Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 17-02-2021, 10:50
Prezident Kitabxanasında “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı” adlı Tammətnli elektron toplu istifadəyə verilib
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı” adlı Tammətnli elektron toplu istifadəyə verilib.

Butov.az xəbər verir ki, Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, kitabxananın direktoru Mayıl Əhmədov tammətnli elektron toplunu təqdim edərək dövlət müstəqilliyini əldə etdikdən sonra ciddi sosial-iqtisadi böhranla üzləşən Azərbaycanı davamlı iqtisadi inkişaf yoluna çıxarmaq üçün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi “Neft strategiyası”nın ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaratdığını bildirib.

Vurğulayıb ki, 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması və torpaq islahatının həyata keçirilməsi nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi Azərbaycanın inkişafına ciddi təkan verib: “Azərbaycanın sənaye potensialının və bununla bağlı infrastruktur obyektlərin əksər hissəsinin Bakı şəhərində yerləşməsi və eyni zamanda, regionlarda olan bir çox müəssisələrin, istehsal və xidmət obyektlərinin fəaliyyətinin zəifləməsi və ya tamamilə dayanması əhalinin ölkə paytaxtına axınını sürətləndirmiş, bu amillər öz növbəsində iqtisadiyyatın regional baxımdan inkişafına mənfi təsir göstərmiş, regionların inkişafı arasında fərqin artmasına, bir çox yerlərdə sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətin ağırlaşmasına səbəb olmuşdu. Azərbaycan Respublikası regionlarının inkişafında müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edirdi. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev dövlət başçısı kimi, ilk növbədə, regionların sosial-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirdi. Regionların mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaq üçün bir-birinin ardınca mövcud iqtisadi rayonlar üzrə 4 Dövlət Proqramı qəbul edildi. Məhz regionların sosial-iqtisadi inkişafı məqsədilə qəbul edilən 2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər Dövlət Proqramlarının reallaşıdırılmasının nəticəsidir ki, bu gün Dünya Bankının “Doing Business” hesabatında və Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan əsas parametrlər üzrə dünyanın bir çox inkişaf etmiş ölkələrin göstəricilərini qabaqlayır. Bu göstəricilər haqqında Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə ətraflı məlumat verib”.

Prezident Kitabxanasının rəhbəri qeyd edib ki, ölkənin dinamik inkişafına regionlarda sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların yaradılması ciddi təkan verir. İndiyədək həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət Proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

M. Əhmədov söyləyib ki, kitabxananın əməkdaşlarının topladıqları və sistemləşdirdikləri tammətnli elektron toplunun materialları dörd fəsildə istifadəçilərə təqdim edilir. Hər bir Dövlət Proqramına aid materiallar “Rəsmi sənədlər”, “Dövlət tədbirləri”, “Regionlara səfərlər” və “Biblioqrafiya” başlıqları altında yerləşdirilib. Elektron toplunun bütün Dövlət Proqramlarını əhatə edən “Rəsmi sənədlər” fəsillərində üst-üstə proqramların icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı 18 fərman və 715 sərəncamın tam mətnləri illər üzrə xronoloji ardıcıllıqla təqdim edilir.

“Dövlət tədbirləri” adlı fəsillərdə ümumilikdə Dövlət proqramlarının icrasının müzakirə edildiyi 89 müşavirə, konfrans və iclaslarda Dövlət başçısının 174 nitqinin, tədbir iştirakçılarının 460 çıxışının tam mətnləri istifadəçilərə təqdim edilir.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidenti indiyədək ölkənin 10 iqtisadi rayonuna daxil olan 69 şəhər və rayona 471 səfəri zamanı müxtəlif səpkili 2100 tədbirdə iştirak edib. “Regionlara səfərlər” adlı fəsildə dövlət başçısının infrastruktur obyektlərinin açılışı, əhali ilə görüşləri zamanı etdiyi 230 çıxışın və bu tədbirləri əhatə edən bütün materialların tam mətnləri illər və rayonlar üzrə xronoloji ardıcıllıqla toplanılıb.

Elektron toplunun Dövlət Proqramlarının “Biblioqrafiya” bölmələrində isə indiyədək regionların sosial-iqtisadi inkişafına dair üst-üstə 11 minə qədər seçmə qəzet və jurnal məqaləsinin biblioqrafik informasiyası verilir.

Tammətnli elektron sənədlər toplusu, regions.preslib.az subdomeni vasitəsilə dövlət qurumlarının məsul əməkdaşlarının, bu sahəni araşdıran tədqiqatçıların, eləcə də geniş oxucu kütləsinin internet vasitəsilə istifadəsi üçün nəzərdə tutulur. Tammətnli elektron toplu mütəmadi olaraq yenilənilir.

Məlumat üçün bildirirəm ki, “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı”na dair Tammətnli elektron toplu da Prezident Kitabxanası tərəfindən yaxın vaxtlarda istifadəçilərə təqdim ediləcək.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!