İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi .....                        Avropa liderləri Brüsselə toplaşır - Ukraynaya qoşun göndərilə bilər .....                        Bakı-Şamaxı yolu buz bağladı - maşınların hərəkəti iflic oldu .....                        Gürcüstanın 6-cı prezidenti: keçmiş futbolçu, 4 uşaq atası - DOSYE .....                        Gürcüstanda yeni prezident seçildi .....                        Lerikdə qarın qalınlığı 20 sm-ə çatıb .....                        Sabahın hava proqnozu: Külək güclənəcək .....                        Metro işçisi "Koroğlu" stansiyasında vəfat edib .....                        İrandakı Səfirliyimiz nə vaxt işə başlayacaq? .....                       
Tarix : 17-09-2021, 10:21
“Arşın mal alan” çinli tamaşaçıların qəlbini yenidən fəth edib


Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulub. Çində keçirilən “Bir kəmər, bir yol - Böyük Çin səddi” beynəlxalq folklor və incəsənət festivalı çərçivəsində sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın yeni quruluşda premyerası (konsert versiyası) təqdim olunub.

Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Çindəki səfirliyi, Çinin Hebey vilayəti xalq hökuməti, Tiencin şəhər bələdiyyəsi və “ENN Group”un dəstəyi ilə hazırlanan konsert 18 sentyabr - Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunub.

Çinin dövlət qurumlarının, diplomatların, incəsənət adamlarının və Çin ictimaiyyətinin nümayəndələrinin tamaşa etdiyi konsertdən əvvəl çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrən Zeynallı tarixi İpək yolunun bəşəriyyət mədəni inkişafında, müxtəlif xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını, İpək yolu üzərində yerləşən Azərbaycanın öz nadir mədəni irsi, o cümlədən musiqisi, ədəbiyyatı ilə tarixən diqqət çəkən bir diyar olduğunu bildirib.

Səfir Ə.Zeynallı görkəmli ictimai xadim, dahi bəstəkar, Azərbaycan klassik musiqisinin və müsəlman Şərqində operanın banisi Üzeyir Hacıbəyli haqqında məlumat verərək deyib ki, Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin yaradıcısı olan Üzeyir bəy “Qafqazın konservatoriyası” olan Şuşada böyüyüb. Hələ gənc yaşlarında müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun”u bəstələyən Üzeyir Hacıbəyli dünya musiqi tarixinə adını yazdırıb.

Vurğulanıb ki, dahi bəstəkarın doğum günü olan 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur, bu münasibətlə ölkəmizdə “Üzeyir Hacıbəyli” beynəlxalq musiqi festivalı təşkil olunur. Builki festival sentyabrın 18-24-də Qarabağda, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada təşkil olunacaq.

Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Tiencin şəhərinin Mahnı və Rəqs Opera Teatrının orkestrinin və vokalçılarının ifasında “Arşın mal alan” operettası Çin dilində yeni quruluşda təqdim olunub. Əsərin librettosu müasir həyata uyğunlaşdırılaraq, çinli tamaşaçılar üçün daha anlaşılan edilib. Hazırlıq prosesi təxminən 3 ay davam edib.

Tamaşanın baş məsləhətçisi və koordinatoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Əyyub Quliyev, baş rejissoru Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzinin bədii rəhbəri Klaudia Yanq, opera üzrə kastinq direktoru Li Saofey və Lu Şen, orkestrin dirijoru Sun Cinkay olub. Rolları Çində 1-ci dərəcəli ifaçılardan olan, beynəlxalq müsabiqələr laureatı Van Cınan (Əsgər rolu), beynəlxalq müsabiqələr laureatı Can Yanron (Gülçöhrə rolu) və digərləri ifa ediblər. İfaçıların improvizasiyaları, ifa zamanı arabir Çin elemetlərindən də istifadə olunması maraqla qarşılanıb və konsert böyük anşlaqla keçib.

Qeyd edək ki, bu, “Arşın mal alan” operettası Çin ictimaiyyətinə yaxşı tanışdır. Əsər ilk dəfə Çində 1959-cu il mayın 30-da Pekin Eksperimental Teatrında səhnəyə qoyulub. Diqqət çəkən məqam odur ki, “Arşın mal alan” Çində səhnəyə qoyulan ilk xarici operetta olub. Operetta həmin il ərzində Uhan Esperimental Opera Evi və Tiencin Dövlət İncəsənət Teatrı da daxil olmaqla 3 teatr truppası tərəfindən Çinin müxtəlif şəhərlərində təqdim olunub. Sonrakı illərdə də əsər bir neçə dəfə səhnələşdirilib. Sonuncu dəfə isə 2010-cu ildə Pekində Çin Milli Operasının truppası tərəfindən səhnəyə qoyulub.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!