Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir .....                        İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri. .....                        Küçədə namaz qadağan edildi .....                        “Bəsic”in kəşfiyyat rəisi öldürüldü .....                        Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                        Nazirin müavinlərinin sayı artırıldı .....                        Zaur Əliyev vəzifəsini itirdi .....                       
Tarix : 28-11-2018, 08:37
Azərbaycan müəllimlərinin XV qurultayı öz işinə başladı

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, qurultayda Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, dövlət və hökumət nümayəndələri, deputatlar, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edirlər.
Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb.
Tədbirdə "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunur. Eyni zamanda ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılır.
Qurultay çərçivəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi medalı”na layiq görülən 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!