Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
Tarix : 24-05-2017, 20:03
Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə konsert keçirilib - FOTOLAR

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Butov.az-ın Trend-ə istinadən məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert kecirilib. Unudulmaz sənətkarın xatirəsini bir daha yada salmaq, onun yaradıcılığını gənc nəsillərə daha yaxından tanıtdırmaq məqsədi daşıyan bu tədbir əsl musiqi bayramına çevrilib.

Konsertdə ölməz sənətkarın adını daşıyan Bakı şəhər 26 nömrəli onbirillik musiqi məktəbinin istedadlı şagirdləri və müəllim kollektivi rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və çoxsaylı müslimsevərlər iştirak ediblər.

Konsertdə M.Maqomayevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib, proqramda onun repertuarında yer alan bütün janrlardan olan əsərlər təqdim olunub. Məktəbin Respublika müsabiqələri laureatı və diplomantı olan xor kollektivi, skripkaçılardan ibarət "Fantaziya" qrupu, gənc solistlər Əliyev Aslan, Quluzadə Zeynəb, Əliyeva Mehriban, Həmzəyeva Səma, Əhməd Xəyal, Ağabəyli Mehriban, Əliyev Fikrət, Quliyev Ərəstun və Abbaslı İlyas M.Maqomayevin ən gözəl mahnılarını məharətlə ifa ediblər.
Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə konsert keçirilib - FOTOLAR
Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə konsert keçirilib - FOTOLAR
Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə konsert keçirilib - FOTOLAR
Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə konsert keçirilib - FOTOLAR
Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə konsert keçirilib - FOTOLAR


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!