Sumqayıtda binada yanğın - Sakinlər təxliyə edildi .....                        Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb .....                        Zaqatalada ağır qəza: Yaralılar var .....                        Danışığını bilməyən ağılsız - Xalq artistindən sərt reaksiya .....                        Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı .....                        Mətbuat Şurası bəyanat yaydı: "Bu film jurnalistika prinsiplərinə ziddir" .....                        Bakıdan Almaniyaya etiraz - Səfir XİN-ə çağırıldı .....                        Ermənistan dezinformasiya yayır .....                        56 yaşlı kişini ildırım vurub öldürdü .....                       
Tarix : 3-10-2016, 10:42
“Boy çiçəyi” tamaşası nümayiş olundu

Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinə həsr olunan “Boy çiçəyi” tamaşası nümayiş olunub.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərinin nümayişindən əvvəl tamaşaçılar qarşısında çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemət bildirib ki, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi ilk dəfə 52 il əvvəl tamaşaya qoyulsa da, mövzusu və qaldırdığı problem bu gün də aktualdır: “Oktyabrın 3-də İlyas Əfəndiyevin anım günüdür. Biz özümüzə borc bildik ki, bu gün İlyas müəllimin müəllifi olduğu pyesin əsasında hazırladığımız tamaşanı nümayiş etdirək. İlyas Əfəndiyevin bu əsəri müasir dövrümüzdə də öz aktuallığını saxlayır. Bu günün gəncləri də bu məhəbbət əsərini görməlidir. Boy çiçəyi sözünün böyük mənası var. Ona görə qərar gəldik ki, bu tamaşanın adı sadəcə, boy çiçəyi ilə bağlı olsun.

Vaxtilə bu tamaşanın baş rollarında xalq artistləri Amaliya Pənahova və Əli Zeynalov oynayıb. İndi isə xalq artisti Fuad Poladov və əməkdar artist Məsmə Aslanqızı çıxış edir. Ümumiyyətlə, tamaşanın çox maraqlı aktyor heyəti var. Ümid edirəm, sizə təqdim olunan səhnə əsərini alqışlarla qarşılayacaq və Akademik Milli Dram Teatrından xoş təəssüratla ayrılacaqsınız”.

Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir. Tamaşada əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Nigar Güləhmədova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bugünümüzlə səsləşir.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.
“Boy çiçəyi” tamaşası nümayiş olundu


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!