxırdılar ki,))) həqiqətən üst-başım palçıq içindəydi”) Burdakı palçıq vulkanları boyda vulkanlar hələ görməmişdim. Onları tətqiq edib səyahətimin əsas hissəsini sonlandırdım. Sonra 3 km yolu piyada, geridə qalan yolu taksi ilə əsas yola qədər getdim. Daha sonra bir kamaza əyləşib nasosnuya oradan da bir baş avtovağzala gəldim.

Yaşma yarımadası ilə bağlı uzun səyahətimin qısa xülasəsini sizlərlə bölüşdüm...

Gənc səyyah Elsevər Şirvani
16.03.2020


Paylaş



Bölmə: Mədəniyyət / Köşə / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!