“Qarabağ”dan növbəti qələbə .....                        Şeyx Patriarx Kirillə erməni revanşizmindən danışdı .....                        Suriya Prezidenti Azərbaycana dəvət edildi - FOTO .....                        Xaçmazda maşın aşdı - 4 nəfər yaralandı .....                        Samir Şərifov Suriya Prezidenti ilə görüşdü .....                        DİN-dən saxta səhifələrlə bağlı XƏBƏRDARLIQ .....                        Kəmaləddin Heydərovdan iranlı nazirə başsağlığı .....                        Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq - Ərdoğan .....                        Rəsmi Bakı Badamova görə Moskvadan izahat gözləyir .....                       
6-12-2021, 11:09
Ərdoğan Qətərə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər yollanacaq.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.
Ərdoğan Qətər Əmiri əl-Tani ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək.

Tərəflər ikitərəfli əlaqələri, eləcə də əməkdaşlığın dərinləşdirilməsi üçün mümkün addımları müzakirə edəcəklər.

Mənbə: “Anadolu Agency”

Bütöv.az
6-12-2021, 11:03
"F-Prestige" MMC-yə məxsus avtomobilin sürücüsü qazinin yolunu kəsib onu söydü - VİDEO

Bakıda "AA" seriyalı avtomobilin sürücüsü qazinin yolunu kəsib. Avtomobildəki kameraya düşmüş görüntülər sosial şəbəkədə yayılıb.

Bütöv.az Avtosfer.az-a istinadən xəbər verir ki, 10-AA-794 qeydiyyat nişanlı BMV markalı avtomobilin sürücüsü hava limanı yolunda 110-km saat sürətlə hərəkət edən Nicat adlı qazinin avtomobilini sıxışdıraraq onun qarşısını kəsib. Daha sonra oradan uzaqlaşıb.

Qazinin dostu iddia edir ki, baş verən hadisədən qəzəblənən Nicat etirazını bildirən zaman "AA" seriyalı avtomobilin sürücüsü onu söyərək təhqir edib.

Qeyd edək ki, 10-AA-794 qeydiyyat nişanlı BMV markalı avtomobil "F-Prestige" MMC-yə məxsusdur.

Qlobal.az hadisəni törədən 10-AA-794 qeydiyyat nişanlı BMV markalı avtomobilin məxsus olduğu "F-Prestige" şirkəti haqqında maraqlı məlumat əldə edib.

Belə ki, "F-Prestige" MMC-nin sahibi Fardilon Dinar Nasir oğludur.

Fardilon Dinar 2017-ci ildə baş vermiş avtoqəza hadisəsi ilə bağlı mediada gündəmə gəlmişdi.

Yayılan məlumatda Fardilon Nadirin idarə etdiyi "Rango Rover" markalı avtomobillə 2017-ci ilin noyabrın 25-də saat 4 radələrində Nərimanov rayonu ərazisində 40-45 yaşlı Bakı şəhər sakinini vuraraq öldürdüyü yazılırdı.

6-12-2021, 10:57
Kəlbəcərin daha bir kəndindən görüntülər - VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Keçiliqaya kəndindən video yayıb.

Həmin görüntüləri təqdim edirik:



Bütöv.az
6-12-2021, 10:38
Qərb Əliyev-Paşinyan görüşünün nəticə əsaslı olmasına çalışır – ŞƏRH

26 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Soçidə qəbul edilən birgə bəyanatın icrası səviyyəsini zamanlama etibarı ilə qənaətbəxş hesab etmək olar.

Görüşdən sonrakı 10 günlük periodda, dekabrın 4-də Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təqdim etdi. Azərbaycan isə bunun müqabilində saxladığı 10 erməni hərbçini təhvil verdi.

Bəyanatın digər bəndlərinin icrası üçün də danışıqlar davam etdirilir, amma İrəvanın qeyri-müəyyən mövqeyindəki ardıcıllıq prosesin müddətinin uzanmasına gətirib çıxarır.

Mina xəritələri ilə bağlı sonuncu məlumatda diqqət çəkən məqama gəlincə:

Bundan əvvəlki mina xəritələrinin Bakıya təqdim edilməsi ilə bağlı məlumatları Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayırdısa, bu dəfə Dövlət Təhlükəsizliyi Xidməti informasiyanı yaydı.

Bu o deməkdir ki, Azərbaycan bütün diplomatik korpusları, güc strukturlarını Ermənistana basqı yaratmaq üçün səfərbər edib.

Bundan əvvəlki mina xəritələrinin dəqiqliyi 25 faiz idi, görünür ki, DTX-nin prosesdə iştirakı həm də ona hesablanıb ki, Azərbaycan tərəfi xəta ehtimalı az olan mina xəritələrini alsın.

Bu o deməkdir ki, Soçi görüşündən sonra Bakı prosesi sürətləndirmək üçün sistemliliyi yeni müstəviyə daxil edib.

Ermənistan mətbuatında isə baş nazir Nikol Paşinyanın hansısa güzəştə imza atması barədə məlumatlar dövriyyədədir, elə mina xəritələrinin təqdimi də İrəvanın basqı altındakı qərarlar verməsinin göstəricisi kimi qəbul edilə bilər.

Niyə? Çünki üçtərəfli bəyanatın icrasında problemlər yaransa, burada Rusiyanın məsuliyyəti yaranacaq. Hazırda isə Moskva Qərblə rəqabət şəraitində imza atdığı sənədin yalnız nəzəri xarakter daşımasında maraqlı deyil.

Soçi bəyanatından sonra canlanmanın olması Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında dekabrın 15-də Brüsseldə keçiriləcək görüş üçün nəticə əsaslı qərarların olmasını şərtləndirir.

Yəni Qərb “biz də sülhyaratma prosesinə töhfə veririk” mesajını aydın şəkildə verməlidir, əks təqdirdə Moskvanın təşəbbüsü qarşısında neytral mövqedə görünəcək.

Ümumiyyətlə Moskva-Qərb xəttində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün diplomatik rəqabətinin elə diplomatik tərzdə təzahürləri irəliləyiş üçün müsbət siqnallar kimi dəyərləndirilməlidir.

Postmüharibə dövründə Əliyev-Paşinyan görüşünün yeni məkana daşınması (müharibədən sonra liderlər ilk dəfədir ki, Qərb kuluarlarında görüşəcək) təmaslarda konkret nəticələrin hasil olmasına gətirib çıxaracaq.

Bütöv.az
3-12-2021, 21:00
Helikopter qəzasında həlak olan sərhədçilərə şəhid statusu verilib

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində çox sayda zabitlərimizi itirdik. Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu hadisə hər birimizin faciəsidir”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qəza nəticəsində 2 hərbçinin də yaralandığını xatırladıb: “Onlara da tezliklə sağlamlıqlarının bərpa olunmasını arzu edirəm. Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir. Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onlara da ödəniləcək. Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq”.

Bütöv.az
3-12-2021, 20:56
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 841 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 077, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 846 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 639 817, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 091 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 583 569, buster doza üzrə vaksinasiya olunanların sayı isə 964 613 təşkil edir.

Bütöv.az
3-12-2021, 20:54
İrandan Azərbaycana 137 kq heroin keçirmək istədilər: 16 milyon manatlıq əməliyyat - VİDEO

Gömrükçülər külli miqdarda, 137 kiloqramdan artıq heroin aşkar edib. Narkotik vasitə tranzit şəkildə Azərbaycandan keçən yük nəqliyyat vasitəsində aşkar olunub. Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Qazaxıstan Respublikasına DAF markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda həmin nəqliyyat vasitəsi saxlanılıb. “Marqarin” yükü aparan avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük nəzarəti zamanı kinoloji xidmət iti avtomobilin kabinəsinə reaksiya verdiyindən nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kabinənin tavanında şübhəli cizgilər müşahidə olunub. Nəqliyyat vasitəsində əsaslı yoxlama aparan gömrük əməkdaşları kabinənin içərisindəki üzlüyün altında yerləşdirilərək gömrük nəzarətindən gizlədilən 171 ədəd düzbucaqlı formalı bağlamalar aşkar edib. Baxış zamanı bağlamalarda ümumi çəkisi 137 kq 339 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib.

İlkin sorğu-sual zamanı sürücü həmin narkotik vasitənin əvvəlcədən razılaşma yolu ilə İran İslam Respublikasında nəqliyyat vasitəsinə yüklənildiyini və müəyyən pul vəsaiti müqabilində Qazaxıstan Respublikasına aparmalı olduğunu bildirib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitə - heroinin Avropanın qara bazarında dəyəri təqribən 16 milyon manatdan artıqdır.

Faktla bağlı araşdırma aparılır.




Bütöv.az
3-12-2021, 20:51
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub – VİDEO

Türkiyə Respublikasının TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə “Hürkuş” hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.

Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.

“Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.

Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.

General-leytenant R.Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.



Bütöv.az
3-12-2021, 17:10
Bakıda narkotik satan kişi və qadın saxlanıldı - VİDEO

Paytaxtın Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Bütöv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Məhəmmədli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamran Rüstəmov və tanışı Aygün Məmmədova saxlanılıblar.

Onların qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı Kamran Rüstəmova məxsus ümumi çəkisi 1 kiloqram 205 qram olan marixuana, elektron tərəzi, narkotik vasitələri satmaq məqsədi ilə bükümlər formasına salan əşya, süngü və beşbarmaq bıçaqlar aşkar olunaraq götürülüb.

Kamran Rüstəmov ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib.

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Sabunçu rayonunda narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!