Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 6-06-2016, 14:53
Yüksək mədəniyyətli ziyalı


İbadov İlham Mürüvvət oğlu 10 dekabr 1959-cu ildə Lerik rayonunun Züvüç kəndində ziyalı ailəsində dünyaya gəlib. 1976-cı ildə Züvüç kənd orta məktəbini bitirib. Dekabr ayının 1-də isə həmin təhsil ocağında işə qəbul edilib. 1977-ci il iyul ayının 1-nə kimi kargüzar vəzifəsini icra edib. Həmin il oktyabr ayının 1-dən etibarən Səməd Vurğun adına üzümçülük sovxozunda əmək fəaliyyətini davam etdirən İlham İbadov işgüzarlığı, ictimai işlərdəki fəallığı ilə digər gənclərdən daha çox fərqlənib. Bir ildən sonra - 1978-ci il oktyabr ayının 5-də Sovxoz Azad Komsomol təşkilatının katibi seçilib. 1979-cu ilin may ayından 1981-ci ilin may ayınadək hərbi xidmətdə olub. Nümunəvi xidməti, ictimai və siyasi fəallığı ilə komandir heyətinin diqqətindən yayınmayıb. Kommunistlər onu öz sıralarına qəbul etmək qərarına gəliblər. Əvvəlcə namizədliyini irəli sürüblər. Bu müddətdə özünü yüksək səviyyədə doğruldan İlham İbadovu Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul ediblər. Hərbi xidmət illərində - iki il ərzində partiya sıralarına qəbul edilmək hər adama nəsib olmur. Bu fakt onun vətənpərvərliyinin, xalqa xidmətinin dünyagörüşünün nəticəsi idi.
Yüksək mədəniyyətli ziyalı

Ordu sıralarından tərxis olunan İlham İbadov 4 may 1981-ci ildən yenidən sovxoz komsomol təşkilatına rəhbərlik etməyə başlayıb. Həmin ildə də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indi universitetdir) filologiya fakültəsinə qəbul olunub və 1986-cı ildə ali təhsilini tamamlayıb. 1 dekabr 1987-ci ildən 4 noyabr 1989-cu ilədək 63 nömrəli Lerik Orta Texniki Peşə məktəbində müəllim işləyib. Peşə öyrənənlərin təlim-tərbiyəsi yolunda səylə çalışıb, kollektivdə böyük hörmət və nüfuz qazanıb. Sonrakı illərdə rayonda çıxan "Bolluq uğrunda" qəzetində (sonralar "Lerik") və radioda müxtəlif vəzifələrdə yaradıcı fəaliyyət göstərib. Radioda baş redaktor işləyib.
1991-1993-cü illər İlham İbadovun həyatının ən çətin, ən ağır illəri kimi yaddaşından heç vaxt silinməyəcək. O, atası Mürüvvət kişi, əmisi Məhəbbət İbadovun yolunu davam etdirərək ölkəni ağır vəziyyətdən xilas etmək üçün Heydər Əliyevin hakimiyyətə gətirilməsini dəstəkləyənlərdən biri olur. Qeyd edək ki, atası Mürüvvət kişi bütün ömrü boyu təsərrüfatda adi aqronom işləmiş, əmisi isə rayonda rəhbər vəzifələrdə çalışmışdır. Ulu Öndərə sonsuz məhəbbət isə ona belə mötəbər insanlardan keçmişdir. O illərdə İlham İbadov heç nədən qorxmadan, çəkinmədən Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün mətbuat səhifələrində ardıcıl şəkildə tutarlı məqalələrlə çıxış edir.
1992-1993-cü illərdə Əlikram Hümmətovun silahlı quldur dəstələri Lənkəran-Astara bölgəsində at oynadırdılar. 1993-cü ildə Lerik rayon Polis Şöbəsinin müstəntiqi işləyən Rzaxan Muxtarov xidməti vəzifəsini yerinə yetirərkən Əlikram Hümmətovun Lerik rayonuna təyin etdiyi "komendant" Yaşar Şükürov və onun silahlı quldurları tərəfindən vəhşicəsinə əzişdiriləndə, İlham İbadov dərhal respublikanın güc nazirliklərinə teleqramla müraciət edib. Bakıda nəşr olunan "Aydınlıq" qəzetinin "Lerik" xüsusi buraxılışında "Lerik qoçularının azğınlığı" adlı məqaləsi dərc olunan gün vəziyyət kritik həddə çatıb.
Əlikram Hümmətovun quldurları onu evindəcə həbs edib, Lerik qəsəbəsinin mərkəzi küçələri ilə piyada öz iqamətgahlarına aparıblar. Lerikin "komendatı" Yaşar Şükürov onun üzünə güllələnəcəyini elan edib, sonra uşaq xəstəxanasının "UAZ" markalı minik maşınında iki avtomatçı və bir zabitin nəzarəti altında Lənkərana - Əlikram Hümmətovun hüzuruna göndərib. 1993-cü ilin iyun-iyul aylarında Lənkəran şəhər İcra Hakimiyyətinin binasını zəbt etmiş Əlikram Hümmətovun quldurları ona üç gün işgəncə veriblər. İlham İbadov üçgünlük işgəncədən sonra "Bir daha yazsan, yerindəcə güllələnəcəksən!" qərarı ilə quldurların pəncəsindən xilas olub.
Ölkədə sabitlik bərpa olunnub, həyat öz axarına düşdükdən sonra İlham İbadov rayon radio verilişləri redaksiyasına baş redaktor təyin edildi.
1995-ci ilin iyul ayında isə Lerik rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ən ucqar və böyük əraziyə - Osyadərə ərazisinə icra nümayəndəsi göndərildi. 1996-cı ilin fevral ayınadək Lerik rayon İcra Hakimiyyəti başçısının Osyadərə ərazi vahidliyi üzrə İcra Nümayəndəsi vəzifəsini icra etdikdən sonra yenidən baş redaktorluğa qaytarıldı. Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi çıxışları və məqalələri ilə gündən-günə ad-san qazandı. Bütün bunları nəzərə alan Lerik rayon İcra Hakimiyyəti 1999-cu ilin sentyabrında onu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına göndərdi. Akademiyanın "Kadrın ixtisasartırması və yenidən ixtisaslaşması" fakultəsinin əyani şöbəsinə müdavim qəbul edildiyinə görə İlham İbadov tutduğu vəzifədən azad olundu.
Akademiyada təhsil aldığı iki il ərzində Dövlət bələdiyyə idarəetməsi ixtisası üzrə mükəmməl biliyə yiyələndi. Bayramlarda tarixi-əlamətdar günlərdə, yubileylərdə və digər tədbirlərdə kürsüyə qalxaraq ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açdı. Prezident Admistirasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Aparatının məsul işçisi Əli Həsənov və digər dövlət xadimlərinin, görkəmli alimlərin qarşısısnda dəfələrlə çıxış etdi. Adı həmişə fərqlənənlər sırasında çəkildi.

Yüksək mədəniyyətli ziyalı

2001-ci ildə "Dövlət və bələdiyyə idarə etməsi" ixtisasını bitirən İlham İbadov Lerik Rayon İcra Hakimiyyəti Başçısı Aparatında kurator kimi əmək faliyyətini davam etdirməyə başladı. 2007-cilin noyabr ayınadək kurator işlədiyi zaman da öz obiyektivliyi, prinsipiallığı ilə seçildi, bir ziyalı kimi cəmiyyətə xidmət etdi.
2007-ci ilin noyabr ayından 2011-ci ilin əvvəllərinədək Lerik rayon Təhsil Şöbəsində Metodiki kabinetin müdiri işləyən İlham İbadovun pedaqoji fəaliyyəti də diqqətəlayiqdir. Metodiki kabinetin müdiri işlədiyi dövrdə "Təhsil problemləri" qəzetinin bölgə müxbiri kimi də o, rayonun ümumtəhsil məktəblərində qazanılmış nailiyyətlər, qabaqcıl təhsil işçiləri, müxtəlif tədbirlər barədə də həm "Təhsil problemləri" qəzetində, həm də digər qəzetlərdə müntəzəm çıxış edib.
Ilham İbadovun Metodiki kabinetin müdiri kimi pedaqoji fəaliyyəti dövri mətbuatda geniş işıqlandırılıb. "Bizim era" qəzeti 15-31 mart 2010-cu il tarixli nömrəsində İlham İbadovun 50 illik yubileyi münasibətilə Lerik rayon 3 nömrəli tam orta məktəbin tarix müəllimi Araz Qurbanovun "Zirvələri fəth edən oğul" məqaləsini oxucuların diqqətinə çatdırıb. O, yubilyarın xarakterini, həyat və fəaliyyətini belə açıqlayıb: "Haqqın müdafiəsi, təsir edə biləcəyi və sözü eşidilən hər yerdə sözün doğrusunu vaxtında və çəkinmədən deməyi bacarmaq, insanlara lazım olduğu anda lazımi qiymət vermək və köməyini əsirgəməmək, qiymətləndirdiyi insanın hər hansı bir problemini özününkü hesab etməyi bacarmaq onun xüsusiyyətidir.
Ilham müəllim əqidəsində o qədər ardıcıl və qətiyyətli bir şəxsdir ki, onun həqiqətlərini şübhəyə alıb müzakirə mövzusuna çevirmək ətrafdakılara çox az müəssər olur.
Xüsusi jurnalist qabiliyyəti, idarəetmə təhlili və təcrübəsi olan İlham müəllim hal-hazırda Lerik Rayon Təhsil Şöbəsinin Metod kabinetinin müdiri vəzifəsində işləyir. Indiyədək də biz bu metodkabinetə rəhbərlik edən savadlı ziyalıları tanımışıq. Həmişə seçilmiş müəllimlərin işlədiyi, uzunmüddətli pedaqoji təcrübəyə malik pedaqoqların çalışdığı bir yerdə hansısa yeni bir idarəçilik bacarığı nümayiş etdirmək və bununla da işlədiyi kollektivdə və cəmiyyətdə imicini daha da yüksəltmək asan bir iş deyil. Bunun üçün isə öz şəxsiyyətinə daha tələbkar yanaşmaqla yanaşı, həm də obyektivlik, dürüstlük və İlham müəllimin malik olduğu yüksək keyfiyyətlərə malik olmaq lazımdır.
Bütün bunları İlham müəllimin 50 illik ömrünün bir neçə anını nəzərə alaraq müşahidə etmişəm".
Lerik rayonunun Nastail kənd tam orta məktəbində 40 ildən artıq ki, direktor işləyən Bafəddin Canəliyev "Korrupsiya və Qanun" qəzetinin 2-16 iyun 2014-cü il tarixli nömrəsində dərc edilmiş bir səhifəlik "Onun həyat amalı" məqaləsində İlham İbadovun həyat və fəaliyyətini daha geniş işıqlandırıb. Onun Lerik rayon Təhsil Şöbəsində Metodiki Kabinetin müdiri vəzifəsində işləməsi barədə yazıb: "Bu vəzifəni də o, canla, başla yerinə yetirirdi. Az müddətdə metodkabinet nizam-intizamı gücləndirir, kabinetin tərtibatında yeniliklər yaradır, pedaqoji təcrübənin məktəblər arasında müntəzəm olaraq yayılmasında müstəsna rol oynayır. Məktəblərdə inşa yazı, rəsm, nəğmə-musiqi, bədii qiraət və sair müsabiqələr təşkil edir. Onun metodkabinet müdiri işlədiyi dövrdə bir nəfər də olsun kabinetdə metodist tapmaq mümkün olmurdu. Növbə ilə məktəblərə ezam olunur və məktəblərdə metodiki işlərin səviyyəsini qaldırmağa nail olurdu. Ilham İbadovun bu gərgin əməyinə görə Lerik rayon Təhsil şöbəsinin müdir əvəzi Cəbrayıl Surətov onun barəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı xasiyyətnamədə qeyd edir: 2007-ci ilin noyabr ayından Lerik rayon Təhsil Şöbəsi Metodkabinetinin müdiridir. Təhsildə müasir təlim metodlarının tətbiqi, yeniliklərin, metodik göstərişlərin müəllimlərə çatdırılması üçün yorulmadan çalışır, ucqar dağ rayonunda təhsilin inkişafına öz töhfəsini verir. Ilham İbadov eyni zamanda "Təhsil problemləri" qəzetində şöbə redaktorudur.
İlham İbadov xüsusi istedada, yüksək mədəniyyətə, iş qabiliyyətinə, insani keyfiyyətlərə malik olan bir ziyalıdır. Təhsil şöbəsində işlədiyi qısa müddətdə iş yoldaşları yanında böyük hörmət qazanmışdır. Metodkabinetin müdiri kimi işində də daim yeniliklər axtarışında olmuşdur.
Ilham İbadov hazırda "Təhsil problemləri" qəzetinin şöbə redaktoru vəzifəsini layiqincə yerinə yetirir. Bölgədəki ümumtəhsil məktəblərində müəllim və şagirdlərin əldə etdikləri nailiyyətlərdən, həyata keçirilən müxtəlif tədbirlərdən müntəzəm olaraq bir-birindən maraqlı, diqqəti çəkən məqalələrlə qəzetdə çıxış edir. Ilham İbadova möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Əşrəf Hümmətov,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!