Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 24-08-2013, 22:33
[center]Qırğızıstandan Rusiyaya qarşı 100 milyard dollarlıq ittiham[/centeQr]

Bişkekin faktiki olaraq bölgədə Moskvanın yeni forpostuna çevrilməsinə baxmayaraq, son günlərdə iki ölkə arasında yeni problem ortaya çıxıb.

Türkiyə mətbuatının məlumatına görə buna səbəb Qırğızıstanın bəzi rəsmilərinin Rusiyanı qırğızlara qarşı soyqırım siyasəti həyata keçirməkdə ittiham etməsi və bu müstəvidə də Moskvadan 100 milyard dollar kompensasiya tələb etməsidir. Qırğız rəsmilərinin fikrincə, Rusiya müxtəlif dövrlərdə mütəmadi olaraq qırğızlara qarşı soyqırımı, assimilyasiya siyasətini önə çıxarıb və nəticədə on minlərlə qırğız bu çirkin siyasətin qurbanına çevrilib. Buna misal kimi isə 1916-cı ildə baş verən qırğız milli azadlıq mücadiləsini və onun qan içində boğulmasını göstərirlər.
Urkun ( çıxış) adı ilə tanınan bu üsyan qırğız tarixinin ən qanlı səhifələrindən biridir. Üsyana səbəb isə 1916-cı ilin yayında I dünya müharibəsində ağır vəziyyətə düşən çar Rusiyasının qırğızları məcburi qaydada haqqı ödənilməyən ağır işlərə cəlb etməsi və bununla da ağır iqtisadi böhranın və müharibənin zərbələrini onların hesabına yüngülləşdirmək siyasəti olub. Bu məqsədlə də qırğızlar arxa cəbhədə ən ağır işlərə cəlb edildilər və onların böyük hissəsi Rusiyanın müxtəlif bölglərinə ən ağır işlərə göndərildi. Bu işin təşkili zamanı isə çar məmurları ən qəddar hərəkətlərə əl atır, qırğızlarla heyvanla davranan kimi davranır, onları sutkada 17-18 saat işləməyə məcbur edirdilər. Nəticədə on minlərlə qırğız ağır əmək şəraiti, aclıq və xəstəlik üzündən öldü. Bütün bunlar isə qırğızların səbrini daşırdı və onlar 1916-cı ildə çar zülmünə qarşı milli azadlıq mücadiləsinə başladılar. Yalnız adi soyuq silahlarla, balta və yaba ilə üsyana qalxan qırğızlar bəzi yerlərdə yaxşı silahlanmış rus əsgərlərinə ağır zərbələr vurdular. Üsyan qısa müddətdə bütün Türküstanı (Orta Asiya) bürüdü. Çar hökuməti təcili şəkildə üsyanı yatırmaq üçün Türküstana başdan-ayağa qədər silahlanmış və cəbhədə döyüş təcrübəsi olan cəza dəstələri göndərdi. Təbii ki, balta, yaba və adi ov silahları ilə silahlanmış qırğızlar və qazaxlar nizami hərbi alayların qabağında davam gətirə bilmədilər. Rus cəza dəstələri üsyançılara dəhşətli divan tutdu, yüzlərlə yaşayış məntəqəsi başdan-ayağa yandırılaraq məhv edildi. Hərbçilər əllərinə keçən heç kimə, nə qocaya, nə qadına, nə də körpə uşaqlara belə rəhm etmirdilər. Nəticədə 200 min nəfərdən yuxarı qırğız və qazax rus hərbçilərinin vəhşiliyinin qurbanı oldu. Ölümdən xilas olmaq üçün 1 milyondan yuxarı qırğız və qazax Çinə mühacirət etməyə məcbur oldu. Bununla bağlı arxivlərdəki faktlar insanı dəhşətə gətirir.
Qırğızlara qarşı həyata keçirilən belə tarixi cinayətlərdən biri 2011-ci il avqust ayının 15-də Qırğızıstanda çıxan “Alibi” qəzetində dərc olundu. Qəzetin həmin sayında gedən yazıda tarixi cinayətin baş verdiyi zaman Semireçensk vilayətinin hərbi qubernatoru olmuş Aleksey Alekseyevin Moskvaya göndərdiyi raport yer alıb və raportda deyilir: “94 qırğız kəndinə hücum etdik və 5373 evi yandırdıq. Hücum zamanı qadın, kişi və uşaqlar da daxil olmaqla 1905 nəfər öldürüldü, 684 nəfər yaralandı, 11065 nəfər əsir götürüldü və təxminən o qədər də itkin düşdü”.

İtkin düşənlərin isə rus hərbçiləri tərəfindən səhralarda öldürüldüyü ehtimal edilir. Amma bu adi bir faktdır və arxivlərdə rus alaylarının qırğızlara qarşı həyata keçirdiyi cəza tədbirlərini əks etdirən yüzlərlə sənəd mövcuddur. Ruslar tərəfindən o dövrdə qırğızlara qarşı həyata keçirilən soyqırımı ilə bağlı yerli vətənpərvərlər ölkənin paytaxtı Bişkekdə 100 metr hündürlüyündə xatirə abidəsi ucaltmağı təklif edirlər. Buna paralel olaraq üsyanın 100 illiyi ərəfəsində ölkənin 100 küçəsinə soyqırımı qurbanlarının adlarının verilməsi və 100 soyqırımı abidəsinin ucaldılması, faciə barədə sənədli film çəkilməsi və bu müstəvidə də Rusiyadan 100 milyard dollar kompensasiya tələb edilməsi ölkə rəhbərliyi qarşısında qaldırılıb.

Xatırladaq ki, hələ 2008-ci ildə Qırğızıstan parlamenti- Jokorqu Keneş 1916-cı ildə baş verən milli azadlıq mübarizəsinin qurbanlarının xatirəsinin hər il anılması barədə qərar qəbul edib. Qırğızıstanda Rusiyadan qırğız soyqırımına görə 100 milyard dollar kompensasiya istənilməsi çağırışları isə Rusiyada iki xalq arasında düşmənçilik salmaq cəhdləri kimi dəyərləndirilib.


Paylaş



Bölmə: Turan
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!