Türk Mədəniyyəti və İrsi Fondunun ekspertləri Bakıda toplaşdı .....                        İlham Əliyev Davosdan paylaşım etdi .....                        Bakının məşhur kəsişməsində yenilik .....                        Hakan Fidan qonşu ölkəyə gedir .....                        İsrail 200 fələstinlini azad etdi .....                        Zelenski Azərbaycan barədə: "İlham Əliyevlə danışdıq..." .....                        Ərdoğandan seçki mesajı: "2028-ci ildə 50 faizdən çox..." .....                        "TikTok" fəaliyyətini tamamilə dayandıra bilər .....                        Çökən binada axtarışlar başa çatdı: iki nəfərin cəsədi tapıldı .....                       
18-03-2022, 19:25
Şahnaz Kamal: "Novruz müəllimin qızıyam”
Şahnaz Kamal: "Novruz müəllimin qızıyam”

Dədəm mənim üçün hamıdan hündür, hamıdan ağıllı, hamıdan ucadır.

Ağlım kəsəndən bəri onun qızı olmağımla həmişə fəxr etmişəm, Novruz müəllimin qızı olduğumu fəxrlə dilə gətirmişəm.
İkinci sinifdə oxuyurdum. Kəndin klubuna həmişə yaxşı kinolar gəlirdi. Mən də rəfiqəmlə kinoya gedərdim. Bir dəfə yenə kino gəldi. Bilet almağa plum yox idi. Dədəm də rayona getmişdi, məktəbdə olanda belə vaxtlar üstünə yüyürərdim. Dədəm onda məktəbimizin direktoru idi. Nə isə, evə gedib pul gətirməyə də ərindim. Rəfiqəm kinonun günorta seansına bilet aldı. Qapıdan keçəndə bilet yoxlayan onu buraxdı, məndən bilet istədi:
-Biletim yoxdur- dedim.
-Onda, içəri girmək olmaz.
-Mən Novruz müəllimin qızıyam.
O vaxta qədər dədəmin direktor olmasında heç sui-istifadə etməmişdim. Nə öz ağlıma gələrdi, nə o özü imkan verərdi. İndi niyəsə onun adından istifadə etdim. Gülümsəyib, “Keç” dedi qapıçı.
Sonra bu “hünərimi” dədəmə danışmışdı. Demişdi, uşaq elə şəstlə “Novruz müəllimin qızıyam” dedi, xoşuma gəldi. Mən direktorun qızı olmağımdan çox məhz Novruz müəllimin qızı olmağımla fəxr etmişəm hər zaman. Hər zaman və hər yerdə. ,
On il öz məktəbimizdə oxudum. Onbirinci sinifi dədəm məni rayon mərkəzinə gətirdi. Dedi, burada hazırlaş, yaxşı universitetə gir. Həm məktəbə gedirdim, həm hazırlığa.
Məktəbdə ilk günlərim idi. Jurnalda ad-soyadları oxuyan informatika müəllimi mənə çatdı:
-Kamalova Şahnaz.
-Buradayam.
Gözlüyünü aşağı salıb üstündən mənə baxdı:
-Kamalov Novruzun nəyisən?
-Qızıyam.
Səs tonumun elə o ikinci sinifdə oxuyan qızcığazın səs tonu kimi qürurlu olduğunun fərqindəydim.
Məni rayona gətirəndə çoxları demişdi neynirsən aparıb, elə kənddə öyrəndikləri ilə harasa girə biləcək. Neynirsən qız uşağına bu qədər pul tökürsən, əziyyət çəkirsən. O, deyilənləri eşitmədi.
Universitetə sənəd verəndə niyyət etdim ki, qəbul olunub, ilk təqaüdümdən dədəmə bir köynək alacağam. Elə də etdim. Təqaüdü alıb yaxınlıqdakı paltar mağazasına girdim. Satıcı dədəmin köynək ölçüsünü soruşdu.
-Bilmirəm,- dedim- amma çox hündür bir kişidir.
Güldü:
-Bütün qızların gözündə ataları hamıdan hündür, güclü və yaxşıdır,-dedi.
Amma dədəm doğrudan da hündürboyludur. Satıcı bir köynək seçib verdi, böyük olsa, gətir dəyişim, dedi.
“Böyük olmaz!” dedim.
Evə gələndə köynəyi əmimə göstərdim. Dedi, get sabah dəyiş, bir ölçü balacasını al. Dədən belə kök deyil.
Dədəm mənim üçün hamıdan hündür, hamıdan ağıllı, hamıdan ucadır.
Sankt-Peterburqda işləməyə başlayanda həyatımda rolu, önəmi olan insanlara maaşımdan hədiyyələr aldım. Üç “Parker” qələmi almışdım. Bu qələmi çox sevdiyim, dəyər verdiyim, güvəndiyim insanlar üçün almışdım. Yayda gedəndə dədəmin qələmini verdim. Kövrəldi.

Bu gün onun yubileyidir- 70 yaşı tamam olur!
Mən, əslində, indi onun yanında olmalı idim. Nə qədər “ mən yaş-filan keçirməyəcəm” desə də, bilet almışdım. Hədiyyə də almışam. Köynək almışam ona, bu dəfə ölçüsünü düz seçərək
Amma gedə bilmədim, olmadı, bağladılar yolumu. O günü necə gözlədiyimi, nələr planlaşdırdığımı bir Tanrı bilir. Olmadı.
Pis olduğumu görür, təsəlli verməyə çalışır, gələndə nə istəsən edərsən, deyir. Amma mən bu gün onun yanında olmaq istəyirdim.
Ad gününü, doğum gününü, adınla bağlı olan Novruz bayramını təbrik edirəm, dədə!
6-03-2022, 06:50
Kiyevdə güclü partlayış səsləri

Ukraynanın paytaxtı Kiyevdə martın 5-dən 6-na keçən gecə güclü partlayış səsləri eşidilib.
Bu barədə Kiyev sakinləri məlumat veriblər.
Qeyd olunub ki, partlayış səsləri paytaxtın bir neçə rayonunda eşidilib.
Şəhərdə hava zərbələri ilə bağlı xəbərdarlıq elan edilib. Bütün paytaxt sakinlərindən dərhal sığınacaqlara getməli olduqları bildirilib.
Baş Qərargahdan verilən məlumata görə, Rusiya aviasiyanın dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir və yüksək dəqiqlikli silahlardan istifadə edir. Rusiya hərbçiləri əsas səylərini Kiyev və Xarkov şəhərlərinin mühasirəyə alınmasına yönəldiblər. Bundan əlavə, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərindəki inzibati sərhədlərə çatmaq və Krımla daha da quru dəhlizi yaratmaq niyyətindədir.

27-02-2022, 17:01
Rusiya ordusu nə qədər itki verib? –ŞOK RƏQƏMLƏR
image-ads_728x90
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Rusiya hərbçilərinin Ukraynada son üç gündə itkilərinin ümumi təxmini sayını açıqlayıb. Bu barədə o, Facebook səhifəsində yazıb. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynadakı hərbi əməliyyatlar zamanı Rusiya ordusu 27 təyyarə, 26 helikopter, 146 tank, 706 ədəd zirehli texnika, 49 top, 1 ədəd “Buk” hava hücumundan müdafiə sistemi, 4 “Qrad”, 30 ədəd avtomobil texnika, 60 sistern, 2 pilotsuz təyyarə, 2 gəmi və çoxlu sayda hava hücumundan müdafiə sistemlərini itirib.
Malyar öldürülən hərbçilərin təxmini sayını da açıqlayıb. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya döyüşlər zamanı 4300-ə yaxın hərbçi itirib.
26-02-2022, 12:58
Peskovun qızı Rusiyada gündəmi dəyişdi – Şok Ukrayna paylaşımı
Peskovun qızından Ukrayna paylaşımı

Kremlin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova İnstaqram hesabındakı paylaşımı ilə diqqət çəkib.
Peskovun Ankarada anadan olan 24 yaşlı qızı Yelizaveta bu paylaşımı ilə Rusiyada gündəm olub.
Türklərə simpatiyası ilə seçilən Peskova Rusiyanın Ukraynaya hücumuna qarşı çıxıb və “Müharibəyə yox” paylaşımını edib. Amma qısa müddət sonra bu postu silib.
Peskova bundan əvvəl Türkiyə ilə bağlı paylaşımıyla gündəmə gəlmişdi:
“Mənim üçün Rusiya qədər Türkiyə də vətənim sayılır. Mən Ankarada doğulmuşam, həyatımın ilk illərini orada keçirmişəm. Atam və babam türkoloqdur və mən də Moskva Dövlət Universitetində türk dilində öyrənirəm”.
26-02-2022, 12:44
Fransa səfiri Xocalı ilə bağlı paylaşım etdi
Fransa səfiri Xocalı ilə bağlı paylaşım etdi

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xocalı soyqırımının qurbanlarını anıb.
Bu barədə səfir Tvitterdə Xocalı ilə əlaqədar şəkil paylaşıb.

“Bu gün, 30 il öncə”, - səfir şəklə yazdığı tvitində qeyd edib.
12-02-2022, 13:55
YAP-çı deputatdan Ramiz Mehdiyevə:”Bu düşüncədə olan “filosoflar”…”


YAP-çı deputatdan Ramiz Mehdiyevə:”Bu düşüncədə olan “filosoflar”…

Milli Məclisin Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin rəhbəri, millət vəkili Sadiq Qurbanov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətarfında cərəyan edən hadisələrə münasibət bildirib. Millət vəkilinin fikirlərini oxuculara təqdim edirik:
“Cəmiyyət sosial orqanizm kimi fəaliyyət göstərən, iqtisadi, siyasi, sosial və ən əsası mədəni həyatı özündə birləşdirən, insanların qarşılıqlı fəaliyyətinin nəticəsi olaraq müəyyən struktura malik bütöv bir sistemdir. Belə ki, bu sistemdə cəmiyyəti təşkil edən elementlər arasındakı əlaqələr və qarşılıqlı mürəkkəb münasibətlər, həm maddi, həm mənəvi, həm də yüksək ideal dəyərlər birləşir.
Cəmiyyətin inkişafı üçün insanın hərtərəfli fəaliyyətini, güc və imkanlarını keyfiyyət və kəmiyyət baxımından özündə ehtiva edən, daima yeniləşən tələblərə ehtiyac var. Müasir dövrdə cəmiyyətin inkişafının əsas indikatoru yaradıcı insanlardır desək, yanılmarıq. Deməli, cəmiyyətin inkişafı üçün onun hökmən şəxsiyyətlərə, həm də yaradıcı şəxslərə ciddi ehtiyacı var. Bu yaradıcı şəxsləri yetişdirmək üçün isə şərait və mühit formalaşdırilması tələb olunur. Bu andan dövlətin və onun müəyyənləşdirdiyi siyasətin mahiyyəti üzə çıxır və özünü qabarıq şəkildə göstərməyə başlayır. Dövlətın tərkibi də müxtəlif elementlərdən ibarətdir və öz siyasi mənbəyini ictimai mənbədən götürür.
Müasir, inkişaf etmiş dünya dövlətlərinin idarə edilməsinin əsas formulu icraedici, qanunverici və məhkəmə hakimiyyətinin formalaşdırılmasından ibarətdir. Bu format bir-birini saxlamaq üçün və vəhdət yaratmaq məqsədilə təşkil olunur. Bəzən televiziya və mətbuat da hakimiyyətin dördüncü qolu hesab edirlər. Ona görə ki, dövlət öz siyasi mənbəyini ictimai mənbədən götürür, eyni zamanda dövlətə və cəmiyyətə ünsiyyətin, münasibət və əlaqələrin məhsulu kimi də baxmaq olar.
Dövlət və cəmiyyət fenomeni fərdin dəyəridir və onun şəxsiyyətə çevrilməsini təmin edən məkandır. Fərd məhz cəmiyyətdə və dövlətdə şəxsiyyətə çevrilə bilir. Dövlət və cəmiyyətin gücü və potensialı isə fərdlərin hesabına yüksəlmiş olur. Müəllimlər, alimlər, bütün mütəxəssislər və.s ictimai kollektivlərdən dəyərlər əldə edirlər. Onlar da öz növbəsində əməlləri ilə cəmiyyətə dəyərlər verirlər. Hazırda cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və hərəkətli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır.
Cəmiyyətin dəyəri onun mədəniyyətindədir. Mədəniyyət də yaradıcılıq və quruculuqdadır. Dövlət və cəmiyyətin idarə olunmasında davranış və əxlaq normalarını unutmaq olmaz. İnsanlar əxlaq normalarını yaratmaqla dövlətdə və cəmiyyətdə yaşayış qaydalarını təmin etmiş olurlar. Bu yaşayış qaydaları həm adət-ənənə ilə, həm də hüquq normaları ilə müəyyən edilir.
Cəmiyyətdə yeni nəslin əxlaq tərbiyəsi gələcəyimiz üçün zəruri şərtlərdən biridir. Biz bu sahədə milli dəyərlərimizə və xalqımıza sədaqət, müstəqil respublikamıza məhəbbət, milli sərvətlərimizi qoruyub saxlamaq, artırmaq qayğısına qalmaq üçün çox çalışmalıyıq. Bu missiyanı üzərinə götürən cəmiyyətin aparıcı qüvvələri var. Onlara elm adamları, yazıçılar, şairlər, jurnalistlər, incəsənət və mədəniyyət nümayəndələri və bu qəbildən olan digər şəxslər aiddirlər. Onlar informasiya daşıyıcıları olaraq ətrafda baş verən hadisələrə sərbəst münasibət bildirmək , dövlət və cəmiyyətin inkişafı naminə yeni ideyalar vermək, təşəbbüslər irəli sürmək hüququna malik olmaqla yeni nəslin formalaşmağında mühüm rol oynayırlar.
Burada da əsas vəzifə daha çox elm adamlarının üzərinə düşür, çünki cəmiyyəti elmsiz idarə etmək mümkün deyil. Cəmiyyət yeni-yeni yaranan dəyərlər tələb edir. Məhz elmin də əsas məqsədi dəyərlər verməkdən və dəyər yaratmaqdan ibarət olmalı, cəmiyyətin sosial strukturunu dəyişdirməyi bacardığı üçün cəmiyətə açıq olmalıdır. Bu sadalananları isə cəmiyyət alimlərdən gözləyir. Alimlər isə cəmiyyətin bir nümayəndəsi olaraq ölkədə və dünyada baş verən hadisələri izləməli, müşahidələr aparmalı, yeni biliklərlə tanış olmalı və cəmiyyətə tətbiq etməklə nəticələr ortaya qoymalıdırlar. Alim həm fərdi, həm də ictimai məsuliyyəti öz çiyinlərində daşımalı, bu iki məsuliyyət vasitəsini sistemləşdirməli, eyni zamanda onun adının nə dərəcədə əhəmiyyətli, məsuliyyətli olmasını dərk etməlidir.
Qədim zamanlardan yaxın dövrümüzə qədər bu proses əsas filosofların üzərinə düşürdü. Çünki, cəmiyyətlərin formalaşması üçün fəlsəfəyə ehtiyacı çox idi. Filosoflar cəmiyyətin bu günə qədər gəlib çıxmasında əsas qüvvəyə malik olublar. İnsanın və insanlığın yaşamasında, azad fikrin formalaşmağında, dövlət və idarəçilik institutlarının yaranmasında filosofların rolu danılmazdır. Amma təəsüff hissi ilə demək olar ki, fələsəfə elmlər doktorlarının çoxluq təşkil etdiyi bir zamanda yeni fəlsəfi cərəyanlar yaradan böyük filosoflara rast gəlmək olmur. Düşünürəm ki, bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır.
Bəzi hallarda müasir “filosoflar” (məsələn AMEA-nın prezidenti Ramiz Mehdiyev kimi) cəmiyyətdə və dövlətdə qarşıdurmalara gətirib çıxaran hadisələrin səbəbkarı rolunda çıxış edirlər. Bu da min illərlə filosofların cəmiyyətdə yaratdığı harmoniyanın pozulmasına və fəlsəfəyə olan münasibətin aşınmasına səbəb olur. Bu düşüncədə olan “filosoflar” və qeyriləri bilməlidir ki, müstəqilliyimizə və dövlətciliyimizə qarşı yarana biləcək hər hansı təhdidin, məkrli niyyətlərin qarşısını almağa qadir olan, nizamlı, mütəşəkkil, azad ruhlu, güclü Azərbaycan cəmiyyəti var”.
1-02-2022, 10:13
Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb.

Bütöv.az xəbər verir ki, 1 ABŞ dolları dəyişmərək 1.7000 manat, avro 1.9113-ə qalxıb, 1 rus rublu isə 0.0220 manat təşkil edib. Türkiyə lirsəinə gəlincə, 1 türk lirəsi bu gün 0.1276 manata qalxıb.
28-01-2022, 16:14
Elman Rüstəmov SÖZ VERDİ - Devalvasiya olmayacaq

Birmənalı olaraq, demək istəyirəm ki, orta müddətli dövrün sosial-iqtisadi proqnozu inkişafın dayanıqlığı, maliyyə sabitliyi üzərində qurulub.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinin elan edilməsilə bağlı mətbuat konfransında bildirib.

E.Rüstəmov qeyd edib ki, bütövlükdə hökumətin, Mərkəzi Bankın devalvasiya proqnozu yoxdur:
“Devalvasiya ilə bağlı şayiələr artıq tsiklik xarakter alıb. Bir-iki ay ajiotaj davam edir, sonradan sakitləşir. Bir daha əmin edirəm ki, manatın məzənnəsinə hər hansı risk gözlənilmir. Başlıca məqsədimiz inflyasiyanın 4 faiz səviyyəsinə qaytarılmasıdır”.

Bütöv.az
27-01-2022, 14:37
Dövlət Vergi Xidmətində Elməddin Süleymanov PROBLEMİ... - Fazil Məmmədovun “qara kassiri”...

Haqqında bəhs edəcəyimiz Elməddin Nizaməddin oğlu Süleymanov hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəis vəzifəsini icra edir. Məlumat üçün onu qeyd edək ki, Elməddin Süleymanov rüşvət və korrupsiya əməllərinə görə, 2017-ci ildə vəzifəsindən uzaqlaşdırılan sabiq Vergilər naziri Fazil Məmmədovun “qara kassir”i olub.

Bütöv.az bildirir ki, bu barədə nuh.az saytı məlumat yayıb.

Elməddin Süleymanov 12.11.2010-cu ildən Vergilər Nazirliyində ictimai əlaqələr şöbəsində fəaliyyətə başlayıb. Və 06.04.2012-ci ildən himayədarı nazir Fazil Məmmədovun köməkçisi olub.

Elməddin Süleymanov bu illər ərzində Fazil Məmmədovun nağdlaşdırma ( “obnaliçka”) firmalarına nəzarət etmiş, həmin dövrlərdə dövlət büdcəsindən ayrılan ƏDV müxtəlif üsullarla büdcədən yayınmasını və hesablarına köçürülməsini təmin etmişdir.

Eyni zamanda nazirin köməkçisi olduğu dövrdə nağdlaşdırma ( “obnaliçka”) firmalarına himayədarlıq etmiş və müəyyən faizlərlə böyük miqdarda pul əldə etmişdir. Onun bu xidmətlərini nəzərə alan nazir Fazil Məmmədov 2015-ci ilin aprel ayında Elməddin Süleymanovu nazirliyin Katiblik üzrə müşaviri vəzifəsinə təyin etmişdir.

Elməddin Süleymanov 2015-ci ildə vergiyə olan öncədən ödənişlərin sxemini hazırlamış və tətbiq etmişdir.

Belə ki, 2015-ci ildə müəssisə və təşkilatlardan hesabat dövrü bitməmiş ödənişlər tələb edilərək dövlət büdcəsinə ödəniş adı altında toplanaraq maxinasiyalar sistemi qurmuşdur.

Dövlət Vergi Xidmətində Elməddin Süleymanov PROBLEMİ...

Yəqin ki, çoxlarının yaxşı yadında olar ki, cənab Prezident İlham Əliyev müşavirədə məhz sabiq nazirin korrupsiya əməllərini nəzərdə tutarq demişdir:

“Əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu”.

Cənab Prezidentin müşavirədə dediyi öncədən ödəmə-korrupsiya piramidasının müəllifi, sabiq nazir Fazil Məmmədovun “qara kassir”i Elməddin Süleymanov idi.

Bəli, Fazil Məmmədovun əməllərinə son qoyuldu.

Amma ən təəccüblüsü odur ki, Elməddin Süleymanovun vəzifəsi böyüməyə başladı.

Belə ki, Elməddin Süleymanov hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisidir.

Görəsən, köhnə rüşvətxor, maxinator Elməddin Süleymanov yeni islahatçı komanda ilə necə işləyə bilir?

Axı, Elməddin Süleymanov yenə köhnə əməllərindən qalmır.

Belə ki, hazırda Vergi Dövlət Xidmətində kadr məsələlərinə baxan, daha doğrusu, İnsan Resursları İdarəsinin rəisi olan Elməddin Süleymanov Ərazi vergilər idarəsində çalışan inspektorları şəhər ərazisində yerləşən idarələrə “perevod” etmək üçün özünün öncədən “tarif”lərini müəyyən edib. Yəni, vəzifəsini dəyişmək istəyən inspektorlar mütləq Elməddinə öncədən “ödəniş” etməlidirlər.

Bundan əlavə olaraq Elməddin Süleymanov az qala Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin səlahiyyətlərini də ələ keçirib.

Belə ki, Vergi xidmətinə imtahansız işə düzəlmək üçün Elməddin Süleymanovun müəyyən etdiyi “tarifi” ödəmək kifayət edər.

Görəsən, Elməddin Süleymanovun bu qara əməllərindən Dövlət vergi Xidmətinin rəisi, hörmətli Orxan Nəzərlinin xəbəri varmı ?

Axı, Elməddin Süleymanov kimilərin əməlləri islahatçı nazir kimi tanınan, hörmətli Mikayıl Cabbarovun komandasını iş prinsiplərinə uyğun deyil. Və Elməddin Süleymanov bu komandadan uzaqlaşdırılmalıdır.

Biz hələ Elməddin Süleymanovun dövlət məmuruna yaraşmayan özəl həyatından bəhs etmirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
21-01-2022, 12:48
Pensiyaya vaxtından əvvəl çıxmaq istəyənlər...

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə qurumun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov məlumat verib.

“Bəzən vətəndaşlar hesab edirlər ki, yaşları tamam olubsa, onlara avtomatik qaydada əmək pensiyası təyin edilməlidir. Ancaq bu, belə deyil. "Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya kapitalı yığılarsa, avtomatik qaydada pensiya təyinatı olur. Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı varsa, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Ona pensiya çıxmaq hüququnun olub-olmaması araşdırılaraq məlumat veriləcək", - o qeyd edib.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!