Leysan, dolu, sel... - XƏBƏRDARLIQ .....                        Ukrayna Quru qoşunlarının komandanı istefa verdi .....                        Ukraynadan Rusiyaya böyük zərbə - Təyyarələrini yandırdılar .....                        Füzulidə “Qarabağım mənim” adlı festival .....                        İŞİD liderlərindən biri saxlanıldı .....                        Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü .....                        Rusiyadan Ukraynanın təlim bölməsinə zərbə - 12 ölü, onlarla yaralı .....                        Türkiyədə Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə konsert .....                        Türkiyədə iki zəlzələ .....                       
Tarix : 20-11-2015, 08:55
Məlum olduğu kimi, dünyada, o cümlədən Azərbaycanda ailələrin boşanma sayı çoxluq təşkil edir. Bu proses daha çox tanınmış sənət adamlarının həyatında baş verir. Belə bir ailə dramı azərbaycanlı gənc müğənninin həyatında da yaşanıb.

Butov.az xəbər verir ki, bu yaxınlarda “Space” telekanalında yayımlanan “Görüş yeri” verilişində qonaq olan ictimai xadimi, ailə məsələləri üzrə ekspert Hacı Quliyev adını açıqlamadığı gənc müğənninin ona ailəsində baş verən problemlərlə bağlı müraciət etdiyini bildirib. Ekspert qeyd edib ki, müğənni olduğuna görə, ailəsi onu qəbul etmirdi və buna görə də ailəsində uzun müdddət çox böyük münaqişə yaranmışdı:

“Gənc müğənnilərdən biri mənə ailəsiylə bağlı müraciət etmişdi. Ailəsində çox ciddi problem vardı. Ailəsində heç vaxt sənətə meyillilik olmayıb və sənətə gəldiyinə görə, valideynləriylə yanaşı, qayınata və qayınanası, o cümlədən, həyat yoldaşı belə qəbul etmirdi. Müğənninin özündə isə sənətə qarşı çox ciddi həvəs vardı. Sözsüz ki, biz bu məsələni müsbət nəticə ilə həll etdik. Ailə üzvləriylə tək-tək söhbət etdik və onlara izah etdik ki, istedadı məhv etmək olmaz. Oğlan bank işçisi idi, sonradan sənətə gəlmək istədi ki, bu da ailə tərəfindən sonradan çox böyük müzakirələrə səbəb olmuşdu. Sonda da ailə üzvləri onu anladılar, xüsusiylə də həyat yoldaşı... Bu hadisədən bir il keçir. Bu gün onlar xoşbəxt ailə həyatını yaşayırlar.”

Jurnalist Fuad Mədətovun qısa araşdırması zamanı məlum olub ki, H.Quliyevin bəhs etdiyi gənc müğənni Samin Dənizdir. Jurnalist müğənni ilə əlaqə saxlayıb və o, hadisəni təsdiqləyib:

“Şəxsən mənim ailəmdə ciddi problem olanda, düşünürdüm ki, bu problemi kiminlə çözə bilərəm? İlk növbədə valideynlərimə və yaxın bildiyim dostuma müraciət etdim, amma problemin ağırlığı günbəgün artırdı. Televiziya verilişlərin birində ailə məsələləri üzrə ekspert Hacı Quliyevin ailələrə necə dəstək olduğunun şahidi oldum. İlk növbədə düşündüm ki, bu, sadəcə şou xarakteri daşıyır. Amma sonradan Hacı Quliyev tərəfindən yardım olunan ailələrlə görüşdüm və belə qənaətə gəldim ki, Hacı müəllimə müraciət edim. Elə də oldu. İlk müraciətim zamanı mənə yetəri qədər dəstək oldu və yaxınlarım tərəfindən ailə qurduğum müddət ərzində həll edə bilmədiyimiz məsələləri mərhələli şəkildə həll etdi. Onun dəstəyi ilə xoş və firavan ailədə yaşayıram, sevindim ki, Azərbaycan teleməkanında Hacı Quliyev kimi xalqımıza təmənnasız xidmət göstərən ekspertimiz var!”

Məlumat üçün bildirək ki, müğənni Samin Dəniz bir neçə müsabiqələrin iştirakçısı olub.



Ekspert Hacı Quliyev gənc mügənninin ailəsinə dəstək oldu – FOTO
Ekspert Hacı Quliyev gənc mügənninin ailəsinə dəstək oldu – FOTO


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!