Rusiyanı ittiham edən iranlı diplomata cinayət işi açıldı .....                        Ağdamda dəhşət: azyaşlıya işgəncə verildi .....                        Sülh sazişi 2026-cı ilin sonunadək İMZALANA BİLƏR .....                        Xaricdə onlayn təhsil fırıldağı - Agentlik xəbərdarlıq etdi .....                        Ermənistan ABŞ-dakı səfirini dəyişdi .....                        DOST Mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB .....                        Laçınlı Fatma nənə: Kağızda 100 yazılıb, amma 110 yaşı var - FOTO .....                        Türkiyə XİN Netanyahunun “erməni soyqırımı”na dair bəyanatını RƏDD ETDİ .....                        Özü 671, qardaşı 657 bal topladı - Eyni universitetə qəbul oldular .....                       
Tarix : 13-12-2018, 12:48
Dövlət başçısı: “Azərbaycan iqtisadi sahədə bütün vəzifələri uğurla icra edir”

“Azərbaycan iqtisadi sahədə bütün vəzifələri uğurla icra edir. İqtisadiyyatımız artır, sosial məsələlər öz həllini tapır. 2018-ci ildə bir çox önəmli infrastruktur layihəsi uğurla icra olunmuşdur, nəqliyyat və neft-qaz sahələrində tarixi nailiyyətlər əldə edilmişdir. Bütün bunları biz etmişik, Azərbaycan xalqının böyük dəstəyi ilə buna nail olmuşuq”.
Butov.az-ın “Report-a istinadən xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
“Bilirsiniz ki, ölkəmizə turistlərin axını davam edir. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında 6 faizdən çox artmışdır. Düzdür, əvvəlki illərə nisbətdə artım bir qədər aşağıdır, ancaq biz bilməliyik ki, baza artır. Yəni, hər il bundan sonrakı ildə bu yüksək artımı əldə etmək daha çətin olacaq. Ancaq bu istiqamətdə də çox ciddi işlər aparılır. Deyə bilərəm ki, şəhərin mərkəzində keçirilən Formula 1 yarışının turistlərin cəlb edilməsində xüsusilə çox böyük rolu, payı var. Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Həm Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi bizim fəaliyyətimizə çox yüksək qiymət verir. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəkdir. Bu, gənclər arasında Avropa Oyunlarının bir növüdür. Biz bu yarışa da ciddi hazırlaşırıq. Bizdə əldə edilmiş təcrübə deməyə əsas verir ki, bu yarış yüksək səviyyədə keçiriləcək”, - dövlət başçısı əlavə edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!