Havaların kəskin dəyişməsi, yağan yağışlar 15 ailədə olan şagirdin məktəbə gediş-gəlişini çətinləşdirib.
“Qafqazinfo” xəbər verir ki, söhbət Saatlı rayonunun Qara Nuru kəndində yeni yaşayış massivinin bir küçəsindən gedir. Həmin küçənin sakinlərinin gileyini dilə gətirən Nəcəfova Cəmilə Heydər qızıdır. O, bildirir ki, burada yaşayan gənc ailələrin hamısı yay fəslində tarlada günəmuzd əməklə çalışır. Qalan fəsillərdə də digər təsərrüfat işlərində çalışırlar ki, dolanışıqlarını təmin etsinlər:
"Yeni yaşayış massivində bizim küçə salınandan yolla bağlı heç bir iş görülməyib. Övladlarımız uzaq məsafədə məktəbə getməkdə çətinlik çəkir, bəziləri isə ümümiyyətlə getmir. Yağış yağanda at arabası ilə uşaqları məktəbə aparırıq. Çətinliklə bağlı icra hakimiyyətinə şikayətə gedəcəyimizi deyəndə, sabiq icra nümayyəndəsi bizi hədələdi ki, sizi şərləyib tutduracam. Bundan sonra çoxu qorxusundan heç bu haqda danışmır"
Sakinlərin yol problemi ilə bağlı sözügedən kəndin bələdiyyəsi ilə də əlaqdə saxladıq. Bələdiyyə sədri Kamil Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, 8 minə yaxın əhalisi olan kənddə 141 küçə var:
"Daxili imkanlarımız, daha dəqiq desək, küçə sakinlərindən toplanan vergi pulu hesabına narahatlıq olan küçələri qumlayırıq. Yəni, hər hansı küçədən vergi pulu kimi toplanan vəsait həmin küçənin ehtiyaclarına xərcləriyirik. Əlavə imkanımız da da yoxdur ki, həmin küçəni də düzəldək. Burada yaşayan ailələrin demək olar ki, hamısı vergilərini vermir. Hətta, bəziləri bələdiyyə yaranandan vergi vermir”.
WTI markalı neftin noyabr fyuçersləri 2,03 % bahalaşaraq, bir bareli 80,96 ABŞ dolları təşkil edib. “Brent” markalı neftin dekabr fyuçersləri 1,67 % bahalaşaraq, bir bareli 83,77 ABŞ dolları olub.
Vətən müharibəsindən 1 il keçməsinə baxmayaraq, 44 günlük müharibənin yeni təfərrüatı ortaya çıxmağa davam edir.
“Caliber” analitik “YouTube” layihəsi bununla bağlı süjet təqdim edib. Videoda cənub qonşumuzun destruktiv, daha doğrusu düşməncəsinə fəaliyyətlərindən bəhs edilir. Söhbət İrandan gedir. Məlumata görə, 44 günlük müharibənin ən qızğın günlərində İran Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq, torpaqlarımıza daxil olub. Ətraflı “Caliber”in süjetində:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edib.
Bu barədə o, Atatürk Hava Limanında keçirilən 12-ci Nəqliyyat və Kommunikasiya Şurasındakı çıxışında bildirib.
“Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Qərbi Avropadan Uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər birbaşa qatar səfərini mümkün vəziyyətə gətirdik. Mərmərənin də inteqrasiya etdiyi bu xətt beynəlxalq ticarət sahəsində yeni və önəmli bir alternativ olaraq, zaman keçdikcə daha önə çıxmaqdadır”, - deyə Ərdoğan qeyd edib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!