İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 28-07-2022, 10:25
29-31 iyul ikinci yaylaq festivalında kəlağayımızı təbliğ edəcəm


29-31 iyul ikinci yaylaq festivalında kəlağayımızı təbliğ edəcəm

“Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.

Xan yaylağında baş tutacaq bu el bayramı böyük sevincdi, birliyimizdi, diriliyimizdi, duruluğumuzdu. Mən özümü çox xoşbəxt sanıram ki, mən də bu möhtəşəm festivalda kəlağayımızı, milliliyimizi, toxuduğum əl işlərimi təbliğ edəcəm və təqdim edəcəm. Kəlağayımız keçmişimizdi, bizə nənələrdən ərmağandı. Bunu sevərək təbliğ edirəm və bu festivala da 150 kəlağayıyla gedirəm. Uzun illərdi bu kolleksiyanı yığmışam, saxlamışam, qorumuşam. Satmaq fikrim qətiyyən yoxdu. Yalnız istəyirəm ki, hər kəs kəlağayımızı sevsin, keçmişimizə güzgü tutsun. O kəlağayılara sevgiylə gənclərimizin tamaşa etməsi, kəlağayıda şəkil çəkdirməsi, naxışları haqqında, tarixi haqqında, istehsalı haqqında soruşmalarına sevgiylə cavab verirəm.

Festivalda 70 mindən artıq tamaşaçı olacaq. Kəlağayılara baxışları, düşüncələri yetərlidi. Festival iştirakçılarına 3 gün milliliyimiz, kəlağayımız haqqında da danışacam. Milli nə var dəyərdi, dəyərlidi. Kəlaayımızı qürurla, məhəbbətlə təbliğ edəcəm.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi olaraq "Azərbaycan kəlağayısı min illərin yadigarı" layihəmiz qalib elan olunub. Qürurvericidi, sevindiricidi, milli mənəvi dəyərlərimizə dövlətimizin qayğısıdı. Buna görə QHT Agentliyinin icraçı direktoru Aygün Əliyevaya, agentliyin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Kəlağayı mədəniyyətimiz, tariximiz, yaraşığımızdır.

'Kəlağayı sənəti və simvolizmi, ipək baş ötüklərinin hazırlanması və istifadə olunması' başlığı altında kəlağayımız Azərbaycan respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014 -cü ildə Uneskonun Qeyri maddi mədəni irs üzrə Reprezantativ siyahısına daxil edilmişdir. Beləliklə, 26 noyabr Azərbaycan kəlağayısı günü kimi qeyd olunur. Mirvarid Dilbazi Poeziya Məclisi olaraq bu yolda planlarımız, işlərimiz çoxdur. Qoy dünyanın hər yerinə yayılsın ki, saz bizim olduğu kimi, kəlağayı da bizimdi. Təbliğ etmək isə boynumuzun borcudu. Arzu edirəm ki, kəlağayılarımız sandıqlarda qalmasın. Qız -gəlinlərimiz baş tacı kimi istifadə etsinlər.

Güllü Eldar Tomarlı,
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!