Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 4-09-2017, 00:37
İctimai Birliyin sədri Rada Abbas qardaşlarının döyülməsiylə bağlı prezidentə müraciət edib


Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbasın qardaşları 20 nəfər məlum şəxs tərəfindən döyülüb.Onların vəziyyətinin ağır olduğu deyilir. Hadisə Yasamal rayonunda olub.

Bu haqda məlumatı Rada xanımın özü facebook səhifəsində bildirib. Belə ki, o, müraciət yayaraq polisin bu cinayətə laqeyd yanaşmasını qardaşlarının övladının təhlükəsizliyindən kəskin narahat olduğunu bildirib. Butov.az həmin yazını təqdim edir:

"27 avqust 2017-ci il tarixində saat 11 radələrində Yasamal rayon Şərifzadə küçəsi 161 saylı binanın qarşısında, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi üçün ofis təmir etmək məqsədi ilə inşaat materialı almaq istəyən qardaşlarım Abbasov Cahandar Sabir oğlu və müharibə veteranı Abbasov Vüqar Sabir oğlunu binanın 20 nəfər sakini vəhşicəsinə döyüb. Səbəb isə qardaşımın maşınının onların yanında saxlanması olub. Kişilər qarşıdan keçən qadınlara baxa bilməyəcəklərini düşünüb maşının orada saxlanmasına qəti etiraz edib. Vüqar maşının mühərrikini işə salmaq üçün maşına əyləşəndə adının Alim olduğunu eşitdiyim bir sakin Cahandarın maşını təpiklə əzməyə başayıb. Cahandar etiraz edib bu adamı itələyib. Elə bu zaman Cahandarı bir "igid" arxadan vurub. Cahandar huşunu itirib yerə yıxılıb. Orada oturacaqların üstündə oturan 20 nəfər qalxıb Cahadarı təpikləməyə başlayıblar. Cahandarı qorumaq üçün Vüqar özünü onun üstünə yıxıb ki, qoy məni öldürsünlər, qardaşıma, Cahandara heç nə olmasın. Ortada Vüqar da yetərincə döyülüb. Hadisə sakitləşdikdən sonra Vüqar polis və təcili tibbi yardım çağırıb. Həmin gün Cahandar təcili yardım maşınında ağır bədən xəsarətləri ilə 1 saylı Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Qapalı kəllə beyin zədələnməsi, ağır baş - beyin silkələnməsi, almacıq sümüyünün yerdəyişmiş sınığı, sol gözün altında kəsilmiş - əzilmiş yara, sağ qabırğanın sınığı, bədənin çoxsaylı əzilmiş göyərmiş zədələri ilə bu günə qədər stasionar müalicə alır. Vəziyyəti orta ağırdır. Məsələni araşdırmalı olan Yasamal Rayon Polis İdarəsinin 29 saylı polis bölməsinin əməkdaşı Faiq Süleymanov isə Cahandarı hadisəni törədənlərin məhəlləsinə getməkdə ittiham edir. Bu günə qədər heç bir istintaq hərəkəti icra edilməyib. Cahandar Abbasovun döyülmə hadisəsindən 2 saat sonra 7 nəfərin aşkarlandığını bildirən baş leytenant Faiq Süleymanov bu gün heç kimin taplmadığını deyir. Hadisə ilə bağlı Yasamal rayon polis idarəsinin rəis müavini Ələkbər müəllimlə və 29 saylı polis bölməsinin rəisi Anar müəllimlə görüşmüşəm. Ancaq heç bir nəticə yoxdur. Kütləvi xuliqanlıq şəraitində döyülərək ağır bədən xəsaratı almış, maşınının isə böyük bir hissəsi hadisə iştirakçıları tərəfindən tam əzilmiş Abbasov Canahdarın vətəndaş olaraq hüquqları pozulub. Azərbaycan polisinin bu qədər laqeyd münasibəti isə bağışlanmazdır.

Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edirəm. Ölkəni məhəlli qanunları ilə idarə etməyi düşünən belə polis məmurlarından polisin sıralarının təmizlənməsi çox vacibdir. Belə məmurlar hakimiyyət və dövlətlə vətəndaş arasında çox dərin uçurum yaradırlar. Mən bir ana kimi, vətənə sədaqətini, dövlətinə sevgisini sübut etmiş, müharibə veteranı kimi, Azərbaycan qadını kimi Azərbaycan hökümətindən, Prezidentimdən ailəmin və qardaşlarımın müdafiə edilməsi üçün köməklik istəyirəm. Belə vəhşiliyi törətmiş, qanundan və allahdan qorxmayan insanlar tərəfindən mənim övladıma da xəsarət toxuna biləcəyindən qorxuram".


Paylaş



Bölmə: Sosial şəbəkələr / Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!