İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 16-09-2021, 15:50
AzTV-nin Teleradio Akademiyası MEDİA ilə yeni layihəyə başlayır


AzTV-nin Teleradio Akademiyası Medianın İnkişafı Agentliyi ilə (MEDİA) birlikdə təlimlərə başlayır.

Layihə media işçiləri üçün yeni nəzəri və təcrübi biliklərin əldə olunmasına şərait yaradacaq.

Yeni layihə Teleradio Akademiyası, Medianın İnkişafı Agentliyi və Türkiyənin Nişantaşı Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.

“Qabaqcıl televiziya proqramlaşdırması” adlı layihədə Nişantaşı Universitetinin müəllimləri - Hüseyn Çelik, Burcu Kurtiş, Ahmet Sinav və digər təcrübəli mütəxəssislər “Qloballaşma və televiziya”, “Xəbər yazma texnikası”, “Kinematoqrafiya”, “Canlı yayım komandasının birgə fəaliyyəti”, “Televiziya jurnalistikası”, “Ənənəvi televiziya proqramları”, “Ssenarinin yazılması”, “Hazırlıq və çəkiliş proseslərində istifadə olunan avandanlıqlar”,

“Çəkiliş prosesi”, “Dublyaj və musiqi”, “Tətbiqdən sonrakı yayım prosesləri”, “Seriallar bazarı və digərləri” mövzular üzrə onlayn dərslər keçəcəklər.

Eyni zamanda, texniki vasitələrdən səmərəli istifadə ilə bağlı nəzəri və təcrübi məlumatların verilməsi də planlaşdırılır.

Onlayn dərslər sentyabrın 23-dən başlayacaq, və noyabrın 4-də yekunlaşacaq.

TİKA-nın dəstəyi ilə reallaşacaq layihədə məqsəd jurnalistlərin bacarıqlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi, həmçinin jurnalistikada yaranan yeni trendlərin öyrənilməsidir.

Qeyd edək ki, layihədə respublika üzrə 70 nəfərə yaxın elektron media və TV əməkdaşının iştirakı planlaşdırılır. Treninqlərdə ən fəal iştirak edən 30 jurnalist isə 5 günlük Türkiyəyə təcrübəyə göndəriləcək. Türkiyədən olan mütəxəssislər səfərdən öncə media təmsilçiləri ilə müsahibə aparacaq.

Layihədə iştirak etmək istəyən media təmsilçilərindən CV-lərini tvacademy@aztv.az elektron ünvanına 20.09.2021 tarixinə kimi göndərmələri xahiş olunur.

Elektron məktubu göndərən zaman mövzu yerinə “Qabaqcıl televiziya proqramlaşdırması” yazılmalıdır.

Əlavə məlumat almaq istəyənlər +994 50 227 21 68 , +994 12 537 02 23 telefon nömrələrinə zəng edə bilərlər.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!