20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 30-12-2021, 10:45
BU NƏDİ BELƏ: Valideynin cibi və nazirin istəyi... - Emin Əmrullayev uşaqlarımızı özəl bağçaya göndərir

“Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) böyük rolu var. Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb”.

Bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, əgər valideyn işə gedəndə uşağını qoyacağı yer kimi baxarsa burada təhsil məsələsindən danışmaq olmaz:

“Ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692 dövlətdir. Orada 126 mindən çox uşaq tərbiyə alır. 133 özəl bağça var ki, orada 5124 uşaq var. İlin əvvəli üçün 17 218 nəfər işçi olub”.

Nazir bildirib ki, gələcəkdə özəl bağçaların sayı artırılacaq, həmçinin uşaq bağçalarında işə qəbul müəllimlərdə olduğu kimi test qaydası ilə aparılacaq: “Bağçalara uşaqların cəlbinin icbariliyi yaxın gələcək üçün mümkün deyil. Uşaqların bağçalara gəlməsini çoxaltmaq əsas istəkdir. Özəl bağçaların artmasını hədəfləyirik”.

Qeyd edək ki, dekabrın 20-də ölkə başçısının imzaladığı sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib.

Uşaq bağçaları son 10 ildə yerli icra hakimiyyətlərinin tabeliyində olub. 2011-ci ildə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları Təhsil Nazirliyinin balasından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilib. Bunun əsas səbəb kimi bağçaların maddi-texniki bazası, eyni zamanda təmir-tikinti bərpa işlərinin həyata keçirilməsi üçün daha çevik qərar qəbul etmək göstərilirdi. Ötən dövr ərzində ölkədəki uşaq bağçalarının fəaliyyətinə nəzər salsaq görərik ki, bu barədə cəmiyyətdə heç də müsbət rəy formalaşmayıb. Belə ki, bu gün məktəblərdə baş verən mənfi hallarla bağlı səslənən fikirlər bağçalara da şamil edilir. Hazırda Azərbaycanın yaşayış məntəqələrinin heç də hamısında məktəbəqədər müəssisələr yoxdur, uşaqların bir çoxu bağçalara gedə bilmir. Ancaq fakt odur ki, kiçik yaşlarından bağçaya gedən uşaqların daha çox uğur qazanmaq imkanları olur, onlar psixoloji gərginlikdən azad olurlar, cəmiyyətdə özlərini təsdiq etmək imkanları, dünyagörüşləri artır.

Bu baxımdan məktəbəqədər təhsil çox vacibdir. Eyni zamanda, nazir bu fikirlə razılaşmasa da məktəbəqədər təhsil həm də ona görə vacibdir ki, Azərbaycanda ailə ehtiyaclarını ödəmək üçün valideyn işləməyə məcburdur. Əgər uşaq bağçaları yoxdursa, ana əmək fəaliyyəti ilə məşğul ola bilmir. Həmçinin özəl bağçaların sayının artırılması vacib hesab edilirsə, hazırda fəaliyyət göstərən həmin məktəbəqədər təhsil müəssisələrinə ödənişlərin miqdarını da nəzərə almaq lazımdır. Hazırda qiymətləri 500-3000 manat arasında dəyişən uşaq bağçaları var və yalnız imkanlı ailələr övladlarını ora göndərirlər.

Maraqlıdır, uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi nəyi dəyişəcək və özəl məktəbəqədər təhsil müəssisələrinin sayının artması bu sahədə mövcud problemlərin aradan qaldırılmasına imkan verəcəkmi?

DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Nabatəli Qulamov uşaq bağçalarının mövcud vəziyyəti ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, təhsilin müxtəlif sahələrində özəl sektorun payının çoxalmasının lehinədir:

“Ona görə ki, özəl sektor rəqabət deməkdir. Ancaq ölkəmizdə öncə bağçaların necə özəlləşdirilməsinə baxmaq lazımdır. Ən yaxşı uşaq bağçaları, hansından gəlir götürmək mümkündürsə, icra başçıları ilə millət vəkilləri arasında paylanıldı. Eyni zamanda, əhalinin hüquqi təbəqəsinə baxmaq lazımdır ki, Azərbaycan əhalisinin neçə faizi varlı, neçə faizi kasıbdır. Uşaq bağçaları əgər köhnə qaydada özəlləşəcəksə, ucuz qiymətə vəzifəli adamlara veriləcəksə, monopoliya olacaqsa, əlbəttə, özəlləşdirməyə ehtiyac yoxdur. Əgər doğrudan da rəqabət olacaqsa, uşaq bağçalarını işlədə bilən, bacaran adamlara imkan yaradılacaqsa, normal tender əsasında satılacaqsa, mən onun lehinəyəm. Nə qədər çox olsa, qiymətlər də aşağı düşəcək. Bu gün uşaq bağçaları bir sıra millət vəkilinin əlindədir. Hazırda özəl başğaların sayı azdır və ona da fantastik qiymətlər qoyurlar. Əhalinin çox az bir faizi varlıdır, uşaqlarını ora göndərirlər. Onların sayı 133 deyil, 233 olsa belə, yenə də eyni vəziyyət olacaq. Ancaq uşaq bağçaları kütləvi şəkildə özəlləşdirilsə, bu işi görə bilən, idarə edə bilən şəxslərə verilsə, inanıram ki, qiymətlər də aşağı düşəcək, xidmətin də səviyyəsi yüksələcək”.

Ekspert deyib ki, əvvəllər uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyində idi, lakin həmin dövrdə bir sıra proseslərin qurbanı oldu: “Uşaq başçalarının Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi düzgün deyildi. Çünki BŞİH pedoqoji kollektivdən ibarət deyil. Digər tərəfdən, ən böyük mənfi cəhəti ondan ibarət idi ki, uşaq bağçalarını ərzaqla təmin edən icra hakimiyyəti idi. Bir tərəfdən ərzaqla təmin edir, digər tərəfdən pedoqoji kollektiv əlindədir. Demək, bir tərəfdən ərzağı verir, o biri tərəfdən də “yeyir”. Yəni uşaq bağçaları hərtərəfli monopoliyaya götürüldü. Nəticəsi də o oldu ki, uşaq bağçalarında korrupsiya yüksəldi, “kəllə-çarxa” vurdu. Son zamanlar media səs-küy saldı ki, uşaq bağçalarında korrupsiya yüksək səviyyədədir. Uşaq bağçaları o qədər korrupsiyalaşıb ki, hətta bəzilərinin işdən uzaqlaşdırılması ilə bağlı Təhsil Nazirliyinin üzərinə böyük iş düşür. Bu isə xeyli zaman alacaq”.

Beləliklə, bu gün görünən mənzərə odur ki, bir çox ailə dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının azlığından övladlarını uşaq bağçalarına göndərə bilmir. Özəl uşaq bağçalarının ödənişi isə kasıb ailələr üçün nəzərdə tutulmayıb. Əgər bu gün uşaq bağçaları tikmək üçün Bakıda uyğun ərazinin olmaması problemi yaşanırsa, paytaxtda tikilən çoxsaylı binaların bir çoxunun uşaq bağçalarına müəyyən bir hissə ayrılması ilə bu sahədə problemin həllinə çoxdan nail olmaq olardı. Demək ki, illərdir uşaq bağçalarında baş verən problemləri həll etmək əvəzinə, “görmək” istəməyiblər.

Bütöv.az


Paylaş



Bölmə: Tələbə sözü / Xəbər / Təhsil / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!