Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
27-12-2021, 17:49
Prezident şəhid və hərbçiləri təltif etdi

Vilayət Vəliyev rektor təyin edildikdən sonra Azərbaycan Texniki Universitetində tədrisin və təhsilin vəziyyətinin yaxşılaşdırılması istiqamətində zərrə qədər də müsbət iş görməyib. 2019-cu ilin iyulundan universiytetin yeni rektoru sanki qarşısına ancaq bir məqsəd qoyub. Hər şeydən, dərslərdən kəsmək, tədris yüklərini azaltmaq, bu yolla vəsaitə qənaət edib, onu başqa yerlərə, məlum olmayan işlərə sərf etmək. Bilinmir ki, rektorumuz iqtisadçıdır, ya riyaziyyatçı, hər halda texnikadan çox uzaq adamdır və texnika haqqında, xüsusən də texniki təhsil haqqında təsəvvürləri yox dərəcəsindədir. O, elə bilir ki, özünün bildiyi kimi (əslində isə bilmədiyi kim) yeni bir universitet yaradır.


Bütöv.az bildirir ki, bu barədə Aktualinfo.org məlumat yayıb.

Bunlar Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərinin bir qrupu tərəfindən son iki ildə universitetdə yaranmış acınacaqlı və fəlakətli dərəcəyə çatmış vəziyyət haqqında ürək yanğısı ilə dövrü mətbuata verdikləri məlumatlardandı.

Aşağıda diqqətinizə çatdırdıqlarımız isə zaman-zaman dövrü mətbuatın gündəminə gəlmiş, 2015-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Texniki Universitetinin nəzdinə verilmiş Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində baş verənlər olacaq. Yazırlar ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tüğyan edən rüşvət yığımlarının başında birbaşa kollecin direktoru Bəxtiyar Bəxtiyarov durur. Məlumatı təqdim edən mənbənin sözləri ilə desək, burada direktorun göstərişi ilə müəllim heyəti tələbələrin “qanını sorur”. Məlumatlarda qeyd olunur ki, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri də etik qaydalardan xeyli uzaqlaşıb. Əslində bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, onlar davranışlarında da mənfiyə doğru sərbəstləşiblər. Yəni, bu və ya digər fənn üzrə imtahandan pulla qiymət almağın mümkünlüyünü görən tələbə dərsə davamiyyətə məhəl qoymur. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində imtahanları rüşvətlə verməklə yanaşı, təcrübə üçün də hər bir tələbədən 100 manat pul tələb olunur. Verilən məlumata görə, sözügedən kollecdə rüşvətin yığılması işində sinif nümayəndələri vasitəçi rol oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də öz növbəsində, ümumi məbləğdən payına düşəni götürüb qalan hissəni məhz Bəxtiyar müəllimə təqdim edirlər…

Bütün bunlar həm Azərbaycan Texniki Universitetində, həm də qeyd etdiyimiz ali təhsil ocağının nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci barədə son vaxtlar elektron kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatların bir qismidir. Müəllim heyətinin şikayətlərindən də göründüyü kimi rektor Vilayət Vəliyev iki ildir ki, Texniki Universitetdə islahatlar aparır. Bu islahatların tərkib hissəsini isə ancaq kadr dəyişiklikləri təşkil edir. Belə ki, rektor özünə yaxın şəxsləri yavaş-yavaş ətrafına topladıqdan sonra universitetdə uzun illərdir çalışan müəllimlərin yerdəyişməsinə keçib. Tələb olunan heç bir kriteriyalara məhəl qoymadan. Universitetdə tədrisin və təhsilin vəziyyətinin yaxşılaşdırılması istiqamətində isə heç bir addım atmadan. Bunu universitetin müəllimləri iddia edir.

Universitetin nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində isə direktor Bəxtiyar Bəxtiyarov artıq 6-cı ildir ki, korrupsiya əməlləri ilə məşğuldur. Burada tələbələrdən alınan pullardan söhbət getmir. Bu rüşvətxorluq hesab edilir. Korrupsiya əməli isə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə deyilir.

Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən kollecin inzibati binası ilk baxışdan suyu soğulmuş dəyirmana bənzəyir. Amma heç kim bilmir ki, Kollecin direktoru hər il buranın təmirinə, avadanlıqların alınmasına satınalmalar yolu ilə külli miqdarda vəsait ayırır. Amma dövlət satınalmaları haqqında qanunun tələblərində olduğu kimi deyil, öz bildiyi kimi. Yəni, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməklə, habelə satın alınan malların və xidmətlərin qiymətlərini süni şəkildə şişirtməklə, özünə yaxın şirkətlərlə bağladığı müqavilələri ictimaiyyətdən gizlətməklə. Burada satınalmalar şəffaf keçirilsəydi, nəticələri də hər yerdə olduğu kimi ictimaiyyətə açıqlanardı. Amma görünür bu direktora sərf eləmir.

Məsələn, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Tender Komissiyası 2020-2021-ci illərdə sair torpaq, tikili və avadanlıqlar, maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat xərcləri, əsas vəsaitlərin və azqiymətli və tez köhnələn əşyaların dəyərinin müəyyənləşdirilməsi, digər malların alınması, mətbəə məhsulları üzrə xərclər, dəftərxana və təsərrüfat xərclərinin alınması, sair torpaq tikili və avadanlıqlar, maşın və avadanlıqların alınması, əyani vəsait, kitab, digər malların alınması üzrə keçirmiş olduğu kotirovka sorğularının nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirməmişdir ki, bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin aşagıdakı tələbləri kobud şəkildə pozulması deməkdir. Xüsusilə qeyd etmək istərdik ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Tender Komissiyası 2018-2021-ci illərdə keçirdiyi kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bu kotirovka sorğularında nə qədər vəsait ayrılıb, nə qədəri “otkat”kimi Bəxtiyar Bəxtiyarova qayıdıb, bəlkə Texniki Universitetin rektoru Vilayət Vəliyev də bilmir. Amma araşdırarsa Respublika Hesablama Palatası da, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti də, Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi də öyrənə bilər.

Bu nədən irəli gəlir? Kollecin direktoru Bəxtiyar Bəxtiyarovun arxayınçılığından, yoxsa? Kim durur onun arxasında ki, satınalmalarda belə istədiyi qanunsuzluqlara yol verir, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bunlara asanlıqla göz yumur. Bəxtiyar Bəxtiyarov o qədər arxayındır ki, hətta sorğulara cavab verməyi belə özünə rəva bilmir. Bu bəlkə də direktorun idarəetmədəki səriştəsizliyindən irəli gəlir. Amma daha çox arxayınçılığa oxşayır.

Xatırladaq ki, Bəxtiyar Bəxtiyarov Texniki Universitetin rektoru Vilayət Vəliyevdən dörd il əvvəl Rabitə və Nəqliyyat Kollecində direktor vəzifəsinə gəlib. Buna qədər Bəxtiyar Bəxtiyarovun kollecdəki yarıtmaz fəaliyyəti ilə bağlı istər kollecdə, istərsə də dövrü mətbuatda müəyyən rəy formalaşmışdı. Bəs universitetə islahatçı rektor kimi gəlmiş Vilayət Vəliyev bir çox dekan və kafedra müdrlərini dəyişdiyi kimi, Rabitə və Nəqliyyat Kollecinin rəhbərliyində nə üçün dəyişiklik etmədi? Kollecdə də islahatlar aparmağı niyə lüzum bilmədi? Çünki, sözügedən kollec “isahatçı” rektorla, korrupsioner direktorun işbirliyi mərkəzinə çevrilib. Kollec direktorunun arxayınçılığının əsl səbəbi də burada məlum olur. Bir rektor ki, direktorun yarıtmaz idarəetməsini görmürsə, bu rektorun zəifliyindən irəli gəlir. Görüb tədbir görə bilmirsə, bu direktorun arxasında daha böyük bir qüvvənin olmasından xəbər verir. Yox əgər görməzdən gəlirsə, onda bu rektorla direktorun işbirliyi təəssüratı yaradır. Bu variantların ən inandırıcısi isə sonuncusudur. Yəni, Rabitə və Nəqliyyat Kollecində yol verilən qanun pozuntuları rektor Vilayət Vəliyevlə direktor Bəxtiyar Bəxtiyarov işbirliyinin nəticəsindən başqa bir şey deyil.
27-12-2021, 17:46
Mehdiyevin "kamal"ı Göygöl məhkəməsində kövrəldi - "boz kardinal"ın hikkəsi RƏDD edildi

AMEA-nın prezidenti Ramiz Mehdiyevin təkidilə elm ocağının baş hüquqşünası Kamal Əliyevin jurnalist Osman Nərimanoğluna qarşı "xüsusi ittiham qaydasında" qaldırdığı şikayəti rədd edilib. Bugün saat 11:00-da Göygöl rayon Məhkəməsində baş tutan işi üzrə ilkin prosesdə hakim Əyyub Kərimov müvafiq qərarı elan edib, əsassız şikayət icraata qəbul edilməyib.

Demokratik.Az-a bu barədə danışan Nərimanoğlu bildirib: "Dəyərli dostlar! Həftənin ilk gününə uğurla başladım. Həm evində, həm şüurunda, eləcə də bütün karyerası boyunca müşahidə edilən antimilli əməllərində erməni sevgisi gəzdirən "boz kardinal" Ramiz Mehdiyevin mənə qarşı haqsız hücumuna qalib gəldim. Göygöl məhkəməsinin hakimi Əyyub Kərimovun qərarı ilə AMEA-nın səbatsız prezidenti Ramiz Mehdiyevin diqtəsilə hüquqşünas Kamal Əliyevin barəmdə tərtib etdiyi absurd "xüsusi ittiham" icraata alınmadan rədd edildi. Bu hal ölkədə məhkəmə sistemində ədalətin tamamilə olmadığını söyləyənlər üçün, elə özüm üçün növbəti xoş nümunədir. Allah ölkəmizi və prezidentimizi qorusun, "5-ci kolon"un təmsilçilərinin başına daş salsın. Biz cəmiyyət olaraq ölkənin əsas elm məbədini (AMEA-nı-red) Mehdiyevin inhisarından, təcavüzündən azad etmək üçün səylərimizi davam etdirməliyik. Bu haqq yolunda mənə informasiya dəstəyi göstərən hər kəsə, xüsusilə də "turan" informasiya agentliyinə və "kanal13" televiziyasına təşəkkürümü bildirirəm."

Jurnalist onu da qeyd edib ki, məhkəmədə hakim qarşısında duran Kamal Əliyev kövrəlib, özünü öz "xüsusi ittiham"ının qarşısında aciz aparıb. İddialarını heç cür əsasıandıra bilməyib.

Xatırladaq ki, demokratik.az saytının 16 noyabr 2021-ci il tarixli sayında Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimə tapşırıb - "Tərtər işi" boz kardinala da uzanır? başlıqlı xəbər yayımlayıb. Həmin xəbərdə 2017-ci ildə hərbçilərimizə qarşı işgəncələrlə müşahidə olunan məlum "Tərtər işi"nə eyham edilir, müzakirələrdə adı hallanan hərbi hakim Kamal Əliyevin hansı əsaslarla Ramiz Mehdiyev tərəfindən AMEA-da "hüquq şöbəsinin müdiri" təyin edilməsi sual edilir. Ramiz Mehdiyevin fəaliyyəti boyunca rusmeyilli kadr olduğuna işarə edilir.

Sözügedən mülahizə və faktlardan dözməyən qarşı tərəf yazılanları böhtan hesab edərək jurnalisti xüsusi ittihamla Yasamal Məhkəməsinə vermişdi. Lakin, 23 noyabr tarixli məhkəmə baxışında məhkəmə "Xüsusi ittiham"ı aidiyyatı üzrə Göygöl Məhkəməsinə verməyi tövsiyə etmişdi. Bu müddət ərzində Ramiz Mehdiyev AMEA-nın adında süni təyziq elementi kimi "xüsusi ittiham"ı jurnalistin evinə belə göndərərək özünü biabır etmişdi...

Bütöv.az
27-12-2021, 17:41
“Yalan vədlərlə xalqı aldatmayaq”

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Tahir Kərimli bəzi dairələrə qarşı fikirlərini bildirib.

Modern.az xəbər verir ki, deputat ötən həftə çıxışına görə sosial şəbəkələrdə söyüldüyünü deyib:
"Xalqın söyüşlə bağlı xasiyyətinə məəttəl qalmışam. Bilmirəm əvvəldən bu qədər söyüş var idimi, yoxsa indi çoxalıbmı. Bu qədər söyüş olar?? Bu həmin xalq deyilmi ki prezidentin çağırışı ilə 50 min nəfər müharibədə könüllü iştirak üçün yazıldı. Bizim yaltaqlığa nə ehtiyacımız var ki? Övladımız, özümüz üçün nə istəyirik ki?! Deyirlər Tahir Kərimli deyib ki prezidentin alternativi yoxdur. Bəs yoxdur da. Siz özünüz müxtəlif illərdə uduzdunuz. Minlərlə insanı küçədə əzdirdiniz. Müsavat AXCP-ni, AXCP Müsavatı xəyanətdə ittiham etdiniz. Siz neçə il oturdunuz parlamentdə nə etdiniz ki?
Biz xalqın problemini dilə gətiririk. İstəyirsiniz ki, biz də söyək Prezidenti, bunu görməyəcəksiniz! 22 il işsiz qaldım. Amma heç kimin yanında olmadım. Siz istəyirsiniz ki, siz iqtidara yaxın olanda biz də yaxın olaq, siz uzaq olanda da uzaq olaq. Yalan vədlərlə xalqı aldatmayaq".

Bütöv.az
27-12-2021, 17:37
Prezident polkovnikə general-mayor rütbəsi verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev polkovnik Münasib Balaca oğlu Babayevə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bütöv.az
27-12-2021, 17:33
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - SƏRƏNCAM

Prezident İlham Əliyev Səbuhi Əhəd oğlu Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Bütöv.az
27-12-2021, 17:31
İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev Yunanıstan Prezidenti xanım Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Karolos Papulyasın Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün Yunanıstan xalqına dərin hüznlə başsağlığı verirəm”.

Bütöv.az
27-12-2021, 12:40
Azərbaycan İsraillə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır - RƏSMİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı suala münasibət bildirib.

Bütöv.az-ın xəbərinə görə, Ceyhun Bayramov Azərbaycanla-İsrail arasında əlaqələrin getdikcə dərinləşdiyini bildirib.

“Biz gələcəkdə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq”, - deyə Ceyhun Bayramov əlavə edib.
27-12-2021, 11:35
Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni Aparat rəhbəri təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.
Əmrə əsasən, qurumun Aparat rəhbəri vəzifəsi Amil Cavadova həvalə olunub.

Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib.

Xatırladaq ki, Amil Cavadov 1986-cı il fevralın 23-də Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. 2009-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında təlimatçı, 2011-2013-ci illərdə Ağdam Rayon İcra Hakimiyyətində müxtəlif şöbələrdə məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2013- 2014-cü illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində koordinator, daha sonra isə Yeni Azərbaycan Partiyası İcra Katibliyində İdeologiya şöbəsində referent vəzifəsində çalışıb. 2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, 2015-2016-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2016-2021-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb. Çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifidir.

Bütöv.az
27-12-2021, 11:13
XİN illik hesabatını təqdim edir - CANLI YAYIM

Xarici İşlər Nazirliyində ilin yekunlarına dair mətbuat konfransı keçirilir.

Bütöv.az-ın məlumatına görə, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov hesabatla çıxış edir.

Həmin mətbuat konfransının görüntülərini təqdim edirik:

27-12-2021, 10:49
Əjdər Olun məhkəməsinin vaxtı açıqlandı

Rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhəkəmə iclasının vaxtı məlum olub.

Modern.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 5-nə təyin olunub.
Cinayet işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsüylə tanınan şair-publisistdir.
Əjdər Ol Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!