Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir .....                        Daha bir ölkədə konsulluq xidmətimiz müvəqqəti dayandırılır .....                        "Çelsi"yə transfer qadağası qoyuldu .....                        Küləkli hava ilə bağlı sarı xəbərdarlıq .....                        Polşada saxlanılan azərbaycanlı Bakıya gətiriləcək .....                        MİDA-ya yeni Aparat rəhbəri təyin olundu .....                        Rusiyaya 11 milyon mərmi satan ölkə .....                        Sosial müavinət alanlarla bağlı yeni statistika .....                        ABŞ İrana güzəştə getdi .....                       
Tarix : 29-11-2018, 15:42
FHN-dən Tərtərdəki partlayışla bağlı - Açıqlama

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Butov.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

***

FHN Tərtərdə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.
“Tərtər rayonunun Qaradağlı kəndində PAT OİL yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib.
Nəticədə çənin üst hissəsi, üzərində quraşdırılmış, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanıb. Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır” – məlumatda qeyd olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!