"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 24-09-2022, 07:48
Həqiqətə içilən and

Həqiqətə içilən and
Cahangir Mirzə qələm əhli, şairdir, həm də çox gəncdir və özünəgüvənlidir. Mənə göndərdiyi məktubunda duyğuları çox aydın görünür.
Mənim yazdığım hər bir şeir,
Həqiqətə içilən anddır.

Gözümdə parlayan işartı,
Bu səmadan tökülən nurdur.


Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub. Poeziyanı həyatına, məsləkinə yol yoldaşı seçib. Qəlbindəki – ruhundakı poetik təlatümlər, həyəcanlı çırpıntılar ixtiyarsız olaraq ona bu yolu seçməyə sövq edib.
Müasir elmi-texnologiya, o cümlədən sosial şəbəkələr üzərindən gənclər dünyaya çox tez çıxa bilirlər (cəmi bir neçə dəqiqə, saniyəyə). Onlar şeirlərini yazır, sosial şəbəkədə rastlaşdığı və ya dost-tanışlar vasitəsilə yönləndiyi saytlarda, almanaxlarda, müxtəlif mətbuat orqanlarına yol tapırlar və çap olunurlar. Orada uzunmüddətli və dayanıqlı qalmaları isə əsərlərinin poetik çəkisi ilə bağlıdır. Ya elə vərəqlər arasında qalır, unudulur, ya da dildən-dilə, yaddaşdan-yaddaşlara ötürülərək məşhurlaşırlar. Beləcə, çox asanlıqla dünyaya – şeir aləminə yola çıxırlar. Təbii ki, gənclər üçün ilkin addım çətin olur. Çünki “tanışsız” – filansız, sadə xəyallarla yola çıxmaq bir az risqlidir. Ilk addımı qəbul edilməzsə, həvəsdən düşə bilər. Amma özünəinamlı, özünəgüvənli qələm əhli olan gənc yoluna inadla davam edir. Budur, Cahangir Mirzə imzasının izi görünən ünvanları nəzərdən keçirirəm:

“Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü və işçi qrupunun koordinatorudur. Turkiyədə fəaliyyət göstərən “Siir sərnici” elektron jurnalının Özbəkistan üzrə nümayəndəsidir. Qırğızıstan Respublikasında təşkil edilən “Dünya istedadları” beynəlxalq birliyinin üzvü, Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun xatirə nişanı”nın sahibidir. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.
Şeirləri Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə, Banqladeş, Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Makedoniya, Belçika, İtaliya, Amerika dövlətlərinin qəzet – jurnallarnda, həm də ədəbi internet saytlarında yayımlanıb.
2021-ci ildə “İçimdə üsyanlar” adlı şeir kitabı nəşr edilib.
Elektron poçt vasitəsilə Cahangir Mirzəyə bəzi suallarla müraciət etdim.
Cahangir bəy, ilk dəfədir ki, şeirlərinlə tanış oluram. Amma bütövlükdə yaradıcılığına bələd olmadığımdan, sizdən öyrənmək istədim, şeirlərində əsas xətt hansı hansı mövzudur?
– Şeirlərimin əsas mövzusu insan ruhunun yaşantıları, onun sevinc və kədəridir. Daha çox Allaha və özümə - iç dünyama müraciət edirəm. Çünki insan özünü Allaha tapınanda daha rahat dərk edir.
Nə zamandan şeir yazmağa başlamısan? Gəncsən, amma poetik tərcümeyi-halına nəzər salanda dünyanın hər guşəsində görünürsən.
– 10 ildir ki, şeirlər, məqalələr yazıram. İlk şeirim 2012-ci ildə “Pop tonqi” qəzetində dərc olunub.
Ustad deyə müraciət etdiyin və ya şeirlərinə əl gəzdirən bir kimsə varmı? Yoxsa özün yazıb birbaşa mətbuata çıxırsan?

– Ustadım sevimli və lirik şairimiz Münəvvər xanım Osmanovadır.
Cahangir bəyin, ustadı Münəvvər xanıma – özbək xalqının sevimli və nəğməkar şairi, “Səadət” qadın jurnalının baş redaktoru, fəal ictimai xadim kimi tanınan və nəhayət də, mənim əziz rəfiqəmə həsr etdiyi “Böyük Günəş” adlı lirik essesini oxudum. Sətirlər arasında böyük bir məhəbbət, sevgi gördüm. Şagirdin ustadına əsil məhəbbəti və sayğısı kimi.
Daha bir sual: Azərbaycan şairlərindən kimləri tanıyırsan? Və ya yaradıcılığında Azərbaycana ünvanladığın şeir və ya məqalə varmı?
– Azərbaycan şairlərindən Nəbi Xəzri, Mikayıl Müşfiq, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Rüstəm Behrudi, Akif Azalp, Qənirə Paşayeva, Əkbər Qoşalı, Qabil Ədalət, Tural Turan və daha bir neçə şairin adını bilirəm. Azərbaycandan olan dost-qardaşları ürəkdən sevirəm. Təəssüf ki, Azərbaycan haqqında hələ şeir yazmamışam. Sizin bu sualınızdan sonra yəqin ki, tezliklə gözəl şeirlər yazacam.
Yəqin ki, bu sırada əbədiyyən 20 yaşında qalan Ülvi Bünyadzadəni də oxuyub tanıyacaqsan, milli istiqlal düşüncəli, nakam şair, həm də şəhid şair kimi. Onun yaradıcılığı vasitəsilə, milli mübarizələr meydanında çırpınan gəncliyi, eləcə də ədəbiyyatda yeni ruhu, yeni nəfəsi hiss edəcəksiniz.
Yazırsan ki, şeirlərim 20-yə yaxın ölkədə nəşr olunub. Allah qoysa, yaxın vaxtlarda Azərbaycanda da kitabımı nəşr etdirmək fikrindəyəm. Vaxtınız varsa, şeirlərimi bəyənirsinizsə kitabıma ön söz yazarmısınız? O zaman belə bir sual verim? Azərbaycanda nəşr etdirmək istədiyin kitabına ön söz yazmaq üçün nədən məni seçdiniz?
– Əgər şeirlərimi bəyənirsinizsə, xahiş etdim ki, şeirlərim haqqında rəy və ya şərh yaza bilərsinizmi? Təbii ki, yazmağa məcbur deyilsəniz. Seçim sizindir.
Maraqlı cavabdır. Güvənli, amma bir az da eqoist cavab olmadımı? İnsan həyatı təcrübələrlə, yıxıla-dura öyrənir. Odur ki, Cahangir bəyin bu cavabına çox həssaslıqla reaksiya vermədim. İşimin başımdan aşıb-daşan vaxtlarımdır. Amma bir gənci sevindirməkdən yan keçə bilmədim.
Cahangir bəyin şeirlərini Şahməmməd Dağlaroğlu Azərbaycan dilinə tərcümə edib. Həmin şeirlərdən bir neçəsini oxucularımıza təqdim edirik.

Almaz Ülvi
Filologiya elmləri doktoru



Cahangir MİRZƏ

AZƏRBAYCAN

Azərbaycan – qardaş xalqım,
Can bir xalqım, qandaş xalqım.
Kamalından qəlbim coşar,
Ruhdaş xalqım, qandaş xalqım.

Göylərində sönməz günəş,
Sənə gülüb, baxar hər an.
Sığınar sənə bu könlüm,
Mən Bakıya verərəm can.

Vətənimtək müqəddəssən,
Mənə əzizdir hər çağın.
Dalğalansın yüksəklikdə,
Uca olsun qoy bayrağın.

Şəhid oldu oğulların,
Mənimkidir ürək dağı.
Qalmasın heç bir üzüntün,
Abad görək Qarabağı!

Azərbaycan – qardaş xalqım,
Can bir xalqım, qandaş xalqım.
Kamalından qəlbim coşar,
Ruhdaş xalqım, qandaş xalqım.

QƏLƏBƏ YAR OLSUN AZƏRBAYCANA

Alnına günəşin nur saçdığı yurd,
Sülh, Vətən söyləyib yayıldın cana.
Laçın igidlərin şirlə eyni tut,
Qələbə yar olsun Azərbaycana!

Dünya dincəlməyir, rahatlığı yox,
Yerin bağrı dönüb al - qızıl qana.
Ürəyimdə ona xoş istəyim çox,
Qələbə yar olsun Azərbaycana!

Zaval görməsin heç, olmasın vuruş,
Sinəsi yer olsun şərəfə, şana.
Daha yetər bunca çəkdiyi təşviş,
Qələbə yar olsun Azərbaycana!

Dərdinə ürəkdən şərik bu qəlbim,
Möcüzə nur saçar bir gün cahana.
Hər an özün qoru, mehriban Rəbbim,
Qələbə yar olsun Azərbaycana!

DƏRD

Vicdanıma sığınıb gedən eşq,
Yanmasam, könül çətin doyandır
Mənim yazdığım hər bir şeir,
Həqiqətə içilən anddır.

Gözümdə parlayan işartı,
Bu səmadan tökülən nurdur.
Ürəyimdə açılan arzular –
Namazgülü, gecə qızları olurlar…

Ümidlərim xəzan olmamış,
Göyərtməkdə qəlbimi bahar.
Yermiş iki damarımı,
Gülləndirən bir böyük dərd var.

Haqq mehrindən bünyad olmuşam,
Kimliyimi bilirmi həyat?!
Mənim bu fağır, kiçik cismimdə
Var nə qədər eşq, həm də istedad.


Paylaş



Bölmə: Turan / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!