Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb .....                        Azərbaycan opera kollektivi dünya səhnəsində .....                        "Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM .....                        Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır .....                        "Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO .....                        “Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian .....                        Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü .....                        Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI .....                        Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu .....                       
Tarix : 27-04-2021, 16:05
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası yeni üzvlərin qəbuluna başlayıb
Turizm sənayesinin təşkilatlanmasına dəstək əsas fəaliyyət istiqamətlərimizdən biridir.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sektor müdiri Günay Bayramova aprelin 27-də Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasına (Azerbaijan Tourist Guides Association - ATGA) üzvlüyə qəbulla bağlı tədbirdə deyib.

Tədbirdə bələdçiliklə məşğul olan şəxslərin xüsusən Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN - Sanitation and hygiene methods and norms) layihəsində aktiv iştirak etdikləri və Agentliyin turizm üzrə dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsində hər zaman maraqlı olduğu diqqətə çatdırılıb.

Üzvlüyə qəbul mexanizmlərinin açıqlanması tədbirində ATGA-nın fəaliyyət planları, turizm bələdçiliyi üzrə sertifikatlaşma qaydaları, eləcə də təşkilata üzvlüklə bağlı müraciətin formaları ətraflı şəkildə izah edilib.

Qurumun yeni istifadəyə verilmiş, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən www.atga.az veb-saytındakı bölmələr və onlardan istifadə qaydaları haqda iştirakçılara məlumat verilib.

Bildirilib ki, ATGA-ya üzvlük daimi və tam olmaqla iki növdən ibarət olacaq. Daimi üzvlük rəsmi bələdçilik vəsiqəsi olmayan bələdçilər üçün, tam üzvlük isə Azərbaycan Turizm Bürosu tərəfindən verilmiş rəsmi bələdçilik vəsiqəsi olan şəxslər üçün keçərli olacaq. İlk bir il ödənişsiz olan üzvlüyə müraciət onlayn formada aparılacaq və bunun üçün təşkilatın veb-saytında yer alan “Bizə qoşulun” bölməsindən qeydiyyatdan keçmək tələb olunacaq.

Tədbir çərçivəsində iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası 2019-cı ildə yaradılıb və iki il ərzində 190 turizm bələdçisinə təlimlər keçib.

Bakı, Şəki şəhərlərini, Zaqatala-Balakən, Gəncə-Qazax, Quba-Qusar bölgələrini əhatə edən təlimlər HOT (Turizm bələdçilərinin texniki peşə biliklərinin təkmilləşdirilməsi), Bakı üzrə bələdçilik, Qarabağın turizm potensialının ölçülməsi mövzuları üzrə təşkil olunub.

Bundan əlavə, ATGA pandemiya dövründəki çətinliklərlə əlaqədar müəyyən kriteriyalar üzrə 105 bələdçiyə maddi dəstək göstərib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!