Azərbaycan Texniki Universitetinin rektoru, adı ictimaiyyətə o qədər də tanış olmayan Vilayət Vəliyevin qəribə işgüzarlığı, unikal biznes ideyaları ilə fərqlənir.
Reportyor.info-ya verilən xəbərə görə, rektorun biznes fəaliyyətində qeyri-adiliyi davam edir. V. Vəliyevin pedaqoji işini kənara qoyaraq ATU-da taksi xidməti açdığı məlumat verilir. Universitetin həyətində açılan taksi şirkəti rektora aiddir. Bildirilir ki, V. Vəliyev müəllimləri hansısa taksi firmasına zəng edərək sifariş verməyə qoymur, özünün taksi xidmətindən istifadəyə məcbur edir. Universitetin həyətində olan rektora aid taksilərə sifariş verməklə istənilən ünvana getmək olar. Həmçinin, rektorun avtoyuma məntəqəsi də açılıb. Vəliyevin heç kimin ağlına gəlməyən və digər rektorların etmədiyi bu biznes sahələri həqiqətən də heyrət doğurmaya bilmir. Əldə etdiyimiz bilgiyə görə, ATU rektoru ali məktəbin içində də restoran biznesi qurub. Əvvəllər təhsil ocağında yalnız bir yeməkxana var idisə, indi hər mərtəbədə bir kafe-bufet fəaliyyət göstərdiyi deyilir. Yəni təhsil müəssisəsi az qala şadlıq evinə çevrilib. Əgər gələcəkdə rektor burada gözəllik salonu, market açsa təəccüb doğurmaz. Ancaq nədənsə Vəliyevin ağlına bizneslə bağlı ideyalar gəlir. Onun ali məktəbdə təhsilin keyfiyyətini artırmaq, müəllimlərin dərs saatı ilə bağlı addım atmaq, onların problemləri ilə maraqlanmaq, kollektivdən lüzumsuz tələblər irəli sürməyi dayandırmaq hələ ki ağlına gəlmir.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.
Qeyd olunub ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 245 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 355, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 941 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 772 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 107 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 601 258, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 063 850 təşkil edir.
Gənclər və İdman Nazirliyində gözlənilən növbəti yerdəyişmə baş verib.
Bütöv.az-ın xəbərinə görə, yeni nazir Fərid Qayıbovun gəlişindən sonra ayrılacağı gözlənilən yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov postundan gedib.
O, nazirlikdə tutduğu İdman şöbəsi müdiri vəzifəsindən ayrılıb. Onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına prorektor təyinatı barədə xəbərin yaxın günlərdə elan olunacağı gözlənilir.
Qeyd edək ki, Fərid Mansurovun vəzifəsindən gedəcəyini ilk olaraq sportinfo.az saytı xəbər verib.
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə “Yaşayış məntəqələrində antiterror əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən Bütöv.az-a verilən məlumata görə, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən təlimdə xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib. Tapşırığı almış xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər. Basqın zamanı yaralanan hərbi qulluqçuların təhlükəsiz şəkildə təxliyyəsi həyata keçirilib. Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi və real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın təmasla və müxtəlif silah nümunələri ilə döyüş elementləri yerinə yetirilib.
Düşmənin diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması bacarıqları yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.
Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf partiyasının deputatları ilə Cümhuriyyət Xalq Partiyasının vəkilləri arasında qarşıdurma baş verib.
Bütöv.az xəbər verir ki, buna səbəb CHP millət vəkili Erkan Aydının Daxili İşlər naziri Süleyman Soylunu tənqid etməsi olub. Vəkil bildirib ki, nazir, barəsində səsləndirilən ittihamlara televiziya proqramında yox parlamentdə cavab verməlidir və nazir gələcək nəsilləri deyil hakimiyyətdə qalmağı düşünür. Qarşıdurmadan sonra iclasa fasilə verilib.
Bütöv.az xəbər verir ki, Rusiya sahillərinə göydən daş düşüb. Həmin anlar Soçi şəhərindən lentə alınıb. Məlumata görə, sürətlə yerə yaxınlaşan daş, dənizə düşməyə az qalmış partlayaraq yoxa çıxıb. Onun milyonlarla dollar dəyərində olduğu güman edilir. Ekspertlər bildirib ki, səma cismi quruya düşsəydi ciddi fəsadlara yol aça bilərdi.
İkinci Qarabağ müharibəsində ölən və itkin düşən erməni hərbçilərinin ailələri İrəvanda yeidən etiraz aksiyasına toplaşıblar.
Bütöv.az xəbər verir ki, Baqramyan prospektini bağlayan ailələr Ermənistan hökumətindən övladlarını haqqlarını tələb ediblər. Əraziyə çox sayda polis və canlı qüvvə cəlb olunub. Bildirilir ki, etirazçılarla polislər arasında qarşdurma yaranıb.
Nəticədə bir neçə şəxs polis tərəfindən saxlanılıb. İrəvan sakinləri etirazlarını davam etdirirlər.
Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən naməlum şəxs tərəfindən oğurluq edilib. Həmin şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb. Ondan oğurladığı qızıl-zinət əşyalarının bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.
Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.
Emin Cabbarovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.
“Gərək hər şey televiziyaya çıxa? Kimi dartıb bura gətirirəm? Bu adamlar ağlı başında, huşu yerində olanlardır. Kim adamı məcbur edir? İctimai qınaqdan qorxursunuzsa, vaxtında niyə sahib çıxmırsınız? Sonra deyirlər bu proqramlar nəyə lazımdır”.
Pravda.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində deyib. Aparıcı sosial verilişləri tənqid edən həmkarlarına səslənib:
“Lazımdır, bunlar olmasa, ictimailəşməsə, problemə yaxın durmursunuz. Sonra ağzıgöyçək aparıcılar akademik kimi çıxış edirlər. Guya bunlar alim aparıcıdırlar, belə verilişlərə yaxşı baxmırlar. Sizin apardıcığınız verilişləri cibimə qatlayıb qoyaram. Elə veriliş aparmağa nə var? İnternetdən çıxanı qoy qabağına, səhərdən axşama kimi oxu. Ağıllı danışmağa nə var? Gücün çatır gəl belə məsələdə savadını, biliyini ortaya qoy. Çıxış yolu axtar. Düşünün ki, belə proqramlar yoxdur. Adam hara çıxsın? Çıxır, ağzının üstündən vurublar ki, ailə məişət problemidir, özün həll et. Buna görə də ictimai qınaq lazımdır”.