Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 27-08-2013, 10:30
Azərbaycanda bir neçə ərazidə yanğın olub


Xaçmaz rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 30 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Quba rayonunda isə 5 ha biçilmiş taxıl sahəsi yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 15 km aralıda yerləşən Ağbil kəndində bələdiyyəyə məxsus ərazidə baş verib.

Digər əkin sahələri yanğından mühafizə olunub.

Tərtər şəhərində süd emalı zavodunun ərazisində yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində zavod ərazisində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları 14 kv.m sahədə yanıb.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan 1-mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 9 km aralıda yerləşən Əsgərabad kəndində baş verib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!