COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 5-03-2014, 17:23

 

 

Azərbaycan Respublikasının Prezidenti , cənab İlham Əliyevə,

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və

 İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevaya

 Kəlbəcər rayonundan məcburi köşkün, Qarabağ müharibəsi

veteranı, jurnalist Məmmədli Müslüm Müseyib oğlunun səhətti ilə bağlı

Azərbaycan mediasında çalışan bir qrup jurnalist və Qarabağ döyüşçüsü tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!

Yazıb sizə bildiririk ki, həmkarımız, 1973-cü ildə Kəlbəcər rayonunun Bəzirxana  kəndində anadan olmuş Məmmədov Müslüm Müseyib oğlu 2011-ci ildən hepatit C virusu və qara ciyərin ağır serrozu xəstəliklərindən əziyyət çəkir. Həkimlər onun müalicəsinin Azərbaycanda mümkün olmadığını bildirirlər.

Müslüm Məmmədov 1991-1994-cü illərdə Kəlbəcər və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib, erməni qəsbkarlarına qarşı digər döyüş  yoldaşları kimi sona qədər vuruşub. Kəlbəcərin işğalından sonra döyüş yoldaşları ilə birlikdə öz postlarını tərk etmədiklərindən 10 gün ermənilərin mühasirəsində qalıblar. Sonradan çox çətinliklə mühasirəni yararaq xilas ola biliblər. O Qarabağ müharibəsi veteranıdır. Kəlbəcər işğal olunduqdan sonra məcburi köckün kimi Bakı şəhərində sahəsi 20 kv/m olan kohnə həyət evində  ailəsi ilə müvəqqəti məskunlaşıb.

Müslüm Məmmədov BDU-nun Sosial elmlər fakültəsinin fəlsəfə pilləsini fərqlənmə diplomu ilə başa vurub. “Vətəndaş həmrəyliyi”, “Xalq cəbhəsi”, “Üç nöqtə”, “Yeni zaman”, “Vəhdət”, “Neytral”, “Azərbaycan naminə”, “Himayədar” və digər müxtəlif mətbuat orqanlarında jurnalit kimi fəaliyyət göstərib. 2011-ci ildə dişindən müalicə olunan zaman həkimlərin səhlənkarlığı nəticəsində hepatit C virusuna yoluxub. Bir müddət Bakıda müalicə olunduqdan sonra 2011-2012-ci illərdə İran İslam Respublikasinda da müalicə olunub. Ancaq vəziyyəti getdikcə ağırlaşıb. Həkimlərin rəyinə görə, onda qara ciyər serrozu bas vermisdir. Bunun müalicənin isə ancaq Türkiyədə və ya Almaniyada mümkün olduğunu bildirirlər.  

Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!

Sizin bütün Azərbaycan vətəndaşlarına, xüsusilə də yaradıcı insanlara, müharibə iştirakçılarına və məcburi köçkünlərə olan diqqət və qayğınız xalqımız tərəfindən daim minnətdarlıqla qeyd edilir. Xahiş edirik ki, jurnalist həmkarımız, müharibə veteranı Müslüm Məmmədova da  dəstək olasınız. Onun tezliklə sağalıb ailəsinə dönməsinə şərait yaradasınız.

Müslüm ailəlidir, iki azyaşlı uşaq atasıdır. Həyat yoldaşı işləmir. Qoca anası ilə birlikdə yaşayır.   

Müracitəti imzaladılar:

İlham Məmmədli – tədqiqatçı jurnalist, AMEA-nın əməkdaşı

Qabil Abbasoğlu -"Lent.az" saytının baş direktoru.

İlqar Rəsul-APA TV-nin baş direktorunun müşaviri

Azər Qaraçənli – “Mediaforum” saytının baş redaktoru

Hikmət Sabiroğli - “Mediaforum” saytının əməkdaşı

Əlisəfa Mehdiyev – hərbi jurnalist, Qarabağ müharibəsi veteranı

Nazilə Alməmmədova - İnteraz TV

Tamxil Ziyəddinoğlu – “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru

Şahin Əliyev – “Üç nöqtə” qəzetinin baş redaktor müavini

Əlirza Xələfli – “Kredo” qəzetinin baş redaktoru

Məlahət Nəcəfova-APA TV

 Almaz Mahmud- tədqiqatçı jurnalist

Sabir Hüseynov – “Kənd həyatı” qəzetinin baş redaktoru

Vaqif Bünyadoğlu – “Xalq qəzeti”nin əməkdaşı

Elşad Eyvazlı – “Modern.az” saytının baş redaktoru

Sahib Əliyev – Əməkdar jurnalist

Zöhrə Fərəcova – “Xatirə kitabı”nın şöbə müdiri

Vüqar Əsgərov –jurnalist, Qarabağ müharibəsi iştirakçısı

Ələsgər Cabbarlı – veteran jurnalist

Cavanşir Osmanlı – Qarabağ müharibəsi veteranı

Seyidağa Mövsümlü – Qarabağ müharibəsi veteranı

Firudin Əhmədov - Qarabağ müharibəsi veteranı

Emil Quliyev - Frans-Press agentliyinin Azərbaycan üzrə müxbiri

İlkin Nadirov – İnteraz Tv jurnalist, Prezident təqaüdçüsü

Ayaz Süleyman - “Araz” radiosu, xəbər aparıcısı

Rüfət Nadirli – İnterAz Tv- jurnalist

Jalə Məmmədli-APA TV-  repartyor

İmdad Əlizadə- Mediaforum” saytı, jurnalist

Günel Əbilova-  “Qafqazinfo” saytının  redaktoru

 Nərgiz Cavadzadə-“Qafqazinfo”, müxbir

Ələmdar Cabbarl- “Bizim söz”qəzetinin baş redaktoru

Pünhan Əfəndiyev – “Üç nöqtə” qəzetinin əməkdaşı

Arif Məmmədli – “Təbib” qəzetinin əməkdaşı

Adil Cəmil – “Ədəbiyyat” qəzetinin şöbə müdiri.

 


Paylaş



Bölmə: Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!