Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 14-02-2020, 11:12
“2020 İxraca dəstək” layihəsi üzrə təlimlər keçirilib - FOTOLAR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “My Broker” şirkətinin təşkilatçılığı ilə “2020 İxraca Dəstək” layihəsi çərçivəsində üç mərhələli maarifləndirici təlimlər baş tutub.
Butov.az xəbər verir ki, Mərkəzdən Trend-ə bildirilib ki, təlimlər yerli istehsalın xarici bazarlara çıxarılmasının stimullaşdırılması və asanlaşdırılması üzrə “İxrac Elektron Gömrük Bəyannaməsinin doldurulması qaydaları”, “İxrac əməliyyatında beynəlxalq daşınmanın həyata keçirilməsi addımları”, “İxrac gömrük əməliyyatlarının rəsmiləşdirilməsinin həyata keçirilməsi prosesi” mövzularını əhatə edib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə vurğulayıb ki, "2020 İxraca dəstək" layihəsinin həyata keçirilməsində əsas məqsəd son illər idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və elektronlaşdırılması ilə bağlı aparılan islahatların ixracatçılara kommunikasiyasıdır: “2018-2019-cu illərdə idxal-ixrac əməliyyatları və prosedurlarında həyata keçirilən islahatlar sahibkarların fəaliyyətinə nəticəvi təsirlərini göstərib. Aparılan islahatların sahibkarlar arasındakı kommunikasiyası “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əsas məqsədlərindən biridir. Təlim çərçivəsində sahibkarlar nəinki, islahatların mahiyyəti ilə tanış olublar, o cümlədən, nəqliyyat-logistika, beynəlxalq daşınmalar, gömrükdə rəsmiləşdirmə prosedurları ilə əyani sürətdə tanış olublar.
“My Broker” gömrük təmsilçiliyinin mütəxəssisləri tərəfindən aparılan “İxrac gömrük əməliyyatının rəsmiləşdirilməsinin həyata keçirilməsi prosesi” adlı təlimin sonunda, hər üç mərhələdə fəal iştirak edən 50 sahibkara sertifikatlar təqdim olunub. Sertifikatlar “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə, “My Broker” gömrük təmsilçiliyinin rəhbəri İlqar Vahabov və təlimçi Cabir Kamranov tərəfindən sahibkarlara təqdim olunub.
Layihə üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “My Broker” gömrük təmsilçiliyi tərəfindən Azərbaycanda sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə ixrac və idxal əməliyyatlarında sahibkarların maarifləndirilməsi üçün ehtiyac duyulan daha bir neçə maarifləndirici təlimin də təşkil edilməsi nəzərdə tutulur.
“2020 İxraca dəstək” layihəsi üzrə təlimlər keçirilib - FOTOLAR
“2020 İxraca dəstək” layihəsi üzrə təlimlər keçirilib - FOTOLAR


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!