Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 1-03-2016, 14:03
“Pust Qovoryat”-Müsahibə

Bir neçə gün əvvəl Rusiyanın ən reytinqli layihələrindən biri olan, məşhur teleaparıcı Andrey Malaxovun təqdimatında yayımlanan “Pust Qovoryat” verilişində Azərbaycan ailəsi ilə bağlı maraqlı anlar yaşanıb. Belə ki, verilişin yayımlandığı “Birinici kanal”a müraciət edən gənc qız heç vaxt görmədiyi atasını axtardığını bildirib. "Birinci kanal" həmin ailəni verilişə dəvət edib və veriliş zamanı qız Azərbaycandan gələn atası ilə görüşüb. Tam səmimi müstəvidə baş tutan görüşün əsl səbəbkarları telekanal nümayəndələriylə yanaşı, Rusiya Dumasının əməkdaşı, beynəlxalq əlaqələr üzrə ekspert, “Pust Qovoryat” verilişinində ekspert qismində çıxış edən Ramin Qasımovdur.
“Pust Qovoryat”-Müsahibə

R.Qasımov, qeyd olunan və insanları daha çox düşündürən bütün bu kimi problemli məsələlərlə bağlı jurnalist Fuad Mədətovun suallarını cavablandırıb:

- “Pust Qovoryat” verilişdəki həmin hadisə ilə bağlı təəssüratlarınızı bölüşərdiniz.

- Adətən problemli ailələrin taleləri bu verilişdə həll olunur. Bəzi insanların ağlına gəlməzdi ki, məhz bu dəfəki verililiş nikbin notlar üzərində qurulacaq. Çünki neçə illərdir ki, ata ilə bala bir-birilərinə qovuşa bilmirdilər. Nəticədə “Birinici kanal” rəsmiləri və bizim köməyimizlə ata-balanı qovuşdurduq. Verilişdə söhbət sadə bir ailədən gedir. Atası uzun illər daxili işlər nazirliyində çalışan, anası isə evdar xanım olan gənc qızın taleyi insanları düşündürməyə bilməzdi. Lakin atanın hazırki həyat yoldaşı, Azərbaycandan gəlmiş xanım, qızın anasını necə səmimiyyətlə qəbul etdi. Bəli, o, rus dilində fikirlərini yaxşı ifadə edə bilmirdi. Rus dilində ləhcə ilə danışırdı. Lakin onun audiotoriya və qızın anası ilə qurduğu səmimiyyət hamını heyran edirdi. Bu, sözsüz ki, Azərbaycan qadınına xas olan milli xüsusiyyətlərindən, istiqanlılığından və səmimiyyətindən xəbər verirdi. Düşdüyü vəziyyət qadına nə dərəcədə çətin olsa da, o, bəlkə də ərinin gənc yaşlarında etdiyi səhvi dərk edirdi. Bəlkə də qəlbinin daxilində qısqanclıq hissi keçirsə də, ərini olan hörmət və sevgisi nəticəsində qıza qarşı istinqanlılığını nümayiş etdirirdi. O, həmçinin qızı, öz qızı kimi qəbul etməyə hazır idi. Hər qadın bunu etməzdi, lakin həmin xanım Azərbaycan qadını obrazında belə addım atdı və söylədi ki, mənim neçə uşağımın olmasına baxamayaraq, bu qızı böyük məmnuniyyətlə qəbul edirəm. Əsasən Rusiya mətbuatından, verilişlərində hər zaman həmvətənlərimizi neqativ xarakterli insan kimi təqdim edirlər. Lakin bizim milli mənəvi dəyərlərimizi, xarakterik xüsusiyyətlərimizi bu kimi xoşməramalı verilişlərdə ortaya çıxanda, sevincimizi gizlədə bilmərik.

- Sizin bu kimi çıxılmaz vəziyyətlərdə olan uşaqlara münasibətiniz necədir və bu məsələnin həll yolunu nədə görürsünüz?
“Pust Qovoryat”-Müsahibə

- Situasiyalara münasibətim yalnız birmənalı ola bilər. Heç bir uşaq həyatı boyu valideynsiz yaşamağa layiq deyildir. Biz bilirik ki, bəzi müsəlman ölkələrində uşaq
evləri belə yoxdur. Çünki valideyn sevgisindən və himayəsindən məhrum olan uşaqları qohumları övladlığa götürür və öz ailələrində böyüdürlər. Lakin elə ailələr də olur ki, orada valideynlərin biri olmur. Bu, Azərbaycanda çox böyük problemdir. Azərbaycan kişilərinin əksəriyyəti qazanc dalınca Rusiyaya və başqa ölkələrə gedirlər. Hətta öz ölkəsində evli olduğu halda, qürbətdə yenidən ailə qururlar. Bəzən də Azərbaycandakı ailələrini unudurlar. Daha sonra onlar öz vətənlərinə geri dönəndə, əksinə, qürbətdəki ailələrini unudurlar. Zaman keçir, bu fidanlar böyüyürlər və həyatda müəyyən nailiyyətlər əldə edirlər. Onlar bu nailiyyətlərini valideynləriylə bölüşmək istəyirlər. Həmçinin onlarla yanaşı, valideynləri də əldə etdikləri uğurlarından həzz almalarını arzulayırlayır. Valideynlərinə isbat etmək istəyirlər ki, bir zaman sən məni tərk etmişdin, amma indi mən narkoman da, içki düşkünü də ola bilərdim, amma bu gün bir çox insanlara nümunəyəm. Təbii ki, hər dəfə uğurlu nəticə əldə etmək olmur. Bəzi valideynlər uşaqlarını qəbul edirlər, bəziləri isə qəbul etmirlər. “Birinci kanal” ilə əməkdaşlıq etdiyimiz dövrdə bizə valideynlərin axtarışı ilə bağlı həddindən çox müraciətlər olur. Rusiya dumasının əməkdaşı olduğum üçün Azərbaycan televiziyalarından da müraciətlər olur. Ancaq hər zaman müsbət nəticə əldə edə bilmirik. Hətta bəzi zamanlar bizim Azərbaycan üzrə axtarışlarımız nəticəsiz olub. Bir çox valideynlər övladlarıyla görüşməkdən imtina ediblər, bir çoxları isə sevinc hissi ilə qarşılayıblar. Kömək məqsədi ilə Bakıda yaşayan dostum, tanınmış ictimai xadim Hacı Quliyevə də müraciət etmişik. Sadəcə olaraq onu demək istəyirəm ki, Azərbaycan mentalitetində övladlardan imtina mədəniyyəti birmənalı qarşılanmır. Harada olmasına baxamayaraq, cavanalıq səhvi belə olsa, valideynlər öz övladlarını hər zaman axtarırlar və övladlarına dəstək olurlar.
“Pust Qovoryat”-Müsahibə

- Malaxov müsahibələrinin birində “Mən Azərbaycandan gedəndən sonra Rusiya küçələrini gördüm və düşündüm ki, niyə bizim küçələrdə bu cür abadlıq yoxdur?” fikrini bildirib. Maraqlıdır, xaricdən Azərbaycana baxış Malaxovun fikri ilə uzlaşır, yoxsa fərqlidir? - Əvvəlcə onu xatırladım ki, dəfələrlə Malaxovla Azərbaycanda qonaq olmuşuq. Deyərdim ki, Azərbaycana gələn bir çox ziyalılar deyil, hətta sadə vətəndaşlar da Azərbaycanda köklü dəyişikləri görürlər. Veriliş zamanı da Malaxov qeyd etdi ki, azərbaycanlılar çox qonaqpərvər və gələn qonaqlara böyük sevgi hissi ilə yanaşırlar. Deyirlər ki, Azərbaycan tolerant ölkədi. Amma bu, söz olaraq deyil, həqiqətən də Azərbaycan tolerant ölkə kimi dünyaya bir nümunədir. Azərbaycanda bir çox millətlər yaşayır. Azərbaycanda dini xadimlər çox rahatlıqla dini geyimdə, gənclər müasir geyimlərdə şəhərdə gəzə bilirlər. Və siz bununla heç kəsin diqqətini çəkmirsiniz. Bir daha qeyd edirəm ki, müasir, qədim tarixə malik Azərbaycan sözün əsl mənasında, tolerant, multikultiralist ölkədir və Azərbaycanda bir çox gəziləsi, görüləsi yerlər var. Hər kəsə bu gözəlliyi yaşamağı və şahidi olmağı arzulayıram!
Butov.az


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!