Yenidən AŞPA-nın prezidenti seçildi .....                        Körpə doğuş vaxtı öldü .....                        Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                        Sosial şəbəkələrdə əcnəbinin 17 min manatını ələ keçirdi .....                        Prezident hərbidə çalışan mülki işçilərin də maaşını artırdı .....                        Səfərbərlik hərbçilərinin maaşları da artacaq - 10 FAİZ .....                        FHN əməkdaşlarının maaşı qaldırılır .....                        Polisin maaşı ilə bağlı FƏRMAN VERİLDİ .....                        Ər-arvad dəm qazından zəhərləndi .....                       
Tarix : 5-01-2015, 15:49
Ömrümüzün sevinc payı

Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrilən yeni il ölkəmizdə xüsusi qeyd olunur. Çunki 31 dekabr həm də dünya azərbaycanlılarının həmrəylik gunudur. Azərbaycan, tarixə qızıl hərflərlə yazılan bu günü ilə bəşəriyyətə həmrəy olmaq gücünü nümayiş etdirdi. Yeni il və dünya azərbaycanlılarının həmrəylik gününü səbirsizliklə gözləyənlər isə təbii ki, körpələrdir. Bəşər övladının cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər zaman sığınmaq istədiyi bir dünya var. Elə bir dünya ki bu dünyada onun hər bir arzusu sirli-sehrli olur. Dərddən-qəmdən uzaq olduğu bu dünyada, xəyal etdiyi arzusunun, ümidinin astanasında hər bir istəyinin reallaşacağına inanır, “kaş ki olardı” söyləmir. Bütün Yer kürəsinin bəyaza büründüyü, müharibənin, ağrı-acının olmadığı bir dünya- Uşaq dünyamız. Bu dünyada hər bir nağıl qəhrəmanı, personajı bizə çox doğmadır.
Ömrümüzün sevinc payı

Bayramları da fərqlidir uşaq dünyamızın...Hər bayramın xüsusi payı var ömrümüzdə-sevinc payı. Hər ilin sonu, çox səbirsizliklə gözlədiyimiz, Yeni ilin isə özəl payı var. İl boyu yolunu gözlədikləri Santa Klausu qarşılamaq, onun duzlu məzəli nagillarını dinləmək, bayram hədiyyələri almaq hər bir uşağın arzusudur. Sumqayit şəhərində yerləşən “İstedad” litseyinin “1 ç” sinif şagirdləri də bu arzunun sevincini yaşadılar. Yeni dərs ili müddətində Rövşanə müəllimə ilə ilk bayramlarını qeyd edən birincilər olduqca həyəcanlı görunurdulər. Səbəb isə onların bir neçə gün öncə Santa Klausa ünvanladıqları məktublar idi.
Nəhayət ki, gözlənilən an gəlib çatdı...Uzun məsafəni qət edərək 1-cilərin görüşünə tələsən Santa sinfə daxil olanda balaca fidanların sevincinin həddi-hüdudu yox idi..Əvvəlcə onlar öz nəğmə və şeirlərini soylədilər. Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə birinciləri təbrik edən Rövşanə müəllimə onlara dərslərində müvəfəqiyyətlər arzuladı.
Ömrümüzün sevinc payı

1-cilərin ona ünvanladıqları məktubları oxuyan Santa Klaus hədiyyələri də unutmadı.Hər bir şagirdin məktubda yazılmış arzusunu yerinə yetirərək hədiyyələri təqdim etdi. Sonra uşaqlar şam ağacı ətrafinda rəqs etdilər.
Könül Nuriyeva


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!