Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 18-09-2015, 13:21
Dahi bəstəkar Üzeyir Hacıbəyovun  doğum günü - 18 sentyabr


Üzeyir Hacıbəyov kimdir, bəstəkar haqqında ətraflı məlumat.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885 ci ilde kend mirzesi ailesinde doğulub, ailede üç qardaş, iki bacı olublar. Birce Üzeyirden başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabedide anadan olmasının da öz tarixçesi var. Üzeyir beyin atası ebdülhüseyn Xurşidbanu Natevanın şexsi mirzesi olmaqla yanaşı, hem de xan qızının Ağcabedide olan teserrüfatına rehberlik edirdi. Ona göre de ilin çox hissesini orda keçirirdi. Şirin xanım da Üzeyire hamile olarken Ağcabediye gedib yoldaşına baş çekmek, sonra yeniden Şuşaya qayıtmaq qerarına gelir. Bacılarına baş cekmek üçün yolunu evvelce Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istemir. Şirin xanımı 8 bacının heresi bir az öz evinde qonaq saxlayır. Ağcabediye gedende ise artıq gec olur, Şuşaya qayıda bilmir. Ona göre de geleceyin dahisi olacaq bu oğlanı ele Ağcabedide dünyaya getirir. 1 aydan sonra ise devenin üstünde kecave düzeldib, Şirin xanımı Üzeyirle birge Şuşaya getirirler. Valideynleri Ağcabediden Şuşaya köçdükden sonra ilk tehsilini buradakı iki sinifli rus-türk mektebinde almışdır. Şuşanın zengin musiqi-ifaçılıq eneneleri Hacıbeyovun musiqi terbiyesine müstesna tesir göstermişdir. Onun ilk müellimi Azerbaycan musiqisinin gözel bilicisi, dayısı Ağalar bey eliverdibeyov olmuşdur.


1907-ci ildə yazdığı “Leyli və Məcnun” operası şərqdə ilk opera idi. Bu əsərinin böyük uğur qazanmasından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi operalar yazdı.

O, dünya sənətkarlığının parlaq nümunələrindən olan “Koroğlu” operası ilə bir sərkərdə kimi öz millətini mədəni inqilaba, tarixi qələbəyə aparıb. Üzeyir bəyin dahiliyi onu hətta mədəniyyəti silib-süpürən repressiya fırtınasından da xilas edib. Onu repressiya siyahısına salmaq istəyən Mircəfər Bağırov Stalinin vetosu ilə əlini Azərbaycan musiqisinin allahından çəkməli olur. Deyilənə görə, Stalin Üzeyir bəyin “Koroğlu”, “Arşın mal alan” operalarını əzbər bilirmiş. Ermənilər Üzeyir bəyin SSRİ-də bu qədər nüfuz, hörmət qazanmasına razı ola bilmir, hər vəchlə onun aradan götürülməsinə çalışırdılar. Ancaq sənət heç vaxt itmir. Həmin dövrdə sovet rəhbərliyində yer alan ermənilərin adı bu gün arxivin tozlu rəflərində çürüyür. Üzeyir bəy dühası isə 100 ildir ki, Yer kürəsi ətrafında dövr edərək müxtəlif ölkələri gəzir.





Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!