Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 22-06-2022, 17:43
GÜCLÜ OLMANIN DÜSTURU - TƏHLİL


GÜCLÜ OLMANIN DÜSTURU - TƏHLİL
Azərbaycan Prezidentinin Özbəkistana rəsmi səfəri, hər iki ölkənin liderinin qeyd etdiyi kimi qarşılıqlı münasibətlərdə sıçrayış effekti yaradacaq səfərdir. Həm də gözlənilən, arzulanan və hər iki qardaş xalqın sonsuz sevgisi, sevinci ilə müşaiyət olunan tarixi bir səfər...
Azərbaycanda Özbəkistanı çox sevirlər. Bəlkə də qardaş ölkədə təsəvvür edildiyindən daha çox... Hətta regional və qlobal proseslərə tamamilə əks baxış bucağından yanaşan, ölkənin, bölgənin və dünyanın gələcəyini fərqli görən insanlar da, Özbəkistana və qardaş özbək xalqına az qala eyni sevgi, eyni hörmətlə yanaşırlar. Şübhə etmirəm ki, bu, Özbəkistanda da belədir. Bütün bunlar, dostluq, qardaşlıq bağlarımızın, ortaq dəyərlərimizin, mədəniyyətimizin, tariximizin köklərinin nə qədər dərində olduğunun sübutudur. Biz azərbaycanlılar pisliyi bağışlaya bilirik, amma yaxşılığı, gerçək dostluğu, qardaşlığı, səmimi, təmənnasız sevgidən doğan dəstəyi heç vaxt unutmuruq. Azərbaycan torpaqlarının işğal altında olduğu və işğaldan azad edildiyi dönəmdə özbək xalqının mərd, ləyaqətli, ağayana duruşu, kədərimizə də, sevincimizə də eyni dərəcədə şərik olması heç vaxt unudulmayacaq.
Azərbaycan və Özbəkistan, hətta SSRİ dövründə də, mərkəzi hakimiyyətin bütün təqib və təzyiqlərinə baxmayaraq, dostluq, qardaşlıq münasibətlərini qoruyub saxlamağı, haqsızlığa, ədalətsizliyə qarşı birgə mübarizə aparmağı bacarıblar.
Azərbaycana, Ümummilli lider Heydər Əliyevə, eləcə də özbək xalqının böyük oğlu Şərəf Rəşidova qarşı erməni millətçilərinin və onlarla eyni düşüncəni paylaşan Mixail Qorbaçovun atdığı saysız-hesabsız cinayət xarakterli addımlar, qdlyanların, ivanovların SSRİ-nin türk və müsəlman respublikalarının gerçək liderlərini nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxmaları və bütün bunların Azərbaycan və Özbəkistanın müstəqil inkişaf etmək perspektivinə qarşı, eləcə də hər iki xalqın bu perspektivi gerçəkliyə çevirə biləcək liderlərə sahib olduqları üçün həyata keçirildiyi heç vaxt yaddan çıxarılmayacaq. Heydər Əliyevi Özbəkistanda, həm də qardaş respublikanın ən çətin günlərində nümayiş etdirdiyi ədalətli, qətiyyətli mövqeyə görə sevirlər. Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasiminin keçirilməsi də bu sevginin bariz nümunəsi hesab oluna bilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də öz nitqində qeyd etdi ki, Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışı ondan ötrü böyük şərəfdir və bu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə ehtiramın əlamətidir.
Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində iki dövlət arasında imzalanan sənədlərin əhatə etdiyi istiqamətlər də sübuta yetitir ki, ortaqlıda qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə, potensial və yol xəritəsi var.

Azərbaycan və Özbəkistan qarşıdakı illərdə, müasir dövrdə mühüm əhəmiyyət kəsb edən bir sıra strateji layihələri gerçəkləşdirməyi planlaşdırırlar və hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin imkanlarından maksimum dərəcədə yararlanmağa çalışacaqlar. Həm İlham Əliyevin, həm də Şavkat Mirziyoyevin mətbuata bəyanatlarında yer alan fikirlərdən də bəlli oldu ki, nəqliyyat kommunikasiyalarının inkişafı qarşıslıqlı münasibətlərdə əsas strateji istiqamətlərdən biridir. Qeyd edim ki, həm Azərbaycan, həm də Özbəkistan ərazisindən çoxsaylı beynəlxalq və regional nəqliyyat dəhlizləri keçir. 2018-ci ildən etibarən, Özbəkistan nəqliyyat infrastrukturunun yenilənməsinə, ölkənin logistik mimkanlarının genişlənməsinə böyük önəm verir. Azərbaycan isə bu istiqamətdə, artıq uzun illərdir ki, mühüm layihələr həyata keçirir və bu proses davam etməkdədir. Dünyada baş verən dəyişikliklər və yaranan yeni reallıqlar nəticəsində nəqliyyat dəhlizlərinin diversifikasiyası və təhlükəsilziyinin mühüm faktora çevrildiyini nəzərə alsaq, həm Azərbaycan, həm də Özbəkistanın olduqca mühüm və strateji əhəmiyyət kəsb edən geostrateji mövqelərə sahib olduqlarını müəyyənləşdirə bilərik. Bu xüsusda TranXəzər beynəlxalq nəqliyyat dəhlizinin yaxın perspektivdə subregion üçün həyati əhəmiyyət kəsb edən istiqamətə çevrilə biləcəyi perspektivinin də yüksək olduğunu söyləmək mümkündür. Özbəkistanın TransXəzər nəqliyyat dəhlizinə marağının artması və sözügedən istiqamətdə yeni layihələrin həyata keçirilməsində maraqlı görünməsi də mövcud reallıqlardan qaynaqlanmaqla yanaşı gələcəyə yönəlmiş strateji addımlardır. Ortaq layihələr və nəqliyyat dəhlizlərinin inteqrasiyası, şübhəsiz ki, Azərbaycanla Özbəkistanı bir-birinə daha sıx şəkildə bağlayacaq.
Azərbaycanın uzun illərdən bəri yürütdüyü, ölkənin güclü bir dövlətə çevrilməsi istiqamətində həyata keçirilən siyasətin real nəticələrə gətirib çıxarması və nəhayət, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, Türk xalqlarının dövlətçilik tarixində mühüm yerə malik olan qardaş Özbəkistanda da rəğbətlə qarşılanıb və eyni zamanda qarşılıqlı münasibətlərin inkişafına, ortaq və təhlükəsiz gələcəyin perspektivinə olan inamı daha da artırıb. Prezident Şavkat Mirziyoyevin öz çıxışında “biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun” sözlərini dilə gətirməsi də, şübhə etmirəm ki, İlham Əliyevin “güclü olmaq” düsturunun və ortaqlıda olan real nəticələrin qardaş ölkə tərəfindən yüksək dəyərləndirildiyinin və qarşılıqlı münasibətlərdə əsas götürüldüyünün sübutudur.
İlham Əliyevin “bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var” deməsi isə Azərbaycan Prezidentinin subregionun gələcəyinə yönəlik strateji baxış bucağından xəbər verir və bu baxış bucağının güclülərin ittifaqı üçün əsas siyasi-ideoloji amilə çevriləcəyinə şübhə etmirəm. Çağdaş dünyanın reallıqları belədir: Güclü olmasan sənə hörmət bəsləməyəcəklər. Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində yaşadıqlarımızdan çıxardığımız nəticəni xalqımız və dövlətimiz üçün əsas hədəf kimi müəyyənləşdirməyimiz bizə qalib gəlməyin yeganə yolunu öyrətdi. Çox xoşdur ki, qardaş dövlətin başçısı da məhz bu amili nəzərə alaraq, güclü olmağın zərurətindən söz açır və müasir dünyada bunun alternativinin olmadığını bildirir.
Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində əldə olunan razılaşmaların, atılan addımların, deyilən sözlərin hər biri, qarşılıqlı əməkdaşlığın təməl faktorlarına və gələcəyinə işarə etməklə yanaşı, bütövlükdə Türk Dünyasının ortaq hədəfləri üçün də mühüm əhəmiyyətə malikdir.
Son olaraq, Prezident İlham Əliyevin nitqindən iki iqtibas gətirməklə, səfərin və imzalanan sənədlərin nə qədər mühüm əhəmiyyət daşıdığına diqqət çəkmək istəyirəm. Sitat:
“Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib”.
“...Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur”.
...Düşünürəm ki, təqdim etdiyim iqtibaslarda Azərbaycan-Özbəkistan münasibətlərinin perspektivini və bu perspektiv üçün möhkəm təməl formalaşdıran məqamları aydın şəkildə görmək mümkündür. Hədəf GÜCLÜLƏRİN İTTİFAQIDIR. Ədalətin qılıncı güclülərin əlində olanda daha kəsərli olur!

Elçin Mirzəbəyli


Paylaş



Bölmə: Turan / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!