Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 26-10-2015, 13:45
Rüfət Muradlı: " Seçicimin haqqın yanında olacağına inanıram"


Deputatlığa namizəd Rüfət Muradlı ilə müsahibə:

-Rüfət bəy, seçkilərə az zaman qaldı. Öncə uğurlar diləyirik. Bu ana qədər olan durumu, seçki prosesini necə dəyərləndirirsiniz?


-Təşəkkür edirəm Günel xanım. İnşallah qazanan hər şeydən öncə millətimiz olsun. Doğrudur seçkiyə artıq günlər qaldı. Belə düşünürəm ki, ölkəmizdə seçkilərin keçirilməsi ilə bağlı acı reallıqları nəzərə almağımıza rəğmən insanımızla işləyərək, onun ayağına gedərək, ona dəyər verərək, sevərək, inandıraraq və sahib çıxaraq sonuc qazanmaq mümkündür. Ötən günlərdə doğulduğum yurdda , Salyanın müxtəlif məntəqələrində yurddaşlarımla görüşlərində aldığım sonuc belə idi. Problemlər hər yerdə oxşardır. Millət isə baxımsızlıq girdabına salınıb. Azərbaycanın hər bölgəsində olduğu kimi Salyanda da sosial problemlər tüğyan edir. Bunu özəlliklə lokal görüşlərimizdə daha yaxından izləyə bildik. İnsanımız qayğı istəyir, ona sahib çıxa biləcək təmsilçi istəyir. Görüşlərimizin sonucu olaraq bunu deyə bilərəm ki, seçkiyə qatılmağa inamsız olan yüzlərlə insanın dilindən "seçkiyə getməyəcəkdim, amma sənə görə gedəcəm" mesajını eşitmək 1 noyabra bizim daha inamlı, daha əmin getməyimiz üçün əsas şərtdir. Təbii ki, səsvermə prosesinə nəzarət imkanlarımızı da artırmalı, hakimiyyətin illərlə tətbiq etdiyi seçki şousunu pozmalaıyıq.

-Görüşlərinizdə sizə maneçiliklər oldumu? Rəqiblərinizdən, ya hakimiyyət təmsilçilərindən hər hansı təzyiq varmı?

-Görüşlərimiz qanun çərçivəsində keçirilir. Təbliğat prosesinə bəzi lokal müdaxilələr istisna olmaqla, ciddi manelərlə üzləşməmişik. Salyanda əsrlərdir formalaşan bir ənənə var. Əxlaqa, dəyərlərə söykənən bir ənənə. Və biz buna sadiqik.Yəqin ki, seçki gününə qədər bu ənənəyə real və qeyri-real olaraq seçimə qayılan bütün namizədlər sadiq qalacaqlar.

-Seçiləcəyiniz təqdirdə görüləsi işləriniz məlumdurmu?

- Salyan da problemlərinə görə ölkəmizin digər bölgələrindən fərqli deyil. Yəni sorunların mahiyyəti eynidir. Sosial ağırlıqlı problemlər. İnsanımızın evi, güzaranı,həyatı bank girovundadır. İşsizlik tüğyan edir. Büdcədən maliyyələşən müəllimin, həkimin maaşı yaşayış minimumuna belə yetmir. Kənd təsərrüfatı sektoru iflic olub və təbii ki, mövcud ağır bank faizləri ilə inkişaf edə bilməz. Bu seçicinin üzləşdiyi problemlərin yalnız bir hissəsidir. Və düşünürəm ki, mərhələli şəkildə bunların həllinə nail olmaq əsas fəaliyyət prioritetimiz ola bilər. Amma hər şeydən öncə seçici hər zaman onun yanında ola biləcək, haqqı tapdananda sorağına gedəcək vəkilini istəyir. Məncə millət vəkilinin bütün fəaliyyətinin fövqündə də bu prinsip dayanmalıdır.

-Rüfət bəy, sizin Milli platformadakı fəaliyyətləriniz hər zaman təqdir olunub. Millət vəkili olacağınız təqdirdə soydaşlarımızla, Türk Dünyası ilə bağlı fəaliyyətlərinizin davamı olacaqmı?

- Əlbəttə. Baxın, iqtidar "Azərbaycan 50 milyon azərbaycanlının vətənidir" deyə iddialar etsə də bu anadək bu istiqamətdə nə hüquqi, nə də siyasi iradə sərgiləməyib. Bizim Güney Azərbaycanda, Borçalıda, Dərbənddə və digər tarixi Azərbaycan coğrafiyalarında yaşayan 40 milyon soydaşımızla bağlı hər hansı qanunvericilik bazamız mövcud deyil. İstər 2000-ci ildə qəbul edilən " Xaricdə yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti" Qanununda, istərsə 2013-cü ildə qəbul edilən Miqrasiya qanununda soydaşlıq prinsipi əsla nəzərə alınmayıb. Düşünürəm ki, parlamentdə soydaşlarımızla bağlı qanunun müzakirəyə çıxarılması mənim fəaliyyətlərimin özəl bir bölümünü təşkil edəcək. Azərbaycan soydaşlarımız üçün güvəniləsi və zaman pənah gətirə biləcəkləri bir vətən olmalıdır.

-Uğurlar diləyirik Rüfət bəy. Yəqin ki, qarşıdakı 10 günü çox gərgin işləyəcəksiniz.


- Oktyabrın 31-dək DSK-nın müəyyən etdiyi yerlərdə görüşlərimizi davam etdirəcək, təşviqatımızı genişləndirəcəyik. Təəsüflər olsun ki, Görüşlər üçün təyin edilən məkanlar yaşayış məskənlərindən aralıdır. Bir sözlə münasib olmayan məkanlardır. Ona görə seçki gününə bir gün qalana qədər təbliğat qrupumuzla bərabər özüm də insanımızla təmasdayam, seçicilərimin bu mübarizədə haqqın, ləyaqətin yanında olacağına inanıram.

Günel Nazim


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!