İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                        Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq .....                        Bakıda soyuq havada küçədə qalanlara necə dəstək göstərilir? .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - Prezident .....                        Prokurorluq qardaşı uşaqlarını baltalayan əminin ölümünü araşdırır .....                       
Tarix : 23-06-2022, 10:44
“Kommunikasiya meneceri” layihəsi üzrə ADA Universitetində təlimlər davam edir

Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində ADA Universitetində keçirilən təlimlər davam edir.

Butov.az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyununun 21-də təlim kursu “Ənənəvi və sosial media ilə işləmək bacarıqları” mövzusunda davam edib. Təlim ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbində Kommunikasiya və rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyeva tərəfindən aparılıb.

İyunun 22-də Şəfəq Mehrəliyevanın təqdimatında “Kommunikasiya planının qurulması” mövzusuna həsr olunan təlim praktiki tapşırıqların qrup işi formasında yerinə yetirilməsi, birgə müzakirələr, keys araşdırmaları və fikir mübadiləsi ilə aparılıb.

Həmin gün təlimə spiker kimi dəvət olunan “Trend” informasiya agentliyi mədəniyyət departamentinin rəhbəri Vüqar İmanov, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının müxbiri, yazıçı-dramaturq Ülviyyə Heydərova və tanınmış televiziya aparıcısı, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Ceyhun Əli iştirakçılarla öz təcrübələrini bölüşüblər.

Ülviyyə Heydərova mədəniyyət sahəsinin işıqlandırılmasının məsuliyyətli tərəfləri, mədəni və mənəvi irsin təbliğində ictimaiyyətin maariflənməsinin vacibliyini vurğulayıb. Vüqar İmanov rəsmi tədbirlər zamanı kadrlarla işləmək, məlumatın düzgün ötürülməsi, media ilə əlaqə və ünsiyyətin operativliyi mövzusunda danışıb. Ceyhun Əli auditoriya qarşısında dil və üslub, nitqin psixoloji tərəfləri barədə fikirlərini bölüşüb.

Spikerlər daha sonra iştirakçıların suallarını cavablandırıblar və təlim müzakirələrlə davam edib.

Günün sonunda iştirakçılara ADA Universitetinin layihəsi əsasında çap olunan ilk dərsliyimiz – görkəmli maarifçilər Aleksey Osipoviç Çernyayevski və Səfərəli bəy Vəlibəyovun “Vətən dili” kitabı hədiyyə edilib.

Qeyd edək ki, ADA Universitetində "Kommunikasiya meneceri” layihəsi üzrə təlimlər universitetin ixtisasartırma proqramlarının təlimat cədvəlinə uyğun olaraq gerçəkləşir.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!