Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO .....                        Almaniyadan BYD və Changan-a rəqib gəlir .....                        Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO .....                       
Tarix : 4-05-2022, 17:10
Azərbaycanın görkəmli şairi Əhməd Cavadın 130 illiyi Qazaxıstanda qeyd olunub - FOTOLAR
Beynəlxalq Türk Akademiyası Qazaxıstanın Nur-Sultan şəhərinin yaxınlığındakı “ALJİR” memorial-muzey kompleksində “İstiqlal carçısı Əhməd Cavad – 130” adlı anım tədbiri keçirib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan və türk ədəbiyyatının böyük nümayəndəsi, Azərbaycan Dövlət Himninin müəllifi, maarifçi, tərcüməçi və pedaqoq, görkəmli ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə təşkil olunub.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktoru Erkin Əbil, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müşaviri Rövşən Kazımov, L.Qumilyov adına Avrasiya Milli Universitetinin Türkologiya kafedrasının professoru, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü Amantay Şarip, "ALJİR" Memorial-Muzey Kompleksinin direktoru Samat Tergembayev, Qazaxıstan Yazıçılar Birliyi Nur-Sultan bölməsinin sədri Dauletkerei Kapulı, Azərbaycan diasporunun nümayəndələri, ziyalılar və media nümayəndələri iştirak ediblər.

İştirakçılar repressiya qurbanlarının xatirəsini ehtiramla yad edib, “Xatirə lövhəsi”nin önünə gül dəstələri düzüblər. Daha sonra iştirakçılar muzeyin ekspozisiyaları ilə tanış olub, “ALJİR” düşərgəsində cəza çəkən azərbaycanlılarla bağlı Türk Akademiyası tərəfindən hazırlanmış tematik sərgiyə baxıblar. Onların arasında Əhməd Cavadın 1938-1945-ci illərdə Qazaxıstana sürgün olunmuş həyat yoldaşı Şükriyyə Axundzadəyə aid xüsusi ekspozisiya da yer alıb.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti D.Kıdırəli bildirib ki, Ə.Cavada həsr olunan yubiley mərasiminin onun həyat yoldaşının iztirablı sürgün həyatı yaşadığı “ALJİR" Memorial Kompleksində keçirilməsi rəmzi xarakter daşıyır. Ə.Cavad ömrünü Azərbaycan xalqının azadlığına, istiqlalına həsr etmiş, bu yolda təqiblərə məruz qalmış, ömrünü fəda etmiş bir şəxsiyyətdir. Onun sevimli həyat yoldaşı Şükriyyə xanım isə Qazaxıstana sürgün edilib və 1938-1945-ci illərdə 8 il "ALJİR" düşərgəsində olub. Ə.Cavad təkcə Azərbaycan xalqına məxsus deyil, Mirzə Fətəli Axundzadə, Mehmet Akif Ersoy, Həsən bəy Zərdabi, Əhməd Baytursınlı, Mustafa Çokay kimi bütün türk dünyasının ortaq dəyəridir. O, 26-28 yaşlarında yazdığı əsərlə qardaş Azərbaycanın Dövlət Himninin müəllifi kimi tarixə əbədi həkk oldu. Ə.Cavadın parlaq əsərləri türkçülük şüurunun formalaşmasına böyük töhfə verdi. Həmin dövrdə böyük şair, təkcə Azərbaycanın istiqlaliyyətinin deyil, həm də Anadolu və Türküstan xalqlarının azadlığının carçısı oldu.

Dövlət Tarixi İnstitutunun direktoru Erkin Əbil, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müşaviri Rövşən Kazımov, professor Amantay Şarip və digərləri Ə.Cavad yaradıcılığı və onun türk dünyasındakı yeri barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda böyük şəxsiyyətə həsr olunan sənədli filmdən hissələr nümayiş etdirilib.

Qeyd edək ki, bu il Prezident İlham Əliyev Ə.Cavadın anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Beynəlxalq Türk Akademiyası isə Ə.Cavadın yubileyini 2022-ci il üçün əlamətdar tarixlər siyahısına daxil edib və bir sıra irimiqyaslı tədbirlər keçirməyi planlaşdırıb.






Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!