Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 18-12-2018, 14:27
ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü

Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində mühazirə ilə çıxış etmək məqsədi ilə universitetdə qonaq olan ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gil ilə görüşüb.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, rektor K.Abdulla ABŞ və Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu deyib. O, bu əlaqələrin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Azərbaycanın dünya ölkələri arasında siyasi, iqtisadi, mədəni addımlar atdığını və sülhsevər qüvvələr tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Rektor iki ölkə arasındakı əlaqələrin inkişaf prosesində U.Gilin şəxsi təşəbbüslərinin də vacib və faydalı olduğunu söyləyib. K.Abdulla U.Gilə ADU-nun dəvətini qəbul edərək “Səfir saatı”nda mühazirə oxumağa razılıq verdiyi üçün təşəkkür edib. O, bildirib ki, görüş tələbələr üçün faydalı, qonaq üçün maraqlı olacağına ümid edir.
Qonaq U.Gil Azərbaycanda fəaliyyət göstərməsindən məmnun olduğunu bildirib. O, fəaliyyəti dövründə ölkə haqqında biliklərini zənginləşdirdiyini qeyd edib. Azərbaycanın ABŞ üçün əhəmiyyətli ölkə olduğunu deyən U.Gil ölkələrin dost və tərəfdaş olduğunu söyləyib.
Görüşdən sonra qonaq “Səfir saatı”nda tələbələri maraqlandıran sualları cavablandırıb. Həmçinin, özünün diplomatik fəaliyyətindən danışan U.Gil uğurlu karyera qurmağın yolları haqqında tövsiyələr verib.
ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü
ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!